Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramil Sahib oğlu Həsən (Həsənov) (23 sentyabr 1978, Qafan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış

Ramil Həsən

  • Ana Səhifə
  • Vikipediya
  • Ramil Həsən

Ramil Sahib oğlu Həsən (Həsənov) (23 sentyabr 1978, Qafan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri, Müşfiqabad bələdiyyəsinin sabiq sədr müavini.

Ramil Həsən
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı
Vəzifədədir
10 mart 2020-ci ildən
    Seçki dairəsiVI çağırış — 91 saylı Ucar
    VII çağırış — 94 saylı Ucar
    Türk Dövlətləri Təşkilatının baş katibi
    16 iyul 2014 – 3 iyul 2018
    ƏvvəlkiXəlil Axıncı
    SonrakıBağdad Amreyev
    Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi
    29 sentyabr 2009 – 1 oktyabr 2013
    ƏvvəlkiVəzifə təsis edildi.
    SonrakıJandos Asanov
    Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri
    2005 – 2011
    ƏvvəlkiSiyavuş Novruzov
    SonrakıSeymur Orucov
    Şəxsi məlumatlar
    Doğum tarixi 23 sentyabr 1978(1978-09-23) (47 yaş)
    Doğum yeri
    • Qafan rayonu, Ermənistan SSR, SSRİ
    Partiya
    • Yeni Azərbaycan Partiyası
    Təhsili
    • Bakı Dövlət Universitetinin Tarix fakültəsi
    Fəaliyyəti siyasətçi, səfir

    Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Ramil Həsən 23 sentyabr 1978-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ramil Həsən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir.

    Evlidir, 2 övladı var. İngilis və rus dillərini bilir.

    İctimai-siyasi fəaliyyəti

    Ramil Həsən 23 dekabr 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilmiş, 2001-ci ilədək bələdiyyənin sədr müavini olmuşdur.

    Ramil Həsən 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olmuşdur. Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır.

    Ramil Həsən 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 8387 səs və ya ümumi səslərin %52,2-ni toplayaraq deputat seçilmişdir. Hal-hazırda Ramil Həsən Milli Məclisin Gənclər və idman komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. İspaniya, İtaliya, Qətər, Moldova, Özbəkistan, Rumıniya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

    Ramil Həsən 2005-ci ildə Siyavuş Novruzovun ardınca Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2-ci sədri seçilmişdir. O, bu vəzifəni 2011-ci ilədək daşımışdır. 10 oktyabr 2025-ci ildə Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi təyin olunub

    2024-cü il oktyabrın 8-də Azərbaycan - Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

    Mükafatları

    Ramil Həsən Krans Montana Forumunun qızıl medalı ilə təltif edilmişdir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ramil Həsən haqqında məlumat. Ramil Həsən nədir? Ramil Həsən nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Microsoft Yaponiya

    • Fevral 26, 2026

      Uhud döyüşü

    • Fevral 27, 2026

      Kərkük mühafəzəsi

    • Fevral 27, 2026

      Akademik sahibkar

    • Fevral 27, 2026

      Türkmənabad

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst