Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Krım müharibəsi — 1853–1856-cı illəri əhatə edən rus-türk müharibəsi. Böyük Britaniya, Fransa və Sardiniya krallığının Osmanlı dövlətinin tərəfində müharibəyə q

Krım müharibəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Krım müharibəsi

Krım müharibəsi — 1853–1856-cı illəri əhatə edən rus-türk müharibəsi. Böyük Britaniya, Fransa və Sardiniya krallığının Osmanlı dövlətinin tərəfində müharibəyə qatılması ilə bu müharibə Avropa dövlətlərinin Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq məqsədilə apardığı bir müharibəyə çevrilmişdir. Müharibə müttəfiqlərin, yəni Osmanlının qələbəsi ilə başa çatmışdır.

Krım müharibəsi
Yeri
  • Krım
  • Qafqaz
  • Balkan yarımadası
  • Qara dəniz
  • Baltik dənizi
  • Ağ dəniz
  • Kamçatka
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
    Frans Rubo. Sevastopolun mühasirəsi (1904)

    Mündəricat

    Tələbləri

    Rusiyanın Türkiyəyə təzyiq göstərməsi köhnə əhvalat idi. Böyük Pyotr isti sulara can atırdı, II Yekaterina özünün Yunan lahiyəsinə malik idi. I Aleksandr Balkan federasiyasını qurmağı arzulayırdı. Hər bir yetişən yeni nəsil özünün türk-rus müharibəsini görürdü. 1768–1774-cü illərdəki müharibə Rusiyanın Qara dənizdə Osmanlı dövlətinin şəriksiz ağalığına son qoyması və Polşanın birinci parçalanması ilə başa çatdı. 1787–1791-ci illər türk-rus müharibəsi Fransa inqilabı ilə dayandırıldı(bu müharibə də Rusiyanın qalibiyyəti ilə başa çatdı). 1806–1812-ci illər müharibəsində ruslar Bessarabiyanı və Qafqazın bir hissəsini ələ keçirdi və Napoleonun Rusiyaya müdaxiləsi ilə müharibə dayandırıldı. 1829–1829-cu illər müharibəsində çar I Nikolay Yunanıstanın yenicə qazandığı müstəqilliyini himayə etdi və Dunay çayının mənsəbinin sol sahilini isgal etdi. 1853-cü ildə Nikolay yenidən Osmanlıya qarşı tələblər irəli sürdü, Dunay knyazlıqları olan Valaxiya və Moldovanı hərbi güc tətbiq etməklə işğal etdi. Bu vaxtkı danışıqlar Osmanlı imperiyasında yaşayan xristianların da himayə edilməsini zahirən əhatə edirdi, bura Qüdsdəki, Fələstindəki və Anadolunun şərqində yaşayan xristianlar da daxil idi. Bu xristianlar üzərində Fransa da həmçinin müəyyən himayə yurisdiksiyasına iddia edirdi.. Əsrlərlə fransızlar Yaxın Şərqdəki əsas qərb xalqı olmuşdu, onlar bir çox halda sultanı pulla və məsləhətçilərlə təmin etmişdilər, nəhəng miqyasda ticarət aparırdılar, onlar həm də xristian missionerlərini adamlarla və maliyyə cəhətdən təmin edirdilər. Onlar həmçinin uzun müddət idi ki, Süveyş kanalının tikintisi barədə danışıqlar aparmışdılar. III Napoleon çar Nikolaya nifrət etməkdə xüsusi səbəbə malik idi, çünki çar onu macəraçı inqilabçı kimi dəyərləndirmişdi. III Napoleon türk hökumətini Türkiyə daxilindəki xristianları himayə etmək barəsindəki rusların iddiasına müqavimət göstərməyə həvəsləndirirdi.

    Müharibə

    Sinop döyüşü, 1853
    Qisas "Friqat" Rafael ". Friqat türklər tərəfindən "Fəzli-Allah" adlandırılmış və 18 noyabr 1853-cü ildə Sinop döyüşü ilə məhv edilmişdir.
    Aland müharibəsi zamanı Bomarsundun bombalanması.

    Rusiya və Türkiyə arasında müharibə 1853-cü il oktyabrın 4-də başladı. 1854-cü il martın 28-də Fransa Böyük Britaniyanın etdiyi kimi türklərin tərəfində müharibəyə qoşuldu. Britaniyalılar isə Rusiyanın nüfuz etməsinə qarşı Türkiyəni və Yaxın Şərqi müdafiə etmək siyasətini aparırdı. İki qərb dövləti tezliklə kiçilmiş və bir qədər alçaldıcı olan ittifaqa qoşuldu, onlar bu məsələdə heç bir görünən marağa malik deyildilər. Kiçik Sardiniya krallığı barədə onların motivləri qısa müddətdən sonra açıqlanacaqdı.

    Britaniya donanması uğurlu qaydada Baltik dənizinin və Qara dənizin çıxışında Rusiyanı blokadaya aldı. Fransız və Britaniya orduları Rusiyanın özünə müdaxilə etdilər, bu məqsədlə Krım yarımadasında sahilə çıxdılar və bütün mühüm döyüşlər bu ərazidə getdi.

    Sülh müqaviləsi və onun şərtləri

    Rus diplomatiyasının gərgin səyi nəticəsində Avstriyanın müharibənin nəticələri ilə bağlı Vyanada beynəlxalq konqresin keçirilməsi təşəbbüsü baş tutmadı. Konqresin 1856-cı il 25 fevralda Parisdə keçirilməsi qərara alındı. Sülh konqresi bir neçə sənədin imzalanması ilə başa çatdı. Bunların içərisində sülh müqaviləsinin mətni, Rusiya ilə Türkiyə arasında konvensiya əsas yer tuturdu. Sülhün şərtlərinə görə, Qara dəniz neytrallaşdırılır, müharibə və sülh dövründə boğazlar ticarət və hərb gəmilərinin üzünə açıq elan olunur, Rusiyanın sahil istehkamları sökülür, Rusiya və Türkiyəyə Qara dənizdə hərbi donanma saxlamaq qadağan edilirdi. Xüsusi konvensiyaya görə, Rusiya və Türkiyəyə qaçaq-malçılığa qarşı mübarizə məqsədilə 10 kiçik hərbi gəmidən ibarət hərbi dəniz qüvvəsi saxlamağa icazə verilirdi. Əslində Paris konqresi İngiltərə və Avstriyanın nəzərdə tutduqlarının reallaşmasına imkan vermədi. Çünki nə Balkanlarda, nə də Türkiyənin Avropa hissəsində ciddi ərazi dəyişiklikləri həyata keçirilmədi. Bununla belə, A. Qorçakov Paris sülh müqaviləsini "Rusiyanın tarixində ən biabırçı ləkə" adlandırmışdı.

    Ədəbiyyat

    • Виноградов В. Н. Британский лев на Босфоре. М., 1991
    • Виноградов К. В. Мировая политика 60–80-х годов XIX века. События и люди. Л., Изд. ЛГУ, 1991, 168 с.
    • Восточный вопросво внешней политике России. Конец XVIII – нач. ХХ в. М.,1978.
    • Дебидур А. Дипломатическая история Европы. От Венского до Берлинского конгресса. Т. I (18141878). Ростов на Дону, 1995
    • Ибрагимбейли Х. М. КавказвКрымской войне 1853–1856 гг. и международные отношения. М., 1971
    • Иванова И.И. История Международных отношений от античность до конца первой мировой войны. Владивосток, 2001, ч. I
    • История внешней политики России. Перваяполовина XIX века. М., 1995
    • История дипломатии. Т. I М., 1959
    • Международныеотношения на Балканах. 1830–1856. М., 1890
    • Нарочницкая Л. Россия и отмена нейтрализации Черного моря 1856–1871 гг. К истории восточного вопроса. М.,1989.
    • Российская дипломатия в портретах. М., 1992, ч. II
    • Тарле Э. В. Крымская война. Соч., т. VIII–IX. М.,1959.

    Həmçinin bax

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Krım müharibəsi haqqında məlumat. Krım müharibəsi nədir? Krım müharibəsi nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 24, 2026

      Provans

    • Fevral 23, 2026

      Vikianbar

    • Fevral 10, 2026

      Rusiya imperiyası

    • Fevral 24, 2026

      Əli Kərimli

    • Fevral 23, 2026

      Mercedes-Benz S-Class

    Trend Mahnılar
    • Fevral 20, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst