Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Duopoliya (yun. δύο duo (iki) + yun. πωλεῖν polein (satmaq)) — oliqopoliyanın bir növü. Duopoliyada iki şirkət bazar üzərində dominant və ya müstəsna nəzarətə m

Duopoliya

  • Ana Səhifə
  • Vikipediya
  • Duopoliya

Duopoliya (yun. δύο duo (iki) + yun. πωλεῖν polein (satmaq)) — oliqopoliyanın bir növü. Duopoliyada iki şirkət bazar üzərində dominant və ya müstəsna nəzarətə malik olur. Sadə quruluşuna görə, oliqopoliyanın ən çox tədqiq olunmuş növüdür. Duopoliyalar fərdi istehlakçının seçiminin şirkətə təsir göstərə bilmədiyi rəqabət bazarında istehlakçılara satışı həyata keçirir. Duopoliyalar və oliqopoliyaların müəyyənedici xüsusiyyəti odur ki, satıcıların verdiyi qərarlar bir-birindən asılıdır.

Mündəricat

İqtisadiyyatda duopoliya modelləri

İki əsas duopoliya modeli mövcuddur:

  • Kurno modelində hər iki şirkət digərinin hasilatını təhmin edir və buna sabit bir miqdar kimi yanaşır. Buna əsaslanaraq, həmin şirkət öz istehsalını təşkil edir.
  • Bertran modelində isə şirkətlərin apardığı oyunda onların hər biri qiymət azalmasına cavab olaraq digər şirkətin qiymətləri dəyişməyəcəyini güman edir. Hər iki şirkət bu məntiqdən istifadə etdikdə Neş tarazlığına çatacaqlar.

Duopoliyanın xüsusiyyətləri

  • Bazarda yalnız iki satıcının mövcud olması.
  • Müstəqillik: hər hansı bir şirkət qiymətdə dəyişiklik edərsə, rəqabətdə qalmaq üçün digər şirkətlər də ona uyğun olmalıdır.
  • Monopoliya elementlərinin mövcudluğu: Mallar arasında fərq çoxaldıqca, hər malın öz sadiq müştəriləri olduğuna görə şirkət daha çox monopolistləşir.

Siyasətdə

Bazar kimi siyasi sistem də iki partiya tərəfindən idarə edilə bilər. Bu zaman digər partiyalar və onların ideologiyaları sıxışdırılaraq sistemdən kənar edilir. Bu və ya digər partiya müəyyən müddətə hökumətə rəhbərlik edir (hakim partiya), digəri isə məhdud səlahiyyətlərə malik olur (müxalifət partiyası). Düverje qanununa görə, belə olmasına səbəb heç bir ikinci tur və ya alternativ səsvermə keçirilmədən "Qalib gələn hakimdir" prinsipinin tətbiq edilməsidir. ABŞ və Latın Amerikası ölkələrində ikipartiyalı sistem mövcuddur.

Nümunələr

Duopoliyanın ən tipik nümunəsi elektron ödəniş sistemi bazarında hakim mövqe tutan Visa və MasterCarddır. Onlar 2000-ci ildə ABŞ Ədliyyə Departamentinin qaldırdığı antiinhisar iddiası üzrə cavabdeh qismində çıxış edirdilər.

Apple şirkətindən iOS və Googledan Android, mobil əməliyyat sistemi bazarının 99%-dən çoxunu təşkil edir.

Həmçinin bax

  • İnhisar
  • İkipartiyalı sistem

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Duopoliya haqqında məlumat. Duopoliya nədir? Duopoliya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məmlük

  • Fevral 26, 2026

    Jurnal

  • Fevral 27, 2026

    Asteriya (mifologiya)

  • Fevral 24, 2026

    Biologiya

  • Fevral 25, 2026

    Alim

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst