Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Radiohead — 1985-ci ildə İngiltərədə qurulmuş rok qrupu. Qrup Tom York, qardaşlar Conni Qrinvud və Kolin Qrinvud, Ed O'Brayen və Filip Selveydən ibarətdir. Onla

Radiohead

  • Ana Səhifə
  • Vikipediya
  • Radiohead

Radiohead — 1985-ci ildə İngiltərədə qurulmuş rok qrupu. Qrup Tom York, qardaşlar Conni Qrinvud və Kolin Qrinvud, Ed O'Brayen və Filip Selveydən ibarətdir. Onlar 1994-cü ildən prodüser Naycel Qodriç və kover rəssamı Stenli Donvud ilə işləyirlər.

Radiohead
Radiohead (soldan sağa): Tom York, Conni Qrinvud, Kolin Qrinvud, Ed O’Brayen və Fil Seluey
Radiohead (soldan sağa): Tom York, Conni Qrinvud, Kolin Qrinvud, Ed O’Brayen və Fil Seluey
Əsas məlumatlar
Üslub alternativ rok, Britpop[d], eksperimental rok, elektronik rok[d], art-rok, çeymber pop[d], art pop
Ölkə  Böyük Britaniya
Şəhər Abinqdon
Oksfordşir
Leybl Parlophone, Capitol Records[d], XL Recordings[d]
Heyət Tom York
Conni Qrinvud
Ed O’Brayen
Kolin Qrinvud
Fil Seluey
www.radiohead.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1985-ci ildə qurulan qrupun ilk sinqlı 1992-ci ildə işıq üzü görmüş “Creep” oldu. Əvvəlcə çox diqqət çəkməyən mahnı qrupun debüt albomu Pablo Honey (1993) çıxandan sonra dünya miqyasında hit oldu və xüsusilə də radiolarda populyarlıq qazandı. Radiohead İngiltərədən kənarda "bir sinqllıq möcüzə" olaraq görülsə də, 1995-ci ildə çıxan "Bends" adlı ikinci albomu ilə böyük bir pərəstişkar bazası yaratdı. Qrup bu uğurun böyük qismini Tom Yorkun təsirli vokallarına və qrupun sıx gitara atmosferinə borcludurlar. Tom Yorkun falsetli vokalları fanatlar və tənqidçilər tərəfindən çox müsbət qarşılanmışdı. Radiohead-in üçüncü albomu olan “OK Computer" (1997) qrupa İngiltərədən də kənarda böyük populyarlıq qazandırdı . Həm zəngin musiqisi, həm də müasir dövrdə yadlaşma mövzularını əhatə edən "OK Computer" 1990-cı illərin ən məşhur albomlarından biri olaraq musiqi tənqidçiləri tərəfindən qəbul edilməklə yanaşı, bütün zamanların ən yaxşı albomlarından hesab olunur.

“Kid A" (2000) və “Amnesiac" (2001) albomları ilə qrup şöhrətinin zirvəsinə çatdı, lakin üslub dəyişiklikləri bəzi tənqidlərə səbəb oldu. Qrup "Kid A" və sonrakı albomlarda eksperimental elektron musiqi və caz musiqiyə meyil etdi. Altıncı albom "Hail to the Thief" (2003) gitara əsaslı rok və elektron musiqinin müasir lirika ilə harmoniyası hesab olunur.

Radiohead yeddinci albomunu buraxmazdan əvvəl EMI ilə müqaviləni yeniləmədi. Səsyazma şirkəti mübahisənin səbəbini qrupun çox pul tələb etməsi ilə əlaqələndirsə də, Tom York qrupun bloqu "Dead Air Space" üzərindən tələblərinin yalnız öz musiqiləri və musiqilərinin gələcəkdə necə istifadə ediləcəyi üzərində səlahiyyət istəyi olduğunu və çox pul tələb edilməsinin "böyük bir yalan" olduğunu bildirdi. Beləliklə, qrupun yeddinci albomu “In Rainbows" (2007) yalnız internet üzərindən satışa çıxarıldı. Musiqi bazarında ilk dəfə tətbiq olunan bir sistemlə qiymətləri təyin etmək qərarı müştərinin öhdəliyinə buraxdılar (pulsuz yükləmə də mümkün idi). Qrup 2011-ci ildə çıxan “The King of Limbs” albomunda ritm elementlərinə diqqət yönəltdi. Qrupun doqquzuncu albomu “A Moon Shaped Pool” 8 May 2016 tarixində işıq üzü gördü.

2005-ci ildə qrup Rolling Stone jurnalının "İndiyə qədər ən böyük sənətçilər" siyahısında 73-cü olub. Qrupun gitaraçılarından olan Conni Qrinvud və Ed O'Brayen həmin jurnalın "Bütün zamanların ən yaxşı 100 gitaraçısı" siyahısında 59-cu yeri tutublar.

Albomlar

  • 1993: Pablo Honey
  • 1995: The Bends
  • 1997: OK Computer
  • 2000: Kid A
  • 2001: Amnesiac
  • 2003: Hail to the Thief
  • 2007: In Rainbows
  • 2011: The King of Limbs
  • 2016: A Moon Shaped Pool

Sinqllar

  • Creep
  • Anyone Can Play Guitar
  • Pop Is Dead
  • Stop Whispering
  • The Bends
  • My Iron Lung
  • Street Spirit (Fade Out)
  • Just
  • Fake Plastic Trees
  • High And Dry
  • Paranoid Android
  • Karma Police
  • No Surprises
  • Climbing Up The Walls
  • Pyramid Song
  • I Might Be Wrong
  • There There
  • 2+2=5

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Radiohead haqqında məlumat. Radiohead nədir? Radiohead nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaraquş

  • Fevral 27, 2026

    Stress

  • Fevral 27, 2026

    Sevilya FK

  • Fevral 27, 2026

    Armavir rayonu

  • Fevral 27, 2026

    Ağciyər xərçəngi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst