Qurban Yusif oğlu Yusifzadə (1913, Naxçıvan – 4 iyun 1982) — Azərbaycan jurnalisti və dövlət xadimi, professor (1967), Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (1970–1982), Azərbaycan SSR Ali Sovetinin 8–10-cu çağırış deputatı.
| Qurban Yusifzadə | |
|---|---|
| |
| 29 yanvar 1970 – 4 iyun 1982 | |
| Əvvəlki | İmran Mirzəyev |
| Sonrakı | Elşad Quliyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1913 |
| Doğum yeri | |
| Vəfat tarixi | 4 iyun 1982 (68–69 yaşında) |
| Dəfn yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | jurnalist, redaktor, pedaqoq |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| Elmi adı |
|
| | |
| Təltifləri | |
Həyatı
Qurban Yusif oğlu Yusifzadə 1913-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1931-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra kənd məktəbində müəllimlik etmiş, jurnalistika ilə məşğul olmuş, 1932-ci ildə "Şərq qapısı" qəzetinin şöbə müdiri təyin edilmişdir.
1941-ci ildə Azərbaycan Dövlət Universitetini bitirən Qurban Yusifzadə uşaq-gənclər nəşriyyatının direktoru, sonra isə baş redaktoru vəzifələrində işləmişdir. 1942–1944-cü illərdə o, SSRİ Xalq Müdafiə Komissarlığı hərbi nəşriyyatının Zaqafqaziya cəbhəsi yanında nəşriyyat redaktoru olmuşdur. 1947–1950-ci illərdə "Təbliğatçı", "Azərbaycan" jurnallarının məsul katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifələrini tutmuşdur.
1953-cü ildə Qurban Yusifzadə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1953–1954-cü illərdə isə Bakı Ali Partiya Məktəbində işləmiş, bir çox illər ərzində burada marksizm-leninizm fəlsəfəsi kafedrasına başçılıq etmişdir. 1967-ci ildə ona professor adı verilmişdir. Filosof alim və jurnalist kimi o, 60-dan artıq əsərin müəllifi olmuşdur. 1970-ci ildən ömrünün axırınadək Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində işləmişdir.
Qurban Yusifzadə 1944-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və KP Təftiş Komissiyasının üzvü seçilmiş, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X çağırış deputatı olmuşdur. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir.
Qurban Yusifzadə uzun sürət ağır xəstəlikdən sonra 4 iyun 1982-ci ildə vəfat etmişdir. İyunun 7-də Fəxri Xiyabanda dəfn olunmuşdur.
Həmçinin bax
- Azərbaycan SSR hökuməti (1971–1975)
- Azərbaycan SSR hökuməti (1975–1980)
- Azərbaycan SSR hökuməti (1980–1985)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurban Yusifzadə haqqında məlumat. Qurban Yusifzadə nədir? Qurban Yusifzadə nə deməkdir?
