Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hərbi təyyarələr və helikopterlər, müharibələrdə quru və sudakı hədəfləri bombalamaq, digər təyyarələri izləmək və zərərsizləşdirmək, kəşfiyyat aparmaq, şəxsi h

Hərbi təyyarə

  • Ana Səhifə
  • Vikipediya
  • Hərbi təyyarə

Hərbi təyyarələr və helikopterlər, müharibələrdə quru və sudakı hədəfləri bombalamaq, digər təyyarələri izləmək və zərərsizləşdirmək, kəşfiyyat aparmaq, şəxsi heyətin və ya sursatların daşınması üçün nəzərdə tutulmuş müxtəlif ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunan təyyarə növüdür. Xüsusilə qırıcı və bombardmançı məqsədlər üçün istifadə olunanlar hücum təyyarələri və hücum helikopterləri adlandırılırlar. Hərbi təyyarələr qırıcı, bombardmançı, qırıcı-bombardmançı, kəşfiyyatçı kimi növlərə ayrılırlar.

Hərbi təyyarə
İstismarçılar
  • Əfqanıstan Hərbi Hava Qüvvələri,
  • Əfqanıstan Silahlı Qüvvələri,
  • ABŞ hərbi donanması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
F-16 Savaşan Şahin qırıcı təyyarəsi
B-29 Superfortress ağır bombardmançısı

Bu təyyarələr daşıdıqları vəzifələrinə görə havadan yerə raket, havadan havaya raket və top daşıya bilərlər. Ayrıca olaraq hədəflərin yerlərinin müəyyənləşdirilməsi və müşahidəsi üçün radar və pod daşımağa qadirdirlər. Qırıcı təyyarələr öz aralarında siniflərə ayrılırlar: Havada üstünlüyü təmin etmək məqsədi daşıyan təyyarələr təkoturacaqlı, sürətli, yüksəkdən uçan təyyarələrdirlər (MiG-25, Su-27, F-14A, F-15C); hücum təyyarələri 15–20 ton ağırlığında olan, təkmotorlu, atəş gücü olduqca yüksək olan təyyarələrdirlər (F-16C, Mirage 2000, MiG-29, F-18C, MiG-23, F-15C); hücumlara dəstək təyyarələri ağır silahlar ilə təchiz olunurlar və onlardan daha çox düşmənin quru qoşunlarını təzyiq altında saxlamaq üçün istifadə olunur (MiG-27,Su-25, Jaguar, AV-8B Harrier, A-10). Bunlardan əlavə olaraq xəyal təyyarələri kimi tanınan radarlarda görünməyən təyyarələrdə mövcuddur (Northrop Grummman B-2 Spirit bombardmançı təyyarəsi və F-117 Nighthawk qırıcı təyyarəsi)

Northrop B-2 Spirit (ruh) bombardmançı təyyarəsi

Hərbi təyyarə istənilən növ hüquqi və ya silahlı xidmət tərəfindən istismar edilən hər hansı bir sabit qanadlı və ya fırlanan qanadlı təyyarədir. Hərbi təyyarə döyüş və ya qeyri-döyüş təyinatlı ola bilər.

ABŞ Silahlı Qüvvələrinə məxsus olan F-35A Lightning II qırıcısı uçuş vəziyyətində
İsrail Silahlı Qüvvələrinə məxsus F-16 Fighting Falcon qırıcıları

Müdafiə təyinatlı hərbi təyyarələr öz təyyarələrindən istifadə edərək düşmən avadanlıqlarını məhv etmək üçün nəzərdə tutulmuşdurlar. Müdafiə təyinatlı təyyarələr normal olaraq hərbi təyinatlı müəssisələr tərəfindən hazırlanırlar, inkişaf etdirilirlər və tədarük edilirlər. Qeyri-döyüş təyinatlı təyyarələr isə döyüş üçün nəzərdə tutulmayıblar, lakin özlərini müdafiə etmək üçün silahlar daşıya bilərlər. Bunlar əsasən dəstək rollarında fəaliyyət göstərirlər və bunlar hərbi təyinatlı müəssisələr və ya mülki təşkilatlar tərəfindən hazırlana bilərlər.

1783-cü ildə, ilk praktik təyyarə (isti hava və hidrogen balonları) yaradıldığı zaman tez bir zamanda hərbi vəzifələr üçün qəbul edildi.

Həmçinin bax

  • 2037 Bombardmançı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hərbi təyyarə haqqında məlumat. Hərbi təyyarə nədir? Hərbi təyyarə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Napoleon müharibələri

  • Fevral 27, 2026

    Ladino dili

  • Fevral 27, 2026

    Yalan

  • Fevral 27, 2026

    Qəzza

  • Fevral 25, 2026

    Macar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst