Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rusiya Ermənistanı — 1828-ci ildən bəri Rusiya imperiyasının hakimiyyəti altında olan erməni tarixinin dövrüdür. Şərqi Ermənistan, 1826–1828-ci illər İran-Rusiy

Rusiya Ermənistanı

  • Ana Səhifə
  • Vikipediya
  • Rusiya Ermənistanı

Rusiya Ermənistanı — 1828-ci ildən bəri Rusiya imperiyasının hakimiyyəti altında olan erməni tarixinin dövrüdür. Şərqi Ermənistan, 1826–1828-ci illər İran-Rusiya müharibəsində İranın məğlubiyyətindən sonra Rusiya ilə imzalanmış Türkmənçay müqaviləsi ilə Rusiya İmperiyasının bir hissəsi oldu. Şərqi Ermənistan 1917-ci ildə Rusiya İmperiyasının süqutuna qədər Rusiya İmperiyasının tərkibində qalmışdır.

Ermənistan, Rusiya və Osmanlı imperiyası arasında bölünmüş halda, 1900-cü il.

Rusiyanın 1801-ci ildə Gürcüstanın Kartli-Kaxetiya Krallığını ilhaq etməsi, Cənubi Qafqazda mühüm bir dayaq nöqtəsinə sahib olmaları ilə birlikdə həm də, yeni bir mərhələnin başlanmasına səbəb oldu. Bu tarixdən sonrakı otuz illik müddət ərzində Rusiya Osmanlı İmperiyası və İran hesabına Qafqazdakı ərazisini genişləndirməyə çalışdı. Rusların bölgəyə səfərləri müharibədə iştirak edən yepiskop Nerses Ashtaraketsinin başçılığı ilə ermənilər arasında coşqulu dəstək tapdı. 1804–1813-cü illər Rus-İran müharibəsi zamanı ruslar Gülüstan müqaviləsi ilə Şərqi Ermənistanın yalnız şimal hissəsini fəth edərək öz ərazilərinə qatmağı bacardılar.

1826-cı ildə Gülüstan müqaviləsini pozan ruslar İranın İrəvan xanlığının bir hissəsini işğal etdilər. Bu, 1826–1828-ci illər İran-Rusiya müharibəsini başlatdı. Müharibənin başlaması ilə Rusiyanın Təbrizə kimi İranı işğal etməsi iranlılar üçün daha böyük bir fəlakətə səbəb oldu. Müharibənin sonunda, 1828-ci ildə Türkmənçay müqaviləsi ilə İran, Azərbaycanın qalan hissəsi ilə yanaşı, İrəvan xanlığı və Naxçıvan xanlığı da daxil olmaqla, Azərbaycanın bölgələrini də tərk etmək məcburiyyətində qaldı. 1828-ci ildə İranın Şərqi Ermənistandakı bir əsrlik hakimiyyəti rəsmi olaraq sona çatdı.

XIV əsrin ortalarına qədər Şərqi Ermənistanda ermənilər çoxluq təşkil edirdi. XIV əsrin sonlarında, Əmir Teymurun səfərlərindən sonra İslam dini hakim dinə çevrildi və ermənilər Şərqi Ermənistanda azlıq təşkil etməyə başladılar. İran Ermənistanın əhalisinin təxminən 80% -i müsəlmanlar (farslar, türklər və kürdlər) olsa da, xristian ermənilər təxminən 20%-lik bir etnik azlığı təşkil edirdi. Rusiya hakimiyyəti İran Ermənistanını ələ keçirdikdən sonra etnik nizam dəyişdi və ilk dörd əsrdən bəri ilk dəfə olaraq etnik ermənilər tarixi Ermənistanın bir hissəsində növbəti dəfə etnik çoxluq təşkil etdilər. Yeni Rusiya rəhbərliyi etnik ermənilərin bölgəyə İran və Osmanlılardan gələrək məskunlaşmasını təşviq etdi. Nəticədə 1832-ci ildə etnik ermənilərin sayı müsəlmanların sayına çatdı. Lakin Krım müharibəsindən və 93 müharibəsindən sonra ermənilərin regionda məskunlaşması ilə etnik ermənilər Şərqi Ermənistanda bir daha tam əksəriyyəti təşkil etdilər. Ancaq İrəvan şəhərində XX əsrə qədər müsəlmanlar əksəriyyət olaraq qalmışdırlar. Səyyah H. F. B. Linçin sözlərinə görə, 1890-cı illərin əvvəllərində şəhərdə təxminən 50% erməni və 50% müsəlman (azərbaycanlılar və farslar) var idi.

Xəritələr

  • Qars vilayəti. Rusiya xəritəsi.
    Qars vilayəti. Rusiya xəritəsi.
  • Ermənistan Quberniyası. Rusiya xəritəsi.
    Ermənistan Quberniyası. Rusiya xəritəsi.
  • Yelizavetpol quberniyası. Rusiya xəritəsi.
    Yelizavetpol quberniyası. Rusiya xəritəsi.

Biblioqrafiya

  • Bournoutian, George A. "The Population of Persian Armenia Prior to and Immediately Following its Annexation to the Russian Empire: 1826-1832" (PDF). The Wilson Center, Kennan Institute for Advanced Russian Studies. 1980.
  • Kettenhofen, Erich; Bournoutian, George A.; Hewsen, Robert H. EREVAN // Encyclopædia Iranica, Vol. VIII, Fasc. 5. 1998. 542–551.
  • Hovannisian, Richard G. The Armenian People From Ancient to Modern Times: Vol. II: Foreign Dominion to Statehood: The Fifteenth Century to the Twentieth Century. Palgrave Macmillan. 2004. səh. 512 pages. ISBN 1-4039-6422-X.
  • Suny, Ronald Grigor. Looking Toward Ararat: Armenia in Modern History. Indiana University Press. 1993. səh. 304 pages. ISBN 0-253-20773-8.
  • Ternon, Yves. Les Arméniens. Seuil. 1996. səh. 436 pages. ISBN 2-02-025685-1.
  • Kurdoghlian, Mihran. Hayots Badmoutioun, B. Hador [Armenian History, volume II] (erməni). Athens, Greece: Hradaragutiun Azkayin Oosoomnagan Khorhoortee. 1996. 89–93.
  • Fisher, William Bayne; Avery, P.; Hambly, G. R. G; Melville, C. The Cambridge History of Iran. 7. Cambridge: Cambridge University Press. 1991. ISBN 0521200954.
  • Mikaberidze, Alexander. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015. ISBN 978-1442241466.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rusiya Ermənistanı haqqında məlumat. Rusiya Ermənistanı nədir? Rusiya Ermənistanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Rey Bredberi

  • Fevral 27, 2026

    Qarakilsə petroqlifləri

  • Fevral 27, 2026

    Abay meydanı

  • Fevral 27, 2026

    Epir

  • Fevral 27, 2026

    Yunan alovu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst