Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müktəfi (ərəb. المكتفي‎; 875 və ya 877, Bağdad – 21 avqust 908, Bağdad) və ya Əbu Məhəmməd Əli ibn Əhməd Müktəfi Billah — Abbasi xəlifələrindən biri. Xilafəti d

Muktəfi

  • Ana Səhifə
  • Vikipediya
  • Muktəfi

Müktəfi (ərəb. المكتفي‎; 875 və ya 877, Bağdad – 21 avqust 908, Bağdad) və ya Əbu Məhəmməd Əli ibn Əhməd Müktəfi Billah — Abbasi xəlifələrindən biri. Xilafəti dövründə bir neçə mühüm hadisə ilə tanınır.

Müktəfi
ərəb. المكتفي‎
Müktəfi dövrünə aid dinarlar
Müktəfi dövrünə aid dinarlar
Bağdad xəlifəsi
902 – 908
ƏvvəlkiMütəzid
SonrakıMüqtədir
Şəxsi məlumatlar
Doğum tarixi 875(0875) və ya 877(0877)
Doğum yeri
  • Bağdad, Abbasilər xilafəti
Vəfat tarixi 21 avqust 908(0908-08-21) (30–33 yaşında)
Vəfat yeri
  • Bağdad, Abbasilər xilafəti
Fəaliyyəti siyasətçi, Xəlifə
Atası Mütəzid
Ailəsi Abbasilər
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Doğum və Gənclik

Müktəfi təxminən 877-ci ildə Bağdad şəhərində dünyaya gəlib. O, Abbasi xəlifəsi Mütəmidin oğlu idi. Gənclik illərində yaxşı təhsil almış, xüsusilə də İslam hüququ və dini elmlərdə dərindən öyrənmişdir. Anası Çiçək türk əsilli cariyə idi. Bəstəboy və yaraşıqlı Muktəfi "Əbu Məhəmməd" ləqəbini daşımışdır. 894-cü ildə Rey vilayətinin hakimi təyin edilmişdir. Beş il vali olduğu vaxt Cibəl və İsfahanda hökmranlıq edən Düləfiləri məğlubiyyətə uğratmış, bölgədə Abbasilərin nüfuzunu gücləndirmişdir. 899-cu ildə Cəzirə valisi təyin olunmuş, 902-ci ildə atasının ölümündən sonra isə Raqqa bölgəsində olan Muktəfi Billah üçün vəzir Qasım ibn Ubeydullah xilafətin mərkəzi Bağdadda beyət almışdır. Xilafət kürsüsünə çıxan Muktəfinin ilk addımı atasının hakimiyyəti dövründə inşa edilən yeraltı zindanları dağıtmaq olmuşdur.

Xilafət Dövrü

Müktəfi 902-ci ildə atasının vəfatından sonra Abbasi xilafətinin xəlifəsi oldu. Onun hakimiyyəti dövrü təxminən 6 il, 908-ci ilə qədər davam etmişdir. O, taxta çıxanda xilafətin mərkəzi hakimiyyəti zəifləmişdi. Bölgələrdə yarımmüstəqil, bəzən də tamamilə sərbəst siyasət yürüdən feodallar xəlifə üçün başağrısına çevrilmişdi. Saffarilər, Əğləbilər, Qərmətilər, Sacilər kimi dövlətlər hər gün xilafətin tabeliyindəki ərazilərə hücuma keçir, yerli əhalini talan edirdilər. Xəlifə bu dövlətlərin varlığına son qoymaq üçün tədbirlər həyata keçirməyə başlamışdı. Lakin bu məqsədlə atdığı addımlar isə çox vaxt nəticəsiz qalmışdır. Məsələn, Muktəfi Billahın Saffarilərə qarşı 902-ci ildə başladığı müharibə uğursuz olmuşdur. Bir il sonra isə bütün Fars bölgəsi Saffarilərin əlinə keçmişdir. Suriyada hökmranlıq edən Qərmətilər 903-cü ildə Dəməşqi ələ keçirmək məqsədilə şəhəri mühasirəyə almışdı. Xəlifənin göstərişi ilə Misirdən Bədr əl-Hammaminin sərkərdəliyi ilə Dəməşqə gələn ordu qərmətiləri məğlub etmiş və onlara rəhbərlik edən Şeyx Yəhya ibn Zikrəveyh öldürülmüşdü. Lakin Şeyx Yəhyanın yerinə keçən qardaşı Hüseyn yenidən Dəməşqi mühasirəyə almış və onları xərac verməyə məcbur etmişdi. Bundan sonra Hüseyn ətraf şəhərləri də zəbt etmiş, "Əl-Mehdi əmirəl möminin" ləqəbi ilə məscidlərdə öz adından xütbə oxutdurmuşdur.

Daxili Siyasət

Müktəfinin xilafət dövrü, daxili üsyanların və bölünmələrin nəzarət altına alınması ilə yadda qaldı. Əhməd ibn Təlhə adlı bir qiyamçıya qarşı mübarizə apararaq, onun hakimiyyətini möhkəmləndirmişdir.

Qərmətilərin üsyanı

Muktəfinin səyləri nəticəsində 906-cı ildə yatırılmışdır. Həmin il Abbasilərə tabe olmaqdan boyun qaçıran Tulunilər dövlətinin varlığına da son qoyulmuşdu.

Xarici Münasibətlər

Müktəfi dönəmində Bizans İmperiyası ilə münasibətlər gərgin idi. Onun dövründə Bizans qüvvələrinə qarşı bir neçə hərbi səfər təşkil edilmişdir. Müktəfi həmçinin şərqdə Samanilərə qarşı da müəyyən mübarizələr aparmışdır. X əsrin başlanğıcında Bizans imperiyası ilə Xilafət arasında müharibələr davam etmişdir. 904-cü ildə xilafət qoşunları Bizansın hakimiyyəti altında olan Antalyanı fəth etmişdilər. Buna cavab olaraq bizanslılar Maraş, Tarsus və başqa şəhərlərə hücuma keçmiş, yerli əhalini əsir almışdılar. Bir neçə il davam edən qarşılıqlı hücumlardan sonra bizanslılar məğlubiyyətə uğramışlar.

On yeddinci Abbasi xəlifəsinin hakimiyyəti illərində müstəqilliyini qoruyub saxlayan Sacilər dövləti ətraf bölgələrdə də öz hakimiyyətini gücləndirməyə səy göstərmişdir. 908-ci ildə yenidən onları Abbasi xanədanına tabe etmək istəyi baş qaldırmışdır, lakin sərkərdə Xaqan əl-Müflihinin Azərbaycana hərbi yürüşü, bu arzusunu reallaşdıra bilməmişdir.

İslahatlar

Müktəfi, xilafətin maliyyə və inzibati sistemində müəyyən islahatlar həyata keçirdi. Onun islahatları, dövlətin mərkəzi hakimiyyətini gücləndirməyə yönəldilmişdi.

Ölümü

Muktəfi Billah 908-ci ildə xəstələnmiş, vəziyyətinin ağırlaşdığını görüb qardaşı Cəfər əl-Muktədiri vəliəhd təyin etmişdir. Altı aydan sonra vəfat edən Muktəfi Həzrət Əlidən sonra Əli adını daşıyan ilk xəlifə olmuşdur. Xalqın şikayətlərini şəxsən dinləyər və divana özü başçılıq edərmiş. Bunlara baxmayaraq, vəzirləri Qasım ibn Ubeydullah Abbas ibn Həsən əl-Cərcərainin siyasi təsirindən çıxa bilməmişdir. Muktəfi memarlıqla da yaxından maraqlanmışdır. Rəhbədə əl-Məscidul-cami və Bağdadda Mutəzid Billahın hakimiyyəti zamanı inşasına başlanılmış Daruşşatiyədəki Tac sarayı onun xəlifəliyi dövründə tikilmişdir.

Mirası

Müktəfi, tarixdə nisbətən qısa müddət hakimiyyətdə qalan, lakin ölkə daxilində nisbətən sabitlik yaradan bir xəlifə kimi tanınır. O, xüsusilə daxili iğtişaşların nəzarət altına alınması və xilafətin mərkəzi hakimiyyətini gücləndirmək istiqamətindəki fəaliyyətləri ilə yadda qalmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muktəfi haqqında məlumat. Muktəfi nədir? Muktəfi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Varşava Hersoqluğu

  • Fevral 23, 2026

    Genetik kod

  • Fevral 27, 2026

    Cəlil Cavadov

  • Fevral 27, 2026

    Kosa dili

  • Mart 01, 2026

    Vüqar Bağırov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst