Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qrunt suları — Yer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları,

Qrunt suları

  • Ana Səhifə
  • Vikipediya
  • Qrunt suları

Qrunt suları — Yer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızılan sulardan əmələ gəlir. Məhz ona görə də iri çayların, kanalların, su anbarlarının yaxınlığında qrunt sularının səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma rejimindən asılı olaraq qrunt sularının səviyyəsi, debiti, temperaturu və kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, və ya çox minerallaşmış qrunt suları üstünlük təşkil edir.

Qrunt sularının böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyi kimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadə edilir.

Mündəricat

Qrunt suların keyfiyyəti

Rütubətli iqlimdə intensiv şəkildə infiltrasiya prosesi və yeraltı axarlar baş verir və nəticədə süxur və torpaqlar yuyulur, və onlardan asanlıqla həll olunan duzlar (xloridlər və sulfatlar) yuyularaq çıxır. Belə şəraitdə qrunt suları şirin olur, və onların tərkibində nisbətən gec həll olunan duzlar mövcud olur. Quru isti iqlim şəraitində isə (quru çöllərdə, yarımsəhralarda və səhralarda) yağıntılar qısa müddətli olaraq az miqdarda düşməsi, habelə ərazinin drenaj sisteminin zəif olması qrunt sularının yeraltı axınının inkişaf etməsinə mane olur. Beləliklə, yeraltı axın buxarlanır və şoranlaşma yaradır. Çayların, su anbarlarının və s. yaxınlığında qrunt suları əsasən duzsuzlaşdırılıb və əsasə keyfiyyət baxımından içməli su standartlarına cavab verir.

Azərbaycanın qrunt suları

Qrunt suları Kür-Araz ovalığında Yer səthinə yaxın yerləşməklə yüksək dərəcədə minerallaşmışdır. Kür-Araz ovalığının əksər sahələrində qrunt sularının səviyyəsi 1–5 metr dərinlikdədir. Bəzən qrunt suları səthə çıxır (xüsusilə suvarma mövsümündə) təsərrüfat işlərinə maneçilik törədir. Qanıx-Əyriçay vadisində, Lənkəran ovalığında qrunt sularının səviyyəsi ən çox 3–5 metr dərinlikdədir. Qrunt sularının səthə yaxınlaşdığı və ya səthə çıxdığı yerlərdə meşələr, çəmən, çəmən-bataqlıq landşaftları əmələ gəlmişdir. Azərbaycan Respublikasının dağlıq ərazilərində qrunt suları xeyli dərindədir. Aran rayonlarında suvarma qrunt sularının rejimini müəyyən edən amillərdən biridir. Suvarma mövsümündə torpağa sızılan suların hesabına qrunt sularının səviyyəsi səthə yaxınlaşır, digər dövrlərdə isə aşağı düşür.

Böyük və Kiçik Qafqazın düzənliklərə qovuşduğu ərazilərdə yeraltı sular bulaqlar şəklində səthə çıxır. Xüsusilə Qusar maili düzənliyinin və Qanıx-Əyriçay çökəkliyinin dağətəyi hissəsində tektonik qırılmalarboyuncayeraltı suların təbii çıxışları daha çoxdur.

Həmçinin bax

  • Bulaq
  • Su

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qrunt suları haqqında məlumat. Qrunt suları nədir? Qrunt suları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nodar Şaşıqoğlu

  • Fevral 26, 2026

    Qızılbaşlar

  • Fevral 25, 2026

    III Çarlz

  • Fevral 27, 2026

    Windows Mobile

  • Fevral 23, 2026

    Şimali Osetiya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst