Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ranbir Rac Kapur (ing. Raj Kapoor; 14 dekabr 1924, Pişəvər, Britaniya Hindistanı – 2 iyun 1988, Yeni Dehli) — məşhur hind kinorejissoru, ssenarist, prodüser, ak

Rac Kapur

  • Ana Səhifə
  • Vikipediya
  • Rac Kapur

Ranbir Rac Kapur (ing. Raj Kapoor; 14 dekabr 1924, Pişəvər, Britaniya Hindistanı – 2 iyun 1988, Yeni Dehli) — məşhur hind kinorejissoru, ssenarist, prodüser, aktyor.

Rac Kapur
hind. राज कपूर
Doğum tarixi 14 dekabr 1924
Doğum yeri Pişəvər, Britaniya Hindistanı (indiki Pakistan Pakistan)
Vəfat tarixi 2 iyun 1988 (63 yaşında)
Vəfat yeri Yeni Dehli, Hindistan Hindistan
Vəfat səbəbi bronxial astma
Uşaqları
  • Rişi Kapur
Fəaliyyəti aktyor
kinorejissor
ssenarist
Fəaliyyət illəri 1935–1988
Mükafatları
Padma Bhuşan
Padma Bhuşan
IMDb ID0004292
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Rac Kapur 14 dekabr 1924-cü ildə Pişəvərdə (hazırda Pakistanın şimali-qərbində əyalət) aktyor Prithvirac Kapurun ailəsində anadan olmuşdur. O, kinoda ("Inquilab") ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa etmişdir. 1948-ci ildə o, öz şəxsi studiyası olan "Rac Kapur films" şirkətini yaradır. Buna qədər isə bir neçə il "Bombey tokiz" studiyasında rejissor assistenti vəzifəsində çalışmışdı. Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edirdi. Əvvəlki işlərindən olan "Avara" (1951) və "Cənab 420" (1955) filmlərində R. Kapur sadə, mehriban və cazibəli "kiçik insan" obrazını məharətlə yaradır. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxmışdı. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün oldu.

Rac Kapur öz müxtəlif filmlərində Hindistan ictimaiyyəti üçün ən önəmli məsələlərdən birinə - uşaq cinayətləri mövzusuna ("Ayaqqabı təmizləyənlər" (1954)); kasta bərabərsizliyi ("Bobbi" (1973)) və s. mövzulara toxunurdu.

Rac Kapur 2 iyun 1988-ci ildə Hindistanın Yeni Dehli şəhərində, 64 yaşında vəfat etmişdir. Rac Kapurun vəfatı bütün Hindistanı sarsıtdı və hər kəs bunu milli faciə kimi qəbul etdi.

  • Tanınmış aktyor Prithvirac Kapurun oğludur.

Filmoqrafiya

Aktyorluq fəaliyyəti

  1. İnqilab (film, 1935) / Inquilab
  2. Qauri (1943) / Gauri
  3. Hamari Baat (1943)
  4. Valmiki (1946)
  5. Chittor Vijay (1947)
  6. Dil-Ki-Rani (1947)
  7. Jail Yatra (1947)
  8. Neel Kamal (1947)
  9. Amar Prem (1948)
  10. Gopinath (1948)
  11. Aag (1948)
  12. Yağış mövsümü (1949) / Barsaat
  13. Andaz (1949)
  14. Parivartan (1949)
  15. Sunehre Din (1949)
  16. Banwra (1950)
  17. Bawre Nain (1950)
  18. Dastan (1950)
  19. Pyaar (1950)
  20. Jan Pahchan (1950)
  21. Sargam (1950)
  22. Avara (film, 1951) / Awaara
  23. Ashiana (1952)
  24. Anhonee (1952)
  25. Amber (1952)
  26. Vəfasız (1952) / Bewafa
  27. Aah (1953)
  28. Dhoon (1953)
  29. Paapi (1953)
  30. Cənab 420 (film, 1955) / Shree 420
  31. Hamıdan gizli (1956) / Chori Chori
  32. Sağlam olun! (1956) / Jagte Raho!
  33. Sharada (1957)
  34. Parvarish (1958)
  35. Phil Subha Hogi (1958)
  36. Anari (1959)
  37. Char Dil Char Raahein (1959)
  38. Kanhaiya (1959)
  39. Taleyin oyunları (1959) / Main Nashe Men Hoon
  40. Chhalia (1960)
  41. Jis Desh Men Ganga Behti Hai (1960)
  42. Shriman Satyawadi (1960)
  43. Nazrana (1961)
  44. Aşiq (1962) / Aashiq
  45. Dil Hi To Hai (1963)
  46. Ek Dil Sau Afsane (1963)
  47. Sanqam (1964) / Sangam
  48. Dulha Dulhan (1964)
  49. Üçüncü and (1966) / Teesri Kasam
  50. Divanə (1967) / Diwana
  51. Dünya ətrafında (1967) / Around the World
  52. Sapnon Ka Saudagar (1968)
  53. Mənim adım Kloundur (1970) / Mera Naam Joker
  54. Kal Aaj Aur Kal (1971)
  55. Mera Desh Mera Dharam (1973)
  56. Do Jasoos (1975)
  57. Taleyi aldatmaq (1975) / Dharam Karam
  58. Khaan Dost (1976)
  59. Chandi Sona (1977)
  60. Naukri (1978)
  61. Həqiqət, məhəbbət və gözəllik (1978) / Satyam Shivam Sundaram
  62. Abdulla / Abdullah
  63. Vakil Babu (1982)
  64. Gopichand Jasoos (1982)
  65. Kim (1984)

Ssenarist fəaliyyəti

  1. Qanq, sənin suların bulanıb (1985) / Ram Teri Ganga Maili

Rejissor fəaliyyəti

  1. Aag (1948)
  2. Yağış mövsümü (1949) / Barsaat
  3. Avara (film, 1951) / Awaara
  4. Cənab 420 (film, 1955) / Shree 420
  5. Sanqam (1964) / Sangam
  6. Mənim adım Kloundur (1970) / Mera Naam Joker
  7. Bobbi (film, 1973) / Bobby
  8. Həqiqət, məhəbbət və gözəllik (1978) / Satyam Shivam Sundaram
  9. Sevgi xəstəliyi (1982) / Prem Rog
  10. Qanq, sənin suların bulanıb (1985) / Ram Teri Ganga Maili

Prodüser fəaliyyəti

  1. Aag (1948)
  2. Yağış mövsümü (1949) / Barsaat
  3. Avara (film, 1951) / Awaara
  4. Aah (1953)
  5. Ayaqqabı təmizləyənlər (1954) / Boot Polish
  6. Cənab 420 (film, 1955) / Shree 420
  7. Sağlam olun! (1956) / Jagte Raho!
  8. Ab Dilli Dur Nahin (1957)
  9. Jis Desh Men Ganga Behti Hai (1960)
  10. Sanqam (1964) / Sangam
  11. Mənim adım Kloundur (1970) / Mera Naam Joker
  12. Kal Aaj Aur Kal (1971)
  13. Bobbi (film, 1973) / Bobby
  14. Taleyi aldatmaq (1975) / Dharam Karam
  15. Həqiqət, məhəbbət və gözəllik (1978) / Satyam Shivam Sundaram
  16. Biwi-O-Biwi (1981)
  17. Sevgi xəstəliyi (1982) / Prem Rog

Həmçinin bax

Sami Kapur

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rac kapur sözünün mənası, rac kapur haqqında məlumat. rac kapur nədir? rac kapur nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Sialkot

  • Fevral 27, 2026

    Şoranlıq qaçançayırı

  • Mart 01, 2026

    Lori əyaləti

  • Mart 06, 2026

    Naina İbrahimova

  • Mart 06, 2026

    Hamar tülküquyruq

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst