Əlfiyyə (ərəb. ألفية) və ya ət-Təbsirə vət-təzkirə (ərəb. التبصرة والتذكرة) — Zeynəddin əl-İraqinin hədis üsulu ilə bağlı qələmə aldığı ədəbi əsər.
| Əlfiyyə əl-İraqi | |
|---|---|
| ərəb. التبصرة والتذكرة | |
| Müəllif | Zeynəddin əl-İraqi |
| Mövzu | hədis üsulu |
| Orijinalın dili | ərəb dili |
Əsər
Bu əsər İbn əs-Salahın "Ülumül-hədis" əsərinin xülasəsidir. Əsəri Zeynəddin əl-İraqi Cəmaziyəl-axir hicri 768-ci (fevral 1367) ildə Mədinədə tamamlamış və onu "Təbsirətül-mübtədi və təzkirətül-müntəhi" adlandırmışdır (Qahirə: 1937). Zeynəddin əl-İraqi hədis üsulu mövzularının asan əzbərlənməsi üçün "Ülumül-hədis"i 1002 beyt formasında xülasə etmişdir. Zeynəddin əl-İraqinin bu ədəbi əsəri sonralar "Əlfiyyə" deyə məşhurlaşmışdır.
Əsər hədis üsulu öyrənən tələbələr tərəfindən böyük rəğbətlə qarşılanmış və ona hədis alimləri tərəfindən müxtəlif şərhlər yazılmışdır. Zeynəddin əl-İraqi özü də əsərə "Fəthul-muğis bi-şərhi-Əlfiyyətil-hədis" adlı şərh yazmışdır.
"Əlfiyyə" ilk dəfə Səxavinin eyni kitab üzərindəki şərhi ilə birlikdə nəşr edilmişdir (Ləknəv: 1885).
Həmçinin bax
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əlfiyyə əl-İraqi haqqında məlumat. Əlfiyyə əl-İraqi nədir? Əlfiyyə əl-İraqi nə deməkdir?