Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı – 24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı ke

Rahat Əliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Rahat Əliyev

Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı – 24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni.

Rahat Əliyev
qaz. Raxat Älïyev
Rahat Əliyev, 30 aprel 2007-ci il.
Rahat Əliyev, 30 aprel 2007-ci il.
Doğum tarixi 10 dekabr 1962(1962-12-10)
Doğum yeri
  • Almatı, Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ
Vəfat tarixi 24 fevral 2015(2015-02-24) (52 yaşında)
Vəfat yeri
  • Yozefştadt məhkəmə həbsxanası[d], Yozefştadt[d], Vyana, Avstriya
Vəfat səbəbi asılma[d]
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ→
Qazaxıstan Qazaxıstan
Həyat yoldaşı
  • Dariqa Nazarbayeva (–2007)
Uşaqları
  • Aysultan Nazarbayev
Təhsili
  • Qazaxıstan Milli Tibb Universiteti
Fəaliyyəti diplomat, iqtisadçı, siyasətçi, iş adamı
Elmi dərəcələri
  • iqtisad elmləri doktoru,
  • tibb elmləri doktoru
Mükafatları Grand Cross of the Order of Honour for Services to the Republic of Austria "Qazaxıstan Respublikasının müstəqilliyinin 10 illiyi" medalı "Qazaxıstan Respublikası Parlamentinin 10 illiyi" medalı "Şöhrət" ordeni (Qazaxıstan)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur.

1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir.

Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb.

Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.

2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib.

Həbsi və vəfatı

Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub. Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir. Özü də "Nurbank"ın səhmdarı olan Rahat Əliyevi 2007-ci ildə həmin bankın rəhbərləri – idarə heyətinin sədri Əbilmajin Gilimov və idarə heyəti sədrinin sabiq birinci müavini Joldas Timirəliyevin oğurlanmasında ittiham edirlər.

Onun barəsində Qazaxıstanda qiyabi məhkəmə keçirilmiş və 40 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2007-ci ilin yazından xarici ölkələrdə gizlənirdi.

Nəhayət 2014-cü il iyunun 5-də Vyanada tutulub və həmin vaxtdan Avstriyada həbsdə idi; Onun Qazaxıstana ekstradisiya edilməsi məsələsi Avstriya tərəfindən imtina edilib. 2015-ci ilin fevral ayının 24-də Avstriya həbsxanasında intihar edib.

Ailəsi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qızı Dariğa Nazarbayeva ilə evli olub. Onlar 1983-cü ildə evlənib. Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d. 2000) adlı 3 övladları var.

2007-ci Dariğa Nazarbayeva ilə ayrıldıqdan sonra Avstriya vətəndaşı olan Elnarə Şorazova ilə evlənmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rahat Əliyev haqqında məlumat. Rahat Əliyev nədir? Rahat Əliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ciruft şəhristanı

  • Fevral 27, 2026

    Özüt

  • Fevral 27, 2026

    Raşidun

  • Fevral 27, 2026

    Oğurca

  • Fevral 27, 2026

    Göygöl

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst