Robert Aumann (ing. Israel Robert John Aumann) (d. 8 iyun 1930) — yəhudi iqtisadçı. 2005-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
| Robert Aumann | |
|---|---|
| ing. Israel Robert John Aumann | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Frankfurt |
| Milliyyəti | |
| Uşağı | 5 |
| Elm sahələri | riyazi iqtisad, oyunlar nəzəriyyəsi |
| Elmi dərəcəsi | |
| İş yerləri | Qüds İvrit Universiteti, Stoni Bruk Universiteti |
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları | |
Həyatı
İsrail və ABŞ-nin ikili vətəndaşlığına sahib olan Robert Aumann Almaniyada doğulmuşdur. Universitet təhsilini Nyu York Şəhər Kollecində riyaziyyat sahəsində başa çatdırdıqdan sonra, doktorluğunu 1955-ci ildə Massaçusets Texnologiya İnstitutunda tamamlamışdır. Oyunlar nəzəriyyəsinin modern iqtisadiyyatda önəmli bir rol almasında xidmətləri olmuşdur. 1956-cı ildə Qüds İvrit Universitetində dərs demişdir, həmçinin bu universitetin Rasionallıq mərkəzinin qurulmasında da iştirak etmişdir.
2005-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Tomas Şellinq ilə paylaşmışdır. Onlar oyunlar nəzəriyyəsi ilə iqtisadi həmkarlığa və rəqabət mövzusuna gətirdiləri açıqlamadan dolayı mükafata layiq görülmüşlər.
Əsərləri
- Values of Non-Atomic Games, Princeton University Press, Princeton, 1974 (L.S.Şepli ilə birlikdə).
- Game Theory (İvritcə), Everyman's University, Tel-Aviv, 1981 (Y.Tauman və S.Zamir ilə birlikdə), Cild 1,Cild 2.
- Lectures on Game Theory, Underground Classics in Economics, Westview Press, Boulder, 1989.
- Handbook of Game Theory with economic applications, Cild 1-3, Elsevier, Amsterdam (S.Hart ilə birlikdə).
- Repeated Games with Incomplete Information, MIT Press, Cambridge, 1995 (M.Masçler ilə birlikdə).
- Collected Papers, Cild 1-2, MIT Press, Cambridge, 2000.
Həmçinin bax
- İqtisadiyyat üzrə Nobel mükafatı
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Robert Aumann haqqında məlumat. Robert Aumann nədir? Robert Aumann nə deməkdir?
