Məsimli — İrəvan xanlığının Qarnibasar mahalında, sonra İrəvan quberniyasının İrəvan qəzasında kənd adı.Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
| Tarixi Azərbaycan əraziləri | |
| Qəmərli | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Ölkə | Qərbi Azərbaycan |
| Bölgə | Gərnibasar mahalı |
| Əsası qoyulub | 1828 |
| İndiki adı | Aykepat |
| Adının dəyişdirilmə tarixi | 1949 |
| Sahəsi |
|
| Əhalisi |
|
| Saat qurşağı |
|
| Nəqliyyat vasitəsi kodu | 25 |
| Xəritədə yeri | |
![]() Məsimli | |
Tarixi
1590-cı ildən mə’lumdur İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.1728-ci ilə aid mənbədə Məsumlu kimidir "İrəvan əyalətinin icmal dəftəri"ndə Məsumlu formasında qeyd edilmişdir.1949-cu ildə kənd ermənicə Haykaşen adlandırılmışdır. 1948-ci ildə əhali Azərbaycana köçürülmüşdür. 1949-cu ildə kənd ermənicə Ayqеpat adlandırılmışdır.
Toponimi
Toponim məsimli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 01.12.1949-cu il fərmanı ilə adı dəyişdirilərək Aykepat qoyulmuşdur. Ermənilər bu kəndə XX əsrin əvvəllərində İranın Xoy və Salmast rayonlarından köçürülmüşlər. Həyat şəraiti ildən-ilə pisləşən azərbaycanlılar 1940-cı ildə Azərbaycan SSR-ə deportasiya edilmişlər.
Coğrafiyası və iqlimi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 2 km şərqdə yerləşir.
Əhalisi
1828–1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də yerləşdirilmişdir. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur (11,164). Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 360 nəfər, 1886-cı ildə 357 nəfər, 1897-ci ildə 507 nəfər, 1908-ci ildə 448 nəfər, 1914-cü ildə 594 nəfər, 1916-cı ildə 558 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuş, xaricdən köçürülən ermənilər kəndə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 269 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdır. 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
Tanınmışları
- Nəcəf Nəcəfov (alim) bu kənddə duğulmuşdur
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məsimli haqqında məlumat. Məsimli nədir? Məsimli nə deməkdir?

