Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Robert Boyl (25 yanvar 1627[…] – 31 dekabr 1691, London, İngiltərə krallığı) – ingilis alimi və fizik.

Robert Boyl

  • Ana Səhifə
  • Vikipediya
  • Robert Boyl

Robert Boyl (25 yanvar 1627[…] – 31 dekabr 1691, London, İngiltərə krallığı) – ingilis alimi və fizik.

ROBERT BOYL
ing. Robert Boyle
Doğum tarixi 1627
Vəfat tarixi 1691 (63–64 yaşında)
Vəfat yeri
  • London, İngiltərə krallığı
Təhsili
  • İton kolleci (1635–1638)
Fəaliyyəti fizik, kimyaçı, filosof
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1660)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1627-ci ildə anadan olmuşdur.

1661-ci ildə özünün "Skeptik kimyaçı" adlı kitabında elementləri "ilk bəsit cisimlər" kimi müəyyənləşdirmişdir.

Robert Boyl görkəmli ingilis kimyaçısı, fiziki və filosofudur. O, İrlandiyanın Lismar şəhərində dövlət katibi Riçard Boylun ailəsində anadan olub. Bu ailənin 14 uşağından Robert Boyl yeddinci oğlu olub. Uşaqlıq illərindən Boyl xarici dilləri öyrənməyə başlayıb. 8 yaşında olanda fransız və latın dillərində sərbəst danışırmış. Boyl olduqca sadə, intizamlı, alicənab və çox nəzakətli adam, güclü dindar olmuş və evlənməyib. O, 1654-cü ildən Oksfordda yaşayıb, universitetin bir çox görkəmli professorları ilə dostluq edib, öz laboratoriyasını yaradıb. Boylun tədqiqat işləri molekulyar fizikaya, işıq və elektrik hadisələrinin öyrənilməsinə, hidrostatika, akustika, istilik və mexanikaya aid olmuşdur.

Boyl 1660-cı ildə «hava yayına aid yeni təcrübələr» adlı əsərini yazır. O, təcrübələr aparıb müəyyən edir ki, qaz özünü sıxılmış yay kimi aparır. Havanın elastikliyinin Boyl tərəfindən öyrənilməsi hava nasoslarının ixtirasına səbəb oldu. Boyl öyrənir ki, havanı sorub çıxartdıqda oradakı civə sütunu aşağı enir, yəni təzyiq azalır. O, eyni zamanda təzyiqi azaltdıqda suyun tez qaynadığını /qaynamanın təzyiqdən asılılığı/ müəyyən edir.

Boylun kimya sahəsində də xidmətləri olmuşdur. O, kimyaya eksperimental metodu daxil edir və 1661-ci ildə «Kimyaçı-skeptik» adlı əsər yazır. Bu əsərdə o, kimyəvi elementin ilk dəfə tərifini vermiş və kimyanın müstəqil elmə çevrilməsinin təşəbbüsçüsü olduğunu bildirmişdir. Boylun fikrincə element-maddədir, cismin tərkib hissəsidir. Boyl kimyada vəsfi analizin əsasını qoymuş, eyni zamanda çoxlu sayda rəngarəng fiziki-kimyəvi təcrübələr apararaq hər iki elm sahəsində çox dəyərli kəşflər etmişdir. 1661-ci ildə kimyəvi elementləri təyin etməyin metodunu vermiş, havanın fiziki və kimyəvi xassəsini öyrənmiş,1662-ci ildə isə qaz qanununu kəşf etmişdir.

Boyl sabit temperaturda havanın təzyiqinin həcmdən asılı dəyişməsini tədqiq edərkən müəyyənləşdirir ki, qaz kütləsinin həcmi ilə təzyiqi bir-biri ilə tərs mütənasibdir. R.Boyl müəyyən edir ki, maddənin sıxlığı onun mühüm xarakteristikasıdır, ona görə şkalalı areometr düzəldərək bir çox mayelərin sıxlığını hesablayıb. Eksperimental fizika ilə məşğul olarkən Boyl bir sıra sadə cihazlar /termometr, barometr, areometr, hiqrometr və s./ qurmuş, su donarkən həcmini genişləndirməsini müəyyən etmişdir.

Boyl nasosu təkmilləşdirərək «böyük pnevmatik maşın» qurmuş və Otto Herikenin /1654-cü ildə Maqdeburqda apardığı/ tarixi təcrübəsini böyük məharətlə təkrar etmişdir. Barometr adını Boyl elmə daxil edib (1662). R.Boyl Pnevmatik maşının köməyi ilə 25 mm. c.s. tərtibində təzyiq almağa nail olmuşdur ki, bu XVII əsr elmində ən böyük nailiyyət hesab edilir. R.Boyl İngiltərənin təbii sərvətləri ilə çox maraqlanmış, mineralları və filizləri öyrənmiş, sənayedə onlardan istifadə olunması ilə məşğul olmuşdur. Boylun əsərlərinin təxminən üçdə biri teologiyaya həsr olunmuşdur. Bibliyanın türk, ərəb, malayya dillərinə tərcümə olunmasını Boyl şəxsi pulu hesabına etmişdir. O, 1663-cü ildə London Kral cəmiyyətinin üzvü seçilmişdir. Boyl 1668-ci ildə Londona köçüb. 1680-ci ildə London Kral cəmiyyətinin prezidenti seçilmiş, lakin bu vəzifəni daşımaqdan imtina etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Robert Boyl haqqında məlumat. Robert Boyl nədir? Robert Boyl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Morze əlifbası

  • Fevral 24, 2026

    Böyük Kəmər

  • Fevral 21, 2026

    Dünya okeanı

  • Fevral 23, 2026

    Cavanşir qəzası

  • Fevral 25, 2026

    Essen

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst