Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qırmızı Qəsəbə (əvvəlki adları: Kulqat; Yevreyskaya Sloboda; Krasnaya Sloboda; Qırmızı qəsəbə; Fətəli xan) — Azərbaycan Respublikasının Quba rayonunun Qırmızı Q

Qırmızı Qəsəbə

  • Ana Səhifə
  • Vikipediya
  • Qırmızı Qəsəbə

Qırmızı Qəsəbə (əvvəlki adları: Kulqat; Yevreyskaya Sloboda; Krasnaya Sloboda; Qırmızı qəsəbə; Fətəli xan) — Azərbaycan Respublikasının Quba rayonunun Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Qırmızı Qəsəbə
41°22′17″ şm. e. 48°31′04″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1742
Mərkəzin hündürlüyü 569 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Qırmızı Qəsəbə xəritədə
Qırmızı Qəsəbə
Qırmızı Qəsəbə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qırmızı Qəsəbə

Mündəricat

Tarixi

Bu kəndin əsasının 1731-ci ildə qoyulduğu güman edilir. Bura yəhudilər Hüseynəli xan və Fətəli xanın dəstəyi ilə köçürülmüşdür. Bu dövrdə siyasi təzyiq səbəbindən indiki əraziyə köçən dağ yəhudiləri buraya kompakt formada yerləşir. Fətəli xan dağ yəhudilərinin sədaqətini və əməksevərliyini yüksək qiymətləndirərək onlara əkinçilik, ticarət və sənətkarlıqla məşğul olmağa icazə vermiş, bu isə həmin dövrdə yəhudilərin üzləşdiyi təqib və ayrı-seçkilik fonunda istisna təşkil etmiş və nəticədə Qubada yaradılmış əlverişli şərait digər bölgələrdən yəhudi icmalarının Qubaya köçməsinə səbəb olmuşdur. Fətəli xan yəhudi icmasına qarşı xeyirxah münasibəti ilə seçilmiş, onların incidilməsinə və sıxışdırılmasına imkan verməmiş, icma üzvlərini müxtəlif hücum və böhtanlardan müdafiə etmişdir. Dağ yəhudiləri arasında Fətəli xanın yəhudiləri himayə edən ədalətli hökmdar obrazı bu günə qədər tarixi rəvayətlərdə qorunub saxlanılmaqdadır.

Kəndin ilkin adı olan Kulqat indi də Qırmızı Qəsəbəni təşkil edən kvartallardan birinin adını daşıyır. Kulqat yəhudiləri özlərinin dediklərinə görə onlara qarşı siyasi təzyiq edən Kulqat xanının təzyiqi ilə bu əraziyə köçüblər. Qusar kvartalında yaşayan yəhudilər bura 1779-cu ildə Qusardan, Qarçoq kvartalında yaşayan yəhudilər bura Dərbənddən, Giləki kvartalında yaşayanlar Gilandan, Ağacani kvartalında yaşayanlar İranın Saqqız ərazisindən, Çapkəni kvartalında yaşayanlar Dağıstanın Axtı vilayətindən, Mizrahi kvartalında yaşayanlar isə Qubanın yaxınlığından bu əraziyə gəlmişdi.

Ərazi 7 məhəllədən ibarətdir: Kulqat, Qusar, Qarçoq, Giləki, Ağacani, Çapkəni və Mizrahi. Bütün bu kvartallar əslində bu əraziyə köçən dağ yəhudilərinin gəldiyi ərazini və soyunu göstərir.

XVIII əsrdə bu qəsəbə "Qafqazın Yerusəlimi" adını almışdı.

İkinci dünya muharibəsindən sonra yəhudi əsilli əhalinin sayı kənddə daha da artdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra İsrail burada yaşayan yəhudilərə kömək edir.

5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Quba rayonunun Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi vahidi tərkibindəki Qırmızı Qəsəbə şəhər tipli qəsəbə Fətəli xan şəhər tipli qəsəbə, Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi vahidi Fətali xan qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. 9 ay sonra, Azərbaycan Respublikası Milli Məclisinin 5 iyul 2000-ci il tarixli, 904-IQ saylı Qanunu ilə Quba rayonunun Fətəli xan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Fətəli xan şəhər tipli qəsəbəsi Qırmızı Qəsəbə şəhər tipli qəsəbəsi, Fətəli xan qəsəbə inzibati ərazi vahidi Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır.

Beləliklə, hal hazırda bu yaşayış məntəqəsi qəsəbədir, Qırmızı Qəsəbə adlanır, və Quba rayonunun Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi dairəsinin mərkəzidir.

Coğrafiyası və iqlimi

Qəsəbə Qudyalçayın kənarında, Qusara gedən yol üzərində yerləşir.

Əhalisi

Əhalisi əsasən dağ yəhudiləridən ibarətdir. Bundan başqa burada azərbaycanlılar da yaşayır.

Tanınmış şəxsləri

  • Yevda Abramov (1948–2019) — Millət vəkili.
  • Qod Nisanov(1972) — İş adamı.
  • Albert Aqarunov (1969–1992) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Zarah İliyev (1966) — İş adamı.
  • German Zaxaryayev (1971) — İş adamı.
  • Akif Gilalov — İş adamı.
  • Zaur Gilalov — İş adamı.
  • Aydəmir Hacıyev — Şəhid.
  • Daniil Mişiyev (1926) — Alim.
  • Yaqutil Mişiyev (1927–2024) — Yazıçı, tarixçi.
  • Yuxanan Şaulov — Sovet fiziki-kimyaçısı.

İqtisadiyyatı

Əhali əsasən ticarətlə məşğuldur.

Mədəniyyəti

2020-ci ildə Azərbaycanın qəsəbədə, XIX əsrə aid tarixi Karçogi sinaqoqunda açılmış Dağ Yəhudiləri Muzeyi, dünyada dağ yəhudilərinə həsr olunmuş ilk və yeganə muzeydir.

Təhsil

Qəsəbədə bir rus dilli orta məktəb fəaliyyət göstərir. 2006-cı ildə qəsəbədəki 1 nömrəli orta məktəbə bu qəsəbədə yaşamış tanınmış jurnalist İsaak Abramoviç Xanukovun adı verilmişdir.

Din

Qəsəbədə üç sinaqoq (Giləki, Altı günbəz) mövcuddur.

Şəkilləri

  • Altı günbəz sinaqoqu
    Altı günbəz sinaqoqu
  • Qırmızı Qəsəbədə bir küçə
    Qırmızı Qəsəbədə bir küçə
  • Qəsəbədə yerləşən evlər
    Qəsəbədə yerləşən evlər
  • Dağ yəhudilərin muzeyi
    Dağ yəhudilərin muzeyi

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qırmızı Qəsəbə haqqında məlumat. Qırmızı Qəsəbə nədir? Qırmızı Qəsəbə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    16 iyun

  • Fevral 23, 2026

    İspan-ABŞ müharibəsi

  • Fevral 26, 2026

    Patriar

  • Fevral 25, 2026

    ISSN

  • Fevral 13, 2026

    Konstitusiyalı monarxiya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst