Ağrı vadisi — Şərqi Anadolu regionu ilə Kiçik Qafqaz dağlarının arasında yerləşən düzən vadi. Vadi şərqdən Göyçə gölü, şimaldan Alagöz dağı, cənubdan Ağrı dağı ilə sərhədlənir. Düzənlik Araz çayı tərəfindən iki hissəyə bölünmüşdür: şimali (böyük), cənubi (kiçik). Şimali hissə hazırkı Ermənistan ərazisində yerləşir. Cənubi hissə isə Türkiyə ərazisidir.
| Ağrı vadisi | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Mütləq hündürlüyü | 800–1000 m |
| Uzunluğu | 90 km |
| Temperatur | |
| • Minimum | −30,3 °C |
| • Maksimum | 43,7 °C |
| • Yanvarda orta | -6 °C |
| • İyulda orta | 26,5 °C |
| • İllik yağıntı | 200-300 mm |
| Coğrafiyası | |
| Çaylar | Metsamor, Abaransu, Zəngiçay |
| Yerləşməsi | |
| 40°02′24″ şm. e. 44°19′48″ ş. u.HGYO | |
| Ölkələr | |
![]() Ağrı vadisi | |
![]() Ağrı vadisi | |
Coğrafiya
Vadinin orta hündürlüyü 800–1000 metr təşkil edir. Uzunluğu isə 90 kilometrdir. Vadinin dəniz və okeanlardan uzaqlığı onun iqliminə böyük təsir göstərir. Bu səbəbdən iqlimi kontinenraldır. Ağrı vadisi Ermənistanın ümumi ərazisinin 4% təşkil edir. Bununla belə Ermənistanın təsərrüfatı istehsalının 40% verir. Vadinin Ermənistan hissəsi əkinçiliyə cəlb edilmişdir. Vadi əsasən Araz və onun sol qolları (Metsamor, Abaransu, Zəngiçay və digər) ilə suvarılır. Bölgə üzüm, meyvə becərilməsi üçün əlverişlidir.
İqlim
Ağrı vadisinin iqlimi kontinental və yarımsəhradır (Keppen iqlim təsnifatına görə: BSk). Yayı isti və quraq keçir. Yayda yağıntılar nadirdir. Qışı soyuq, buludlu və küləksiz keçir. Qışda yağıntılar qar şəklində düşür. Yanvar ayının orta temperaturu −6 °C °, iyun ayının orta temperaturu isə 26,5 °C təşkil edir. Maksimum qeydə alınan temperatur 43,7 °C, minimum qeydə alınan temperatur −30,3 °C. İllik yağıntının miqdarı isə 200–300 mm arasında dəyişir. Bəzi ərazilər şoranlıqlar və bataqlıqlardan ibarətdir. Yabanı halda səhra və şoranlığa davamlı bitkilər bitir. Ağrı vadisi və Göyçə gölü ətrafı ərazilər Ermənistanın və Şərqi Anadolu regionunun ən günəşli ərazilərindəndir. Burada il ərzində günəşli saatların miqdarı 2700 saatdır. Seyrək meşə sahələrində isə günəşli saatların miqdarı 2000 saatdır. İyundan oktyabr aylarına qədər buludlu günlər ya olmur ya da az müşahidə edilir.
Tarixi
Bölgəyə aid ilk insan məskənləri daha çox neolit və ya erkən eneolit dövrlərinə aiddir.
Ağrı vadisi
Ağrı vadisində duman
Ağrı vadisi
Ağrı vadisi
Ağrı vadisi
Soranlıq sahə
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağrı vadisi haqqında məlumat. Ağrı vadisi nədir? Ağrı vadisi nə deməkdir?


