Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Roza (Rozaliya) İsmayıl qızı Cəlilova (17 may 1929, Quba – 19 noyabr 2025, Səbail rayonu) — rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq art

Roza Cəlilova

  • Ana Səhifə
  • Vikipediya
  • Roza Cəlilova

Roza (Rozaliya) İsmayıl qızı Cəlilova (17 may 1929, Quba – 19 noyabr 2025, Səbail rayonu) — rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2007).

Roza Cəlilova
Doğum tarixi 17 may 1929(1929-05-17)
Doğum yeri
  • Quba, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 19 noyabr 2025(2025-11-19) (96 yaşında)
Vəfat yeri
  • Səbail rayonu, Bakı, Azərbaycan
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Fəaliyyəti xoreoqraf, baletmeyster
Fəaliyyət illəri 1947–2025
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20072007 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959
"Şöhrət" ordeni — 20192019 "Şərəf nişanı" ordeni — 19591959

Mündəricat

Həyat və yaradıcılığı

Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olmuşdur. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M. F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965–1975-ci illərdə isə qrupa rəhbərlik edib.

Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstəmişdir. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlamışdır.

Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-də, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olmuşdur. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərinin yaradıcısı olmuşdur.

Ümumdünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova "Gülüstan" ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik etmişdir.

Uzun illər AR Mədəniyyət Nazirliyinin Elmi-metodik mərkəzində, Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Gimnaziyada, "Muğam Teatrında" fəaliyyət göstərirdi. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rəqs ansamblın bədii rəhbəri vəzifəsində də çalışırdı.

2019-cu ildə Roza Cəlilovanın 90 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.

Roza Cəlilovanın bir oğlu və bir qızı var.

19 noyabr 2025-ci ildə Səbail rayonunda vəfat edib. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 fevral 1959
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 17 sentyabr 2007
  • "Şöhrət" ordeni — 16 may 2019

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Roza Cəlilova haqqında məlumat. Roza Cəlilova nədir? Roza Cəlilova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Haylar

  • Fevral 27, 2026

    Volqaboyu

  • Fevral 27, 2026

    Sığorta şirkəti

  • Fevral 23, 2026

    Zoran Milanoviç

  • Fevral 27, 2026

    Avstroneziya dilləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst