Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Riyazül-Qüds — Azərbaycan yazıçısı və mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun Kərbəlada baş verən hadisələrə, şiələrin əsas müqəddəslərinin həyat və əməllərinə hə

Riyazül-Qüds

  • Ana Səhifə
  • Vikipediya
  • Riyazül-Qüds

Riyazül-Qüds — Azərbaycan yazıçısı və mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun Kərbəlada baş verən hadisələrə, şiələrin əsas müqəddəslərinin həyat və əməllərinə həsr olunmuş nəsr dini şeiri. Tədqiqatçı Ənvər Əhmədov əsərin Bakıxanovun həyatının Quba dövrünə aid olduğunu qeyd edir. Əsər 1820-ci ilin payızında şiə sakinlərin xahişi ilə Azərbaycan dilində yazılıb (müəllifin sözlərinə görə o, bu əsəri hicri təqvimi ilə 1236-ci ildə Qubalı şiə təəssübkeşləri üçün yazmışdır). Əsər Hz. Əlinin oğlu İmam Hüseynin faciəli taleyi və Kərbəla hadisəsinə həsr olunub. Şiələrin zülm olunan haqqı qələmə alınıb.'

Riyazül-Qüds
Janr dini şeir
Müəllif Abbasqulu ağa Bakıxanov
Orijinal dili Azərbaycan dili
Yazılma ili 1820

"Riyazül-Qüds" Bakıxanovun ilk nəsr əsərlərindən biri sayılır və xronoloji olaraq onun ilk böyük epik əsərlərindəndir. "Riyazül-Qüds" on dörd fəsildən ibarətdir. Hər bir fəsildə müəyyən hadisə təsvir olunur. Fəsillər bir-biri ilə bağlı və bir-birini tamamlayan müstəqil novellalar kimi təqdim olunur. Həmçinin qeyd etmək lazımdır ki, əsərin nəsr mətninə şeirlər də daxil edilib.

Bakıxanovun əsəri şiə dini ədəbiyyatının güclü təsiri altında yazılıb. Şairin özünün yazdığı kimi, bu kitabını o, Məhəmməd Bağır Məclisinin «Cəlaül-üyun» kitabından tərcümə yolu ilə müxtəsər şəkildə tərtib etmişdir. Lakin XVI əsrdə yaşamış şair Füzulidən nümunə götürərək, Bakıxanov əsəri xeyli ixtisar etmiş və digər mənbələrdən əlavələr də vermişdir. İmamların hərəkətləri və əməlləri ilə bağlı izah etmədə Bakıxanov öz lirik ağıları ilə xəbərdarlıq verir, ağıların Füzulinin "Hədiqətüs-süəda" əsərindən müvafiq ağılarla bənzərliyi var. Beləliklə hər ibrətli hekayəni lirika ilə tərənnüm edərək, Bakıxanov ona coşqun, faciəli bir xarakter verməyə çalışırdı.

Əsər əlyazmasının "Kitabi Riyazül-Qüds" adlı yeganə siyahısı Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar institutunda saxlanılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, riyazül-qüds sözünün mənası, riyazül-qüds haqqında məlumat. riyazül-qüds nədir? riyazül-qüds nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 15, 2026

    31 iyul

  • Fevral 27, 2026

    Simulyasiya

  • Mart 06, 2026

    AMD

  • Mart 01, 2026

    Muktəfi

  • Mart 01, 2026

    Yapon stifnolobiumu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst