Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sığınacaq axtaran — öz ölkəsindən qaçıb başqa bir ölkəyə daxil olan və sığınacaq üçün, yəni bu ölkədə beynəlxalq qorunma hüququ üçün müraciət edən şəxs. Sığınac

Sığınacaq axtaran

  • Ana Səhifə
  • Vikipediya
  • Sığınacaq axtaran

Sığınacaq axtaran — öz ölkəsindən qaçıb başqa bir ölkəyə daxil olan və sığınacaq üçün, yəni bu ölkədə beynəlxalq qorunma hüququ üçün müraciət edən şəxs. Sığınacaq axtaran şəxs miqrantın bir növüdür və qaçqın və köçkünlər bu qrupa aid edilə bilər, lakin iqtisadi miqrantlar bura aid edilmir. Miqrantların sığınacaq axtaran olması tələb olunmur. Şəxs başqa ölkədə qalmaq üçün rəsmi müraciət etdiyi andan sığınacaq axtaran şəxs statusu qazanır və həmin müraciət nəticələndiyi vaxta qədər bu status qalır. Əgər şəxsin müraciəti qəbul edilərsə və şəxsə sığınacaq verilərsə, ona "sığınacaq almış şəxs" deyilir. Sığınacaq ölkəsinin miqrasiya məsələləri üzrə səlahiyyətli orqanları sığınacaq verilməsi ilə bağlı əsasların olub-olmadığını müəyyən edirlər. Buna uyğun olaraq, ya sığınacaq axtaran şəxs müdafiə ilə təmin olunur və rəsmi olaraq qaçqın (sığınacaq almış şəxs) kimi tanınır; ya da sığınacaq verməkdən imtina olunur və şəxs ölkəni tərk etməli olan, hətta deportasiya edilə bilən qanunsuz miqranta çevrilir. Əgər şəxsin vəziyyəti 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyada və ya sığınacaq üçün Avropa İttifaqına üzv dövlətlərə müraciət edildiyi halda tətbiq edilən Avropa İnsan Hüquqları Konvensiyası kimi qaçqınların hüquqi statusunu tənzimləyən digər beynəlxalq sənədlərdə qeyd olunan mənada "qaçqın" anlayışının təsir dairəsinə düşərsə, sığınacaq axtaran şəxs qaçqın kimi tanına və ona qaçqın statusu verilə bilər. Bununla belə, qaçqın konvensiyasına üzv dövlətlər sığınacaq axtaranların müdafiəsi ilə əlaqədar məsələləri öz siyasətləri çərçivəsində həll edirlər və barəsində sığınacaq verilməsindən imtina olunan şəxslərin sayı ölkədən ölkəyə və ildən ilə fərqlənir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sığınacaq axtaran haqqında məlumat. Sığınacaq axtaran nədir? Sığınacaq axtaran nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Udey Hüseyn

  • Fevral 27, 2026

    Anqlo-sakslar

  • Fevral 27, 2026

    San-Diyeqo

  • Fevral 27, 2026

    Böyük təqib

  • Fevral 27, 2026

    Trastamar sülaləsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst