Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hədiqətüs-süəda (azərb. Xoşbəxtlər baxçası‎) — hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciəvi hadisə ilə bağlı yazılmış Məh

Hədiqətüs-süəda

  • Ana Səhifə
  • Vikipediya
  • Hədiqətüs-süəda

Hədiqətüs-süəda (azərb. Xoşbəxtlər baxçası‎) — hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciəvi hadisə ilə bağlı yazılmış Məhəmməd Füzulinin əsəri. İlk dəfə 1845-ci ildə Qahirədə çap edilmişdir. Əsərin Füzuli həyatda ikən köçürülmüş nüsxəsindən (Konya, h. 954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaxın əlyazma nüsxəsi məlumdur. Bu əsər Füzulinin ilk bədii nəsr əsəridir.

Hədiqətüs-süəda
Müəllif Füzuli
Orijinal dili Azərbaycan dili
Nəşr ili 1854
Vikimənbənin loqosu Hədiqətüs-süəda Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əsər

Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda"nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur.

Əsərdə əksini tapan şəhidlik eşqi, məslək və etiqad yolunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı və bu yolda hətta öz həyatını qurban verməsi ən yüksək və şərəfli insanlıq amili kimi göstərilir. Həmin əqidə və məslək döyüşü ona görə yaşarıdır ki, əsasında mənəvi paklıq, ruhi müqəddəslik, insani gözəllik və əzəmət var.

Alban dilində ən erkən dövrdə yazılmış və ən uzun dastan olan "Şəhidlər bağı" əsəri (müəllifi Dalip bəy Fraşeri) Füzulinin "Hədiqətüs-süəda" əsərinə əsasən yazılmışdır. Əsər bektaşi albanlarının Füzuli ilə ilk yarışmaq cəhdidir və bektaşiliyin alban həyatına təsirini göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hədiqətüs-süəda haqqında məlumat. Hədiqətüs-süəda nədir? Hədiqətüs-süəda nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Kommunizm

  • Fevral 27, 2026

    Saqqal

  • Fevral 27, 2026

    Ələmut qalası

  • Fevral 27, 2026

    Məmmədrəfi Məmmədov

  • Fevral 27, 2026

    Pliska

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst