Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yavər Əliyev (27 iyun 1956, Bakı – 29 fevral 1992, Novxanı, Abşeron rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Yavər Əliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Yavər Əliyev

Yavər Əliyev (27 iyun 1956, Bakı – 29 fevral 1992, Novxanı, Abşeron rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Yavər Əliyev
Yavər Yaqub oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyun 1956
Doğum yeri Bakı şəhəri, Azərbaycan Respublikası
Vəfat tarixi 29 fevral 1992 (35 yaşında)
Vəfat yeri Qarabağ, Azərbaycan Respublikası
Vəfat səbəbi Şəhid
Dəfn yeri Bakı,Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Rütbəsi
Kapitan
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı
"Sosializm yarışı qalibi" döş nişanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yavər Əliyev 27 iyun 1956-cı ildə Bakı şəhərində, Azərbaycan SSR-də neftçi ailəsində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbdə təhsil başa çatdıqdan sonra Kremençuq Mülki aviasiya uçuş məktəbinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Yavər pilot fəaliyyətinə 1977-ci ildə Zabrat aviabirliyində başlamışdır. Əliyev Mi-2 helikopterinin pilotu, daha sonra Mi-8 helikopterinin ikinci dərəcəli pilotu kimi xidmət edib, sonradan həmin helikopterin komandiri olub. Yüksək peşəkarlıq və müsbət şəxsi keyfiyyətlərinə görə, Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri təyin edildi.

Öz təşkilati və döyüş qabiliyyətinə, yüksək peşəkar hazırlığına görə Yavər Əliyev hərbi helikopterlərin birinci eskadrilyasının komandiri təyin edilib. O, qısa müddət ərzində eskadrilyaya ən yaxşı Mülki Aviasiya pilotlarını cəlb etməklə vahid və döyüş kollektivini topladı. Zakir Yusifov, Zakir Məcidov, Xanlar Səttarov, Firuz Cəlilov, Faiq Məmmədov və başqaları Azərbaycanın hərbi aviasiyasının tezliklə formalaşması üçün fədakarcasına çalışmışlar.

Döyüşlərdə iştirakı

1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı Yavər Əliyevin rəhbərliyi altında uçuş heyəti dağlıq rayonların əhalisinin təxliyyəsində, [Ağdam] və [Şuşa] kəndləri arasında hava körpüsünün yaradılmasında iştirak etmiş, döyüş uçuşları da həyata keçirmişdir. Yavər Əliyev Qarabağda Mi-24 helikopterində bir neçə döyüş uçuşu yerinə yetirib, düşmənin mövqelərinə aşağı hündürlükdən zərbələr endirib. Dağlıq Qarabağda növbəti döyüş tapşırığını yerinə yetirərkən Yavər Əliyev 29 fevral 1992-ci ildə vəfat edib.

Ailəsi

Ailəli idi. İki övladı atasının peşə yolunu davam etdirir.

Xatirəsi

Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Pirallahı adasında oxuduğu 235 №-li tam orta məktəb onun adını daşıyır. Sabunçu rayonu Ramana kəndində, Xətai rayonu UPD qəsəbəsi ərazisində küçələr onun adını daşıyır.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 91.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yavər Əliyev haqqında məlumat. Yavər Əliyev nədir? Yavər Əliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    3 avqust

  • Fevral 20, 2026

    Tayvan

  • Fevral 23, 2026

    S:Müəllif:Yunus Əmrə

  • Fevral 23, 2026

    Biləcik ili

  • Fevral 23, 2026

    Klaypeda

Trend Mahnılar
  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst