Laza (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun Zindanmuruq kənd inzibati ərazi dairəsində kənd.
| Laza | |
|---|---|
| |
| 41°17′42″ şm. e. 48°06′22″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Qusar rayonu |
| Tarixi və coğrafiyası | |
| İlk məlumat | 1832 |
| Mərkəzin hündürlüyü | 1.660 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Milli tərkibi | ləzgilər |
| Dini tərkibi | Sünni - Müsəlmanlar (Şafii məzhəbi) |
![]() Laza ![]() Laza | |
Coğrafiyası və iqlimi

Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndi gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır.
Kəndin yaxınlığında, bir-birinə yaxın beş şəlalənin yerləşdiyi ərazidə hər il Azərbaycanın açıq idman buz dırmanma çempionatı keçirilir. Qışda şəlalələr donaraq fərqli formalı buz kütlələrinə çevrilir. Laza şəlaləsi hündürlüyü ilə seçilir və dırmanışçılar üçün uzun və dar marşrut yaradır. Çempionatda Türkiyə, Rusiya, Ukrayna, Azərbaycan və digər ölkələrdən idmançılar iştirak edirlər.
Toponimikası
Laza toponimi ləzgi dilində “ağ, bəyaz” mənasını verən «лацу» sözündən yaranmışdır. Bu ad ərazinin təbii xüsusiyyətləri — xüsusilə dağlıq relyef, qayaların açıq rəngli olması və ilin böyük hissəsində ətrafın qarla örtülü qalması ilə əlaqədar formalaşmışdır.
Əhalisi

Kəndin 130 nəfər əhalisi 26 evdə yaşayır, kəndin sakinləri ləzgilərdi.
Sixillər
Kəndəki sixillər (klanlar, soylar):
- K’eletlatsar (КIелетлацар)
- K’ekrezçiraybur (КIекрезчирайбур)
- Xinar (Хинар)
- Taçanar (Тачанар)
- Ruxkalçukaybur (Рухкалчукайбур)
- Şatar (Шатар)
Təhsilin vəziyyəti
- 4 illik ibtidai təhsil məktəbi var.
Mədəniyyəti
Laza kəndinin ən məşhur tarixi abidəsi kəndin mərkəzində yerləşən 300 illik tarixi məsciddir, sakinləri yüksək dağ insanlarına xas olan həyat tərzi sürür. Laza Qafqazın turistlər tərəfindən ən çox ziyarət olunan kəndlərindən biridir. Kəndə həm yay, həm də qış mövsümündə çoxlu sayda qonaqlar gəlir, xüsusilə xarici turistlər. Lazalılar doğma ləzgi dilli ilə yanaşı gələn qonaqlarla sərbəst azərbaycan dilində danışırlar və həm çinin gələn xarici turistlərlə rus və inglis dilində danışa bilir. Son zamanlar Şahdağ, Qızıl qaya, Tufan, Bazardüzü və yüksək dağ yaylalarına çıxmaq üçün gələn xarici turistlərin sayı artdığından məktəblilər ingilis dili öyrənir.
İnfrastruktur
2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir.
Qalereya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Laza (Qusar) haqqında məlumat. Laza (Qusar) nədir? Laza (Qusar) nə deməkdir?


