Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sədayə İsmayıl qızı Mustafayeva (15 iyul 1926, Nuxa – 13 avqust 2004, Gəncə) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1981).

Sədayə Mustafayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Sədayə Mustafayeva

Sədayə İsmayıl qızı Mustafayeva (15 iyul 1926, Nuxa – 13 avqust 2004, Gəncə) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1981).

Sədayə Mustafayeva
Sədayə İsmayıl qızı Mustafayeva
Doğum tarixi 15 iyul 1926(1926-07-15)
Doğum yeri
  • Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 13 avqust 2004(2004-08-13) (78 yaşında)
Vəfat yeri
  • Gəncə, Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı
  • Məmməd Bürcəliyev
Uşağı Anar Bürcəliyev
Fəaliyyəti aktrisa
Mükafatları +
IMDb ID3081431

Mündəricat

Həyatı

Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır.

"Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S. Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S. Mustafayeva məktəbinin yetirməsidir.

Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilmişdir. "Qanun naminə"də Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm... bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət..."də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar. 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat etmişdir.

2000-ci ildə "Əsgəroğlu" nəşriyyatı tərəfindən teatrşünas-tənqidci nəvəsi Anar Bürcəliyevin "Səhnə həyat nurumdur" adlı monoqrafiyası çap edilmişdir.

Ailəsi

  • Xalq artisti Məmməd Bürcəliyevin həyat yoldaşıdır.
  • Teatrşünas-tənqidçi Anar Ərtogrul Burcəliyevin anasıdır.

Mükafatları

  • Azərbaycan SSR Əməkdar artisti—1958
  • Azərbaycan SSR Xalq artisti — 24. dekabr 1981
  • Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü — 5. iyul 2003

Filmoqrafiya

  1. Biri vardı, biri yoxdu... (film, 1967) (Qadın — S. Mustafayeva)
  2. Qanun naminə (film, 1968) (Xatun — S. Mustafayeva, səsləndirir — Ətayə Əliyeva).
  3. Mən ki gözəl deyildim (film, 1968) (Gözəl — S. Mustafayeva, səsləndirir — Ətayə Əliyeva).
  4. Şərikli çörək (film, 1969), (Şamama — S. Mustafayeva, səsləndirir — Ofelya Sənani).
  5. Gün keçdi (film, 1971), (Əsmərin anası — S. Mustafayeva, səsləndirir — Ətayə Əliyeva).
  6. Qızıl qaz (film, 1972), (Şəfiqənin anası — S. Mustafayeva, səsləndirir — Əminə Yusifqızı).
  7. Var olun, qızlar... (film, 1972), (Rüstəmin anası — S. Mustafayeva).
  8. Firəngiz (film, 1975), (Məsmə — S. Mustafayeva).
  9. Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Əlinin anası
  10. Qayınana (film, 1978), (Mülayim — S. Mustafayeva, səsləndirir — Süsən Məçidova).
  11. Gümüşü furqon (film, 1982), (Mədinənin anası — S. Mustafayeva).
  12. İlıq dənizdə buz parçası (film, 1983), (Təqaüdçünün anası — S. Mustafayeva).
  13. Cin mikrorayonda (film, 1985), (ana — S. Mustafayeva).
  14. İşarəni dənizdən gözləyin (film, 1986), (Komandanın anası — S. Mustafayeva, səsləndirir — Məhluqə Sadıqova).
  15. Şəhərli biçinçilər (film, 1986), (Humay — S. Mustafayeva).
  16. Ölsəm... bağışla (film, 1989), (Yusifin anası — S. Mustafayeva, səsləndirir — Zərnigar Atakişiyeva).
  17. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-rol: Mirvari nənə
  18. Həm ziyarət, həm ticarət... (film, 1995), (Suğra xala — S. Mustafayeva, səsləndirir — Zərnigar Atakişiyeva).
  19. Dağıdılmış körpülər (film, 1996) (Əsmər — S. Mustafayeva).
  20. Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-rol: Orxanın nənəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sədayə Mustafayeva haqqında məlumat. Sədayə Mustafayeva nədir? Sədayə Mustafayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    İnanna

  • Fevral 27, 2026

    Robin Vilyams

  • Fevral 27, 2026

    Rusudan

  • Fevral 27, 2026

    Kiş çayı

  • Fevral 27, 2026

    Altılıq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst