Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramiz Yaqub oğlu Rzayev (25 fevral 1953, Xaçmaz) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2005–2023), Azərbaycan Respublikası B

Ramiz Rzayev

  • Ana Səhifə
  • Vikipediya
  • Ramiz Rzayev

Ramiz Yaqub oğlu Rzayev (25 fevral 1953, Xaçmaz) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2005–2023), Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini (2000–2005), Baş prokurorun müavini — respublikanın hərbi prokuroru (1995–2000), II dərəcəli dövlət ədliyyə müşaviri (2002), general-mayor (1998), Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2008).

Ramiz Rzayev
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
19 aprel 2005 – 6 mart 2023
ƏvvəlkiSüdabə Həsənova
Sonrakıİnam Kərimov
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
17 may 2000 – 19 aprel 2005
Baş prokurorZakir Qaralov
Əvvəlkiİsa Nəcəfov
SonrakıRüstəm Usubov
Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru
17 iyun 1995 – 17 may 2000
Baş prokurorEldar Həsənov
Zakir Qaralov
ƏvvəlkiNizami Təhməzov
SonrakıSiyasət Alıyev (i. e.)
Şəxsi məlumatlar
Doğum tarixi 25 fevral 1953(1953-02-25) (73 yaş)
Doğum yeri
  • Xaçmaz, Xaçmaz rayonu, Azərbaycan SSR, SSRİ
Rütbəsi
II dərəcəli dövlət ədliyyə müşaviri

General-mayor

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 20042004 "Şərəf" ordeni — 20232023 "Şöhrət" ordeni — 20132013 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20182018
"Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 20082008

Həyatı

Ramiz Yaqub oğlu Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977–1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə Ramiz Rzayevə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.

6 mart 2023-cü ildə Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyi səlahiyyət müddəti bitmişdir.

Ailəlidir, 3 övladı var.

Təltifləri

  • Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir
  • Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir
  • Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
  • Baş Prokurorun 23 fevral 2001-ci il tarixli əmri ilə "Prokurorluğun Fəxri işçisi" döş nişanı ilə təltif olunmuşdur.
  • Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ramiz rzayev sözünün mənası, ramiz rzayev haqqında məlumat. ramiz rzayev nədir? ramiz rzayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Ateizm

  • Mart 06, 2026

    Kаbiravanku

  • Fevral 27, 2026

    Frans

  • Fevral 27, 2026

    Maqnetit

  • Fevral 27, 2026

    Cavanşir Axundov

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst