Rassell qrupu (ing. Russell Group) ― Britaniyada fəaliyyət göstərən 24 aparıcı tədqiqat universitetinin təmərküzləşdiyi assosiyasiya.
| Rassell qrupu | |
|---|---|
| ing. Russell Group | |
| |
| Növü | Ali təhsil müəssisələrinin assosiyasiyası |
| Yaranma tarixi | 1994 |
| Rəsmi dili | İngilis dili |
| Mərkəzi | Steyşn Roud, Kembric |
| Fəaliyyət göstərdiyi yer | Britaniya |
| Prezident | Nensi Rosvel |
| Üzvləri | 24
|
| russellgroup.ac.uk | |
1994-cü ildə yaradılmış təşkilat Britaniyadakı qabaqcıl ali təhsil ocaqlarında aparılan tədqiqatları daha da intensivləşdirmək və koordinasiya etmək məqsədilə dövlət tərəfindən formalaşdırılmışdır. Sözügedən qrupda cəmlənmiş müəssisələr Böyük Britaniyanın ən nüfuzlu universitetləri hesab olunurlar və eyni zamanda, tədqiqat universiteti statusuna malikdirlər.
Hazırda, Britaniyada ali təhsil tələb edən işlərin 61%-də Rassell qrupuna üzv universitetlərin məzunları çalışır. Bundan əlavə, Birləşmiş Krallıqda əldə olunmuş doktorantura elmi dərəcələrinin 60%-i də qeyd olunan qrupun üzvlərinin payına düşür. Rassell qrupu üzvü olan ali təhsil müəssisələrinin tədqiqatlarının 68%-i "Dünya miqyaslı" hesab olunur.
Üzvlər

| Universitet | Qoşulduğu il | Elmi heyət üzvü (2018/19) | TEF mükafatı |
|---|---|---|---|
| Qlazqo Universiteti | 1994 | 4,020 | Qızıl |
| Bristol Universiteti | 1994 | 3,285 | Gümüş |
| Kembric Universiteti | 1994 | 6,215 | Qızıl |
| Kardiff Universiteti | 1998 | 3,330 | Gümüş |
| Durhem Universiteti | 2012 | 1,720 | Qızıl |
| Edinburq Universiteti | 1994 | 7,310 | − |
| Ekzeter Universiteti | 2012 | 2,810 | Qızıl |
| Birminhem Universiteti | 1994 | 4,275 | Qızıl |
| London İmperial Kolleci | 1994 | 4,055 | Qızıl |
| London Kral Kolleci | 1998 | 4,390 | Gümüş |
| Lids Universiteti | 1994 | 3,785 | Qızıl |
| Liverpul Universiteti | 1994 | 3,005 | Gümüş |
| London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi | 1994 | 1,725 | Bürünc |
| Mançester Universiteti | 1994 | 5,080 | Gümüş |
| Nyukasl Universiteti | 1994 | 3,010 | Qızıl |
| Nottinqem Universiteti | 1994 | 3,495 | Qızıl |
| Oksford Universiteti | 1994 | 6,905 | Qızıl |
| London Şahzadə Meri Universiteti | 2012 | 3,235 | Gümüş |
| Belfast Şahzadə Universiteti | 2006 | 1,905 | − |
| Şeffild Universiteti | 1994 | 3,495 | Gümüş |
| Sauthempton Universiteti | 1994 | 2,735 | Gümüş |
| London Universitet Kolleci | 1994 | 7,700 | Gümüş |
| Uorvik Universiteti | 1994 | 2,635 | Gümüş |
| York Universiteti | 2012 | 1,935 | Qızıl |
Həmçinin bax
- Birləşmiş Krallıq universitetlərinin siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rassell qrupu haqqında məlumat. Rassell qrupu nədir? Rassell qrupu nə deməkdir?
