Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1859-1877-ci illərdə Rumıniya Moldova və Valaxiya knyazlıqlarının birliyi altında idi və 1877-1878 Osmanlı-Rusiya müharibəsinin ardından bu birlik müstəqilliyin

Rumıniya krallığı

  • Ana Səhifə
  • Vikipediya
  • Rumıniya krallığı

Rumıniya krallığı (rum. Regatul României) — 1881-1947-ci ildə mövcud olan konstitusiyalı monarxiya.

Tarixi dövlət
Rumıniya krallığı
Bayraq Gerb
Bayraq Gerb
«

Nihil Sine Deo

Tanrısız heç nə
»
1914-cü ildə Rumıniya krallığı
1914-cü ildə Rumıniya krallığı
14 mart 1881 — 1947
Paytaxt Buxarest (1881-1916, 1918-1947)
Yassı (1916-1918)
Ən böyük şəhər Buxarest, Yassı
Rəsmi dilləri Rumın dili
Din Rumın Pravoslav Kilsəsi
Pul vahidi Rumıniya leyi
Ərazisi

137,903 km² (1915)

295,049 km² (1940)
Əhalisi

7,900,000 (1915)

20,058,378 (1940)
İdarəetmə forması Konstitusiyalı monarxiya (1881-1938, 1940-1947)
Mütləq monarxiya (1938-1940)
Sülalə Hohensollernlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1859-1877-ci illərdə Rumıniya Moldova və Valaxiya knyazlıqlarının birliyi altında idi və 1877-1878 Osmanlı-Rusiya müharibəsinin ardından bu birlik müstəqilliyini elan etdi. 1881-ci ildə Hohensollernli Karolun özünü kral elan etməsiylə Rumıniya krallığının əsası qoyuldu.

1923-cü ildə qəbul edilən konstitusiyanın II Karol tərəfindən 1938-ci ildə ləğv edilməsiylə ölkə mütləq monarxiyaya çevrildi. Ancaq 1940-cı ildə II Karol taxtdan endirildi və ölkədə Yon Antoneskunun rəhbərliyi ilə faşist diktaturası başladı. Taxta çıxarılan I Mixailin isə dövlət idarəsində heç bir rolu olmadı. Yon Antoneskuya qarşı 1944-cü ildə baş tutan çevrilişin ardından ölkə yenidən konstitusiyalı monarxiyaya çevrildi və Anti-Hitler koalisiyasına qoşuldu.

Ölkədə artan SSRİ təsiri və kommunistlərin çoxluq təşkil etdiyi yeni hökumət kabinetinin fəaliyyətləri ölkədə monarxiyanın ləğvinə yol açdı və Rumıniya krallığı 1947-ci ilin son günü özünü Rumıniya Xalq Respublikası elan etdi.

Krallar

Sıra Monarx Səltənət illəri Haqqında
1. I Karol

1839-1914

(75 yaş)

15 mart 1881

–

10 oktyabr 1914

  • Krallığın və Hohensollern-Ziqmaringen sülaləsinin banisidir.
  • Cənubi Dobruca bölgəsini ölkəyə birləşdirdi.
  • Ölkəni Birinci Dünya müharibəsinin başlanğıcında bitərəf olaraq saxladı.
  • Varisi olmadığı üçün öncə qardaşını, daha sonra isə onun oğullarını vəliəhd elan etdi.
2. I Ferdinand

1865-1927

(61 yaş)

10 oktyabr 1914

–

20 iyul 1927

  • Varissiz ölən əmisi I Karolun yerinə taxta çıxdı.
  • Birinci Dünya müharibəsi illərində ölkəni idarə etdi və Antanta birliyini dəstəklədi.
  • Bessarabiya, Transilvaniya və Bukovina bölgələrini ölkəyə birləşdirdi və 1922-ci ildə keçirilən təntənəli mərasimdə Böyük Rumıniya kralı kimi tac taxdı.
3. I Mixail

1921-2017

(96 yaş)

20 iyul 1927

–

8 iyun 1930

  • II Karolun oğlu, I Ferdinandın nəvəsidir.
  • Atasının taxt hüququndan imtina etməsi və babasının ölümündən sonra gələ 6 yaşında ikən 3 naibdən ibarət bir komissiyanın nəzarəti altında taxta çıxarıldı.
  • Cəmi 2 il sonra atasının ölkəyə qayıtmasıyla taxtdan endirildi.
  • Atasının general Yon Antonesku tərəfindən devrilməsinin ardından yenidən taxta çıxsa da, bu sadəcə formal bir hakimiyyət oldu.
  • Nasist Almaniyası ilə müttəfiq olan general Yon Antoneskunu 1944-cü ildə devirərək İttifaq dövlətlərini dəstəkləməyə başladı.
  • Artan SSRİ təsiri və kommunistlərin çoxluq təşkil etdiyi yeni hökumət kabinetinin fəaliyyətləri nəticəsində ölkədə monarxiya ləğv edildi.
  • 1992-ci ildə ölkəyə dönməsinə icazə verildi və 1997-ci ildə vətəndaşlığı bərpa olundu.
6 sentyabr 1940

–

30 dekabr 1947

4. II Karol

1893-1953

(59 yaş)

8 iyun 1930

–

6 sentyabr 1940

  • I Ferdinandın oğludur.
  • Vəliəhdlik dönəmində sevdiyi xanımlara görə 2 dəfə taxt hüququndan imtina etdi və bunlardan ikincisi qəbul edilərək ölkədən sürgün olundu.
  • Atasının ölümü və azyaşlı oğlunun taxta çıxmasından sonra yaranan siyasi boşluqdan istifadə edərək ölkəyə qayıtdı və taxta çıxdı.
  • 1938-ci ildə konstitusiyanı ləğv edərək ölkəni mütləq monarxiyaya çevirdi.
  • Atasının dövründə əldə olunan bütün torpaqlar itirildi və Böyük Rumıniya 1940-cı ildə parçalandı.
  • General Yon Antoneskunun rəhbərlik etdirdiyi çevrilişlə taxtdan endirildi və sürgün olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rumıniya krallığı haqqında məlumat. Rumıniya krallığı nədir? Rumıniya krallığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Yavər Əliyev

  • Fevral 26, 2026

    Mərkəzi Frankoniya

  • Fevral 23, 2026

    Dnestryanı

  • Fevral 10, 2026

    İran

  • Fevral 24, 2026

    HTTP

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst