Kərkük mühafəzəsi (ərəbcə: محافظة كركوك) – İraqda inzibati-ərazi vahidi.
| mühafəza | |
| Kərkük mühafəzəsi | |
|---|---|
| ərəb. محافظة كركوك kürd. پارێزگای کەرکووک süry. ܟܪܟ ܣܠܘܟ türk. Kerkük ili | |
| 35°22′ şm. e. 44°08′ ş. u.HGYO | |
| Ölkə | İraq |
| İnzibati mərkəz | Kərkük |
| Ən böyük şəhərləri | Kərkük |
| Qubernator | Nəcməddin Kərim |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 9,679 km² |
Hündürlük
|
|
| Saat qurşağı | +3 |
| Əhalisi | |
| Əhalisi | 1,548,200 nəfər (2015) |
| Əhalinin sıxlığı | 15.995 nəfər/km² |
| Etnik tərkib | Kürdlər Ərəblər Türkmanlar Aysorlar |
| Dini tərkib | İslam Xristianlıq |
| Rəsmi dillər | Kürd dili Ərəb dili Türk dili |
| Rəqəmsal identifikatorlar | |
| ISO kodu | IQ-KI |
| Telefon kodu | +(964) 50 |
| Poçt indeksi | 36001 |
![]() | |
![]() | |
Coğrafiyası
Kərkük mühafəzəsi Ərbil, Səlahəddin və Süleymaniyyə mühafəzələri ilə həmsərhəddir. 1947-ci ildə 20,355 km² ərazisi olan Kərkük mühafəzəsi inzibati cəhətdən Çəmçəməl, Daquq, Kərkük və Kifri qəzalarına bölünürdü. 1962-ci ildə elin ərazi bölgüsünə dəyişiklik edildi və artıq o, Çəmçəməl, Həvicə, Kərkük, Kifri və Tuzxurmatu qəzalarından ibarət oldu. 1962-ci ildə yeni qəzaların yaradılmasına baxmayaraq mühafəzənin ümumi ərazisi dəyişikliyə məruz qalmamışdı. 1970-ci ildən başlayaraq Kərkük mühafəzəsindən bəzi qəzalar qoparılaraq qonşu mühafəzələrə birləşdirildi. 1975-ci ildə Kərkük elinin Çəmçəməl və Kalar qəzaları qoparılaraq Süleymaniyyə mühafəzəsinə, Kifri qəzası Diyala mühafəzəsinə, Tuzxurmatu qəzası isə Səlahəddin mühafəzəsinə birləşdirildi. 1976-cı ildə Kərkük mühafəzəsinin adı dəyişdirilərək Ət-Təmim adlandırıldı. 1997-ci ildə artıq Kərkük mühafəzəsinin ərazisi xeyli azalaraq 9,679 km²-ə qədər endi, hazırda mühafəzənin sahəsi 10,282 km² təşkil edir və inzibati mərkəzi Kərkük şəhəridir.
Əhalisi
| İllər | Əhali |
|---|---|
| 1935 sa. | 223,634 |
| 1947 sa. | 286,005 |
| 1957 sa. | 388,839 |
| 1965 sa. | 474,000 |
| 1977 sa. | 495,425 |
| 1987 sa. | 601,219 |
| 1997 sa. | 753,171 |
| 2003 r.t. | 839,121 |
| 2007 r.t. | 902,019 |
Etnik tərkib
1957-ci ildə aparılmış rəsmi siyahıya almanın 1959-cu ildə açıqlanmış yekun nəticələrinə əsasən Kərkük mühafəzəsində əhalinin 45%-ni (təxminən 180 min nəfər) İraq türkmanları təşkil edirdi.
| Etnik qrup | Kərkük mühafəzəsi (1957) | Kərkük şəhəri (1957) | ||
|---|---|---|---|---|
| Əhali | % | Əhali | % | |
| kürd | 187 593 | 48.23% | 40 047 | 33.26% |
| ərəb | 109 620 | 28.18% | 27 127 | 22.53% |
| türkman | 83 371 | 21.44% | 45 306 | 37.63% |
| aysor | 1 605 | 0.41% | 1 509 | 1.25% |
| yəhudi | 123 | 0.03% | 101 | 0.08% |
| digər | 6 627 | 1.70% | 6 312 | 5.24% |
| cəmi | 388 939 | 100% | 120 402 | 100% |
İnzibati-ərazi bölgüsü
| Qəzaları | Əhali, 2003 r.t. |
|---|---|
| Kərkük qəzası | 622,249 |
| Havicə qəzası | 151,267 |
| Daquq qəzası | 40,237 |
| Dibs qəzası | 34,254 |
| Cəmi | 848,007 |
Nahiyələr
| Yaşayış məntəqəsi | Əhali (2008) |
|---|---|
| Kərkük qəzası | 961 411 |
| Kərkük nahiyəsi | 702 809 |
| Qaraəncir nahiyəsi | 130 846 |
| Leylan nahiyəsi | |
| Multaqa nahiyəsi | 44 988 |
| Şivan nahiyəsi | 34 895 |
| Təzəxurmatu nahiyəsi | 27 359 |
| Yayçı nahiyəsi | 20 514 |
| Daquq qəzası | |
| Daquq nahiyəsi | |
| Dibs qəzası | 95 166 |
| Altınkörpü nahiyəsi | 53 472 |
| Dibs nahiyəsi | 29 696 |
| Sərgəran nahiyəsi | 11 998 |
| Həvicə qəzası | |
| Abbasi nahiyəsi | |
| Həvicə nahiyəsi | |
| Rəşad nahiyəsi | |
| Riyad nahiyəsi | |
| Zab nahiyəsi | |
| Kərkük mühafəzası | |
Şəhərləri
Qəsəbələri
- Altunkörpü
- Daquq
- Qarahəsən
- Təzəxurmatu
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kərkük mühafəzəsi haqqında məlumat. Kərkük mühafəzəsi nədir? Kərkük mühafəzəsi nə deməkdir?

