Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəsulilər sülaləsi — Əyyubilərin Ərəbistan yarımadasının cənub əyalətlərindən çəkilmələrindən sonra Yəmən və Hədrəmutda hökm sürən (1229–1454) türk-müsəlman xan

Rəsulilər sülaləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Rəsulilər sülaləsi

Rəsulilər sülaləsi — Əyyubilərin Ərəbistan yarımadasının cənub əyalətlərindən çəkilmələrindən sonra Yəmən və Hədrəmutda hökm sürən (1229–1454) türk-müsəlman xanədan.

Tarixi dövlət
Rəsulilər sülaləsi
Bayraq
Bayraq
1229 — 1454
Paytaxt Zəbid
Dil ərəb dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rəsulilər sülaləsi cənublu ərəblərin əfsanəvi atası Kəhtanın soyundan gəldiklərini iddia etməklə yanaşı, oğuz kökənliydilər. Xanədanın qurucusu Rəsul Abbasi xəlifəsinin elçisi idi. Oğlu Əli Yəmənin son Əyyubi hökmdarı Məsud Səlahəddin dönəmində (1215–1229) Məkkə valisi, sonradan bütün ölkənin başçısı olmuşdur. Rəsulun nəvəsi I Ömər bin Əli (1229–1250) öncə Yəmənin qərbindəki Zəbid şəhərinə yerləşsə də, sonralar dağlıq iç bölgələrə daşınaraq Sənanı Rəsulilər sülaləsinin mərkəzi etmişdir. Hicazın 1252-ci ildən sonra Məmlüklərin hegemonluğu altına girməsinə qarşı, Məkkənin idarəsini əlində tutdu.

İki əsr içində Yəmən önəmli və zəngin bir müsəlman dövlətinə çevrildi. Rəsulilər sülaləsi hökmdarı 1258-ci ildə xəlifə unvanı aldı. Çin, Hindistan və Seylonla (bu gün Şri Lanka) siyasi və ticari əlaqələr qurdu. Ədən limanının açılması xarici ticarətin canlanmasını təkan verdi, amma məmlüklər XIV əsrin ortalarında Məkkədə yaşanan qarışıqlıqlardan yararlanaraq Rəsulilərin daxili işlərinə qarışmağa başladılar. Səlahəddin Əhməd (1400–1424) bir müddət hakimiyyəti yenidən ələ aldısa da daxili çəkişmələr, kölə ayaqlanmaları və vəba xanədanın çöküşünü sürətləndirdi. Son Rəsuli hökmdarı güclənən Tahirilər qarşısında 1454-cü ildə taxtdan çəkildi və Osmanlıların əlinə keçdiyi XVI əsrədək Yəmən Tahirilərin hegemonluğu altında qaldı.

Həmçinin bax

  1. Rasulid dynasty // Encyclopædia Britannica (ing.).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rəsulilər sülaləsi sözünün mənası, rəsulilər sülaləsi haqqında məlumat. rəsulilər sülaləsi nədir? rəsulilər sülaləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Masis rayonu

  • Fevral 28, 2026

    Taiheiyō kəməri

  • Mart 01, 2026

    Salvador bayrağı

  • Fevral 27, 2026

    E.ə. 283

  • Fevral 14, 2026

    Dmitri Mendeleyev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst