Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qırxlar qəbiristanlığı — Qafqazın ən qədim dəfn yerlərindən biri olan Dərbənd qəbiristanlığı. Qəbiristanlıq Qırxlar-qapı darvazasından bir kilometr şimalda yerl

Qırxlar qəbiristanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Qırxlar qəbiristanlığı

Qırxlar qəbiristanlığı — Qafqazın ən qədim dəfn yerlərindən biri olan Dərbənd qəbiristanlığı. Qəbiristanlıq Qırxlar-qapı darvazasından bir kilometr şimalda yerləşir.

Qəbiristanlıq
Qırxlar qəbiristanlığı
Xəritə
Ölkə Rusiya
Yerləşdiyi yer Dərbənd
Əsası qoyulub VII əsr
Dini tərkib İslam
42°03′43″ şm. e. 48°16′55″ ş. u.HGYO
Qırxlar qəbiristanlığı xəritədə
Qırxlar qəbiristanlığı
Qırxlar qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəbiristanlıq yaxşı işlənmiş daşlardan inşa edilmiş iki metrlik hasarla əhatə olunmuşdur. İki pillədən ibarət olan bu hasar, ehtimal ki, bir neçə dəfə yenidən qurulmuşdur. Hasarın şimal tərəfində giriş portalı.

​Orta əsr ərəb mənbələrinə və yerli tarixi salnamə olan "Dərbəndnamə"yə əsasən, bu qəbiristanlıq Salman ibn Rəbiə əl-Bahilinin rəhbərliyi altında Dərbəndə edilən ilk ərəb yürüşü ilə əlaqələndirilir. ​Əfsanələrdən birinə görə, ərəb fəthçiləri ilə yerli sakinlər arasında baş verən 6 günlük döyüş nəticəsində 40 və 20 min nəfər əsgərin şəhid olduğu iddia edilir. Ölənlərdən 40 ərəb döyüşçüsü "Qırxlar" qəbiristanlığında dəfn olunmuşdur. Daha sonrakı dövrlərdə burada bir sıra əlavə məzarlar da salınmışdır.

​"Qırxlar" qəbiristanlığı şəhərin şimal qəbiristanlıq kompleksinin bir hissəsidir. O, uzun tərəfləri ilə bir-birinə bitişik iki düzbucaqlı hissədən (böyük və kiçik bölmə) ibarətdir. Böyük bölmə üç sıra, kiçik bölmə isə bir sıra olmaqla, ümumilikdə 40 ədəd qədim sandıq formalı məzar daşından təşkil olunmuşdur. Məzar daşları (sənduqələr) yüksək ölçülərə malikdir: uzunluqları 3.2 metrə qədər, hündürlükləri 80 sm, enləri 70 sm, qalınlıqları isə 10-12 sm-ə qədər çatır. Böyük bölmənin daxilində həmçinin 185 sm hündürlüyündə baş daşları da mövcuddur.

​Qəbiristanlıq, şəhidlərin dəfn yeri olaraq müsəlmanlar tərəfindən müqəddəs ziyarət məkanı kimi qəbul edilir və mütəmadi olaraq ziyarət olunur.

1788-ci ildə Quba xanı Fətəli xan tərəfindən həyat yoldaşı, Tuti Bikənin şərəfinə inşa etdirilmiş Tuti Bikə türbəsi də burada yerləşir.

Məzarlıqda dəfn olunanlar

  • Tuti Bikə — Quba xanı Fətəli xanın həyat yoldaşı, dövlət xadimi.
  • Əhməd xan — Quba xanlığının VII xanı.
  • Həsən xan — Quba xanı Fətəli xanın kiçik oğlu, dövlət xadimi.
  • Şamil Fətullayevin əcdadları, o cümlədən babası Məmməd-Nəbi Fiqarov.
  • Balakişi bəy Ərəblinski — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant.
  • Əmirçoban bəy Usmiyev — Rusiya İmperator Ordusunun zabiti, general-mayor.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qırxlar qəbiristanlığı haqqında məlumat. Qırxlar qəbiristanlığı nədir? Qırxlar qəbiristanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Keşiş

  • Fevral 27, 2026

    Əruz vəzni

  • Fevral 27, 2026

    Aleksandr Borodin

  • Fevral 27, 2026

    Pyer Trüdo

  • Fevral 26, 2026

    SOCAR

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst