Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qalaktika Mərkəzi — Süd Yolu qalaktikasının fırlanma mərkəzidir. Süd Yolunun ən parlaq olduğu sahəsi Oxatan, İlandaşıyan və Əqrəb bürcləri istiqamətində Yerdən

Qalaktik Mərkəz

  • Ana Səhifə
  • Vikipediya
  • Qalaktik Mərkəz

Qalaktika Mərkəzi — Süd Yolu qalaktikasının fırlanma mərkəzidir. Süd Yolunun ən parlaq olduğu sahəsi Oxatan, İlandaşıyan və Əqrəb bürcləri istiqamətində Yerdən 8.122 ± 31 parsek (26.490 ± 100 i.i.) məsafədədir. Bu Oxatan A* kompakt radioşüalanma mənbəyi ilə üst-üstə düşür.

Qalaktik Mərkəzin radio fotosu

Qalaktik Mərkəzin bir parsekində təxminən 10 milyon ulduz var, əsasən qırmızı nəhənglər üstünlük təşkil edir. Həmçinin bir milyon il əvvəl ulduz əmələgəlməsi hadisəsində əhəmiyyətli olan kütləvi ifratnəhəng ulduzlar və Wolf-Raye tipli ulduzlar da var. Qalaktik Mərkəzdə 4,100 ± 0,034 milyon günəş kütləsi tərtibində supermassiv qara dəlik var, bu qara dəlik Oxatan A * radioşüalanma mənbəyini gücləndirir.

Kəşfi

Görmə xətti boyunca ulduzlararası tozun olması səbəbiylə, Galaktik Mərkəz vizual, ultrabənövşəyi və ya yumşaq (aşağı enerjili) rentgen süalanması oblastında aparılan müşahidələrdə tədqiq oluna bilmir. Qalaktika Mərkəzin müşahidəsi gamma şüalanma, ağır (yüksək enerjili) rentgen, infraqırmızı, submilimetr və radio dalğalar oblastlarında aparılır.

İmanuel Kant "Ümumi Təbii Tarix və Göylərin Nəzəriyyəsi" (1755) əsərində, böyük bir ulduzun Süd Yolu Qalaktikası mərkəzində olduğunu və bu ulduzun Sirius ola biləcəyini ifadə etmişdir. Harlow Şapley 1918-ci ildə Süd Yolunu əhatəyə alan kürəvi ulduz topalarının halterinin Oxatan bürcünündəki ulduz topalarının üzərində mərkəzləşmiş olduğunu, lakin bu bölgədəki qaranlıq molekulyar buludlar optik astronomların görüş sahəsinin qarşısını aldığını ifadə etdi 1940-cı illərin əvvəllərində Mount Wilson Rəsədxanasında Walter Baade 100 düym (250 sm) Hooker Teleskopu ilə mərkəzin axtarışını aparmaq üçün Los-Ancelesdəki müharibə şəraitindən faydalandı. O, Alnasl (Qamma Oxatan) yaxınlığında, ulduzlararası toz zolağında Süd Yolu Qalaktikasının nüvəsinin ətrafındakı ulduz topalarının nisbətən aydın görünüş əldə etməyə imkan verən bir dərəcə ölçüsündə boşluğun olduğunu aşkar etdi. Bu boşluq o gündən etibarən Baade pəncərəsi kimi tanınır.

Avstraliyanın Sidney şəhərindəki Dover Heights-də CSIRO-un Radiofizika şöbəsindən Joseph Lade Pawsey başçılıq etdiyi radio astronomlar qrupu "dəniz interferometriyası" metodundan istifadə edərək, Buğa A, Qız A və Sentavr A daxil olmaqla ilk ulduzlararası və qalaktikalararası radio mənbələrindən bəzilərini aşkar etdilər. 1954-cü ildə onlar 80 fut (24 m) sabit peyk antena qurmuş və Qız bürcündə aşkarlanmış çox güclü bir radio şüalanma kəmərinin ətraflı öyrənilməsi üçün istifadə etmişər. Onlar bu kəmərin mərkəzi yaxınlığında güclü nöqtəvi şüalanma mənbəyini Qız A olaraq seçdilər və zamana görə hesab edilən qalaktik mərkəz 32 dərəcə cənub-qərbdə yerləşməsinə baxmayaraq bunun Qalaktikamızın tam mərkəzində yerləşdiyini başa düşdülər.

1958-ci ildə Beynəlxalq Astronomiya İttifaqının (NASA) qərarı ilə Qız A koordinatları qalaktik koordinat sistemi üçün əsl sıfır koordinat nöqtəsi qəbul edildi. Ekvatorial koordinat sistemində α 2000 = 17 h 45 m 40 s .04 {\displaystyle \alpha _{2000}=17^{h}45^{m}40^{s}.04} {\displaystyle \alpha _{2000}=17^{h}45^{m}40^{s}.04}, δ 2000 = − 29 ∘ 00 ′ 28 ′ ′ .1 {\displaystyle \delta _{2000}=-29^{\circ }00^{\prime }28^{\prime \prime }.1} {\displaystyle \delta _{2000}=-29^{\circ }00^{\prime }28^{\prime \prime }.1}

Məsafə

Günəş sistemi ilə Qalaktika Mərkəz arasındakı dəqiq məsafə məlum deyil. 2000-ci ildən etibarən təxminlər 24–28.4 kilo işıq ili (7.4–8.7 kilo parsek) aralığındadır. Həndəsi əsaslı üsullardan və standart astronomik məsafə ölçülü hesablamalar Qalaktik Mərkəzə aşağıdakı məsafələr verir:

  • 7.4±0.2(stat) ± 0.2(syst) or 7.4±0.3 kpc (≈24±1 ki.i.)
  • 7.62±0.32 kpc (≈24.8±1 ki.i.)
  • 7.7±0.7 kpc (≈25.1±2.3 ki.i.)
  • 7.94 or 8.0±0.5 kpc (≈26±1.6 ki.i.)
  • 7.98±0.15(stat) ± 0.20(syst) or 8.0±0.25 kpc (≈26±0.8 ki.i.)
  • 8.33±0.35 kpc (≈27±1.1 ki.i.)
  • 8.7±0.5 kpc (≈28.4±1.6 ki.i.)

Qalaktik Mərkəzə qədər olan məsafənin dəqiq təyin olunmasına dəyişən ulduzlar tərəfindən (məsələn, RR Lira dəyişənləri) və ya standart astronomik məsafə ölçüsü (məsələn, qırmızı qalınlaşma) kimi çoxsaylı effektlər mane olur.

Süd yolunun Qalaktiv mərkəz boyunca uzanan spiral qolunun təbiəti 1–5 kpc (qısa və ya uzun qol) ilə 10–50° arasında dəyişən yarım uzunluq və ya oryentasiya ehtimalı ilə aktiv şəkildə müzakirə olunur. Bəzi müəlliflər hesab edir ki, Süd yolu biri digərinin işərisində yerləşən iki spiral qoldan ibarətdir. Spiral qol qırmızı ulduz topası (bax: qırmızı nəhənglər) ilə əhatələnmişdir; baxmayaraq ki, RR Lira tipi dəyişən ulduzlar qalaktik qol boyunca yerləşmir. Hesab olunur ki, Spiral qol Süd Yolunda olan molekulyar hidrogenin böyük bir hissəsini və həmçinin Süd Yolunun ulduzəmələgəlmə aktivliyinin çoxunu özündə birləşdirən və "5 kpc halqası" adı verilən bir halqa ilə əhatələnmişdir. Bura Andromeda qalaktikasından baxdıqda Süd Yolunun ən parlaq hissəsi olmalıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qalaktik Mərkəz haqqında məlumat. Qalaktik Mərkəz nədir? Qalaktik Mərkəz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İctimai şirkət

  • Fevral 25, 2026

    Qızıl medal

  • Fevral 27, 2026

    Karnal döyüşü

  • Fevral 27, 2026

    Mərcanlar

  • Fevral 27, 2026

    Xanlar Vəliyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst