Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qüdrət Muğanlı (23 iyul 1941, Sabirabad – 27 oktyabr 2020) — Azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respubli

Qüdrət Muğanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Qüdrət Muğanlı

Qüdrət Muğanlı (23 iyul 1941, Sabirabad – 27 oktyabr 2020) — Azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005).

Qüdrət Muğanlı
Qüdrət Balakişi oğlu Məlikov
Təxəllüsü Muğanlı
Doğum tarixi 23 iyul 1941
Doğum yeri Sabirabad, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 27 oktyabr 2020 (79 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Balakişi Məlikov
Anası Bilqeyis Məlikova
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
İxtisası jurnalist
Fəaliyyəti "Sumqayıt" qəzetinin baş redaktoru
Əsərlərinin dili azərbaycan dili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20052005
"Tərəqqi" medalı — 20092009
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qüdrət Məlikov Sabirabad şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini və "Jurnalist Sənətkarlığı" İnstitutunu bitirmişdir. Ali siyasi təhsil almışdır. 1969-cu ildən Sumqayıt şəhərində yaşamış və "Sumqayıt" qəzeti redaksiyasında işləmişdir. Qəzetin baş redaktoru olmuşdur.

Azərbaycanda ilk mətbuat orqanı olan "Əkinçi" qəzetinin naşiri Həsənbəy Məlikov (Zərdabi) nəslindən olan Qüdrət Muğanlı bir çox publisistik yazıların və oçerklərin müəllifidir.[mənbə göstərilməlidir]

Şeirləri respublikanın dövri mətbuatında, "Sumqayıt — 50", "Bu yurdun aşılmaz dağları qala", "Sevgi məktubları", "Bizdən sizə qalan sözdür", "Bu da bir ömürdü", "Həzin nəğmələrdə yaşayan şəhər" almanax və toplularında çap olunmuşdur. "Unuda bilməzsən məni", "Səni ürəyimdə yaşadacağam" və başqa kitabların müəllifidir.

Qüdrət Muğanlı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur. "Həsən bəy Zərdabi" mükafatı və "Qızıl qələm" media mükafatı laureatıdır. "Zərdabi" diplomu ilə təltif olunmuşdur.

1991-ci ildə SSRİ Jurnalistlərinin VII qurultayının nümayəndəsi olmuşdur.

21 iyul 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.

Sumqayıt şəhərinin 60 illiyi münasibətilə 16 noyabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Qüdrət Muğanlı 27 oktyabr 2020-ci ildə 79 yaşında vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qüdrət Muğanlı haqqında məlumat. Qüdrət Muğanlı nədir? Qüdrət Muğanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Sumqayıt

  • Fevral 27, 2026

    İşığın interferensiyası

  • Fevral 27, 2026

    Baletmeyster

  • Fevral 27, 2026

    Radionun tarixi

  • Fevral 27, 2026

    Hərbi təyyarə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst