Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəmərli rayonu, Artaşat rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağrı vadisində, Gərnibasar mahalı ərazisində rayon. Mərkəzi Qəmərli şəhərid

Qəmərli rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Qəmərli rayonu

Qəmərli rayonu, Artaşat rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağrı vadisində, Gərnibasar mahalı ərazisində rayon. Mərkəzi Qəmərli şəhəridir.

Rayon
Artaşat rayonu
İnzibati mərkəz Qəmərli
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi
  • 73.300 nəf. (1989)
Artaşat rayonu xəritədə

Mündəricat

Tarixi

Qəmərli rayonu 1930-cu il sentaybrın 9-da yaradılıb. 1945-ci il sentyabrın 4-nə qədər Qəmərli rayonu, həmin tarixdən etibarən isə Artaşat rayonu adlanıb. Ərazisi 507 kv km-dir. Rayon mərkəzi respublika tabeli Qəmərli (dəyişdirilmiş adı Artaşat) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 29 km-dir.

Rayonun sərhədlərindən Zəngi və Araz çayları axır.

Qəmərli sözünün etimolji izahı /qam+ər+li/ bu sözün qədim türk mənşəyindən xəbər verir. Mütəxxəssislərin fikrincə qam sözü kiçik fonetik dəyişikliklərlə türk dillərində şəxs, tayfa və yer adlarında işlənir.

Ermənistan rəhbərliyi tərəfindən hələ SSRİ dövründə Qəmərli rayonu İrəvan şəhərinə yaxın yerləşdiyinə və münbit Ağrı vadisi torpaqlarını əhatə etdiyinə görə dəfələrlə inzibati dəyişikliklərə məruz qalmışdır. Belə ki, 1932-ci ilin inzibati ərazi bölgüsünə görə rayon ərazisində olan 102 yaşayış məntəqəsindən 72-də sırf azərbaycanlılar yaşayırdılar. Azərbaycanlı kəndlərin bu birliyini parçalamaq üçün 1937-ci ilin dekabrında Zəngibasar rayonunun yaradılması ilə əlaqədar Qəmərli rayonu ərazisindən 18 kənd ayrılıb bu yeni rayona qatılır. Lakin 1948-1951-ci il köçürmələri ilə əlaqədar olaraq Zəngibasar rayonu ləğv edilir və Qəmərli rayonuna daxil olan kəndlər yenidən bu rayona qaytarılır. 1969-cu ildə Zəngibasar rayonunun yenidən yaradılması ilə əlaqədar olaraq Qəmərli rayonu yenidən ərazi dəyişikliyinə məruz qalır. Bundan əlavə 1964-cü ildə Vedi rayonu ləğv olunaraq artıq erməniləşdirilmiş Qəmərli rayonuna qatılır. Lakin tezliklə Vedi rayonu bərpa edilir və Qəmərlidən ayrılır.

Kəndləri

  1. Çatmadağ
  2. Cənnətli
  3. Çiləxanlı
  4. İmanşahlı
  5. Məsimli
  6. Qarahamzalı
  7. Yamancalı
  8. Yuxarı Ağbaş (Qəmərli)
  9. Sabunçu (Qəmərli)
  10. Torpaqqala (Qəmərli)
  11. Qaradağlı (Qəmərli)
  12. Qafarlı (Qəmərli)
  13. Qaraqoyunlu (Qəmərli)
  14. Qaradağlı (Qəmərli)

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Dəlilər Dəllər 03.01.1935
Aysoru düyünü Verin Dvin 03.01.1935
İmanşalı Mxçyan 03.01.1935
Ayaslı Haygestan ...
Axund Buzovand Bzovan ...
Bzovan Bertik 25.01.1935
Aşağı düyün Erməni Dvini ...
Erməni Dvini Dvin 19.04.1950
Yuxarı kürdkənd Noraşen ...
Qarahəmzəli Tamamlı ...
Tamamlı Burastan 1920
Dördüncü kənd Kaxtsraşen ...
Cənnətli Zovaşen 02.03.1940
Zovaşen Lancazat 21.10.1967
Aşağı Ağbaş Arevşat 20.08.1945
Artaşat Verin Artaşat 20.08.1945
Bəcəyəzli Vostan 20.08.1945
Bitlicə Vartsraşen 20.08.1945
Gödəkli Mrqravan 20.08.1945
Doqquz Kanaçut 20.08.1945
Zöhrablı Mrqanuş 20.08.1945
Qəmərli Artaşat 04.09.1945
Qəmərli rayonu Artaşat rayonu 04.09.1945
Yuxarı Quylasar Bambakavan
Bambakavan Byuravan 25.01.1978
Quylasar Aşağı Quylasar ...
Aşağı Quylasar Dmitrov 01.12.1949
Arpavar Lusakert 20.08.1945
Lusakert Nşavan 21.10.1967
Mehrablı Vardaşen 20.08.1945
Muğanlı Muğan 20.08.1945
Muğan Hovtaşen 25.01.1978
Oğurbəyli Berkanuş 20.08.1945
Toxanşalı Masis 20.08.1945
Qaradağlı Tsaxkaşen 20.08.1945
Tsaxkaşen Mrqavet 21.10.1967
Çigdəmli Azatavan 20.08.1945
Ağcaqışlaq Getaşen 21.06.1948
Getaşen Getazat 25.05.1967
Yuxarı Ağbaş (Qəmərli) Abovyan 01.12.1949
Darğalı Anastasavan 01.12.1949
Anastasavan Haygezard 30.12.1957
Başnalı Baqramyan 01.12.1949
Məsimli Haygepart 01.12.1949
Torpaqqala Xnaberd 01.12.1949
Yeni Craşen Craşen 01.12.1949
Yuva (Qəmərli) Şaumyan 19.04.1950
Yamancalı Dextsut 25.05.1967
Sabunçu Araksavan 25.01.1978

Təbiəti

Əhalisi

Şəkillər

Həmçinin bax

  • Qərbi Azərbaycan
  • Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
  • Erməni əhalisinin tarixi miqrasiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəmərli rayonu haqqında məlumat. Qəmərli rayonu nədir? Qəmərli rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mühəddis

  • Fevral 27, 2026

    Linum alpinum

  • Fevral 27, 2026

    AzSSR

  • Fevral 27, 2026

    Pedofiliya

  • Fevral 25, 2026

    Təmmuz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst