Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurban Osman oğlu Qurbanov (13 aprel 1972, Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu

Qurban Qurbanov

  • Ana Səhifə
  • Vikipediya
  • Qurban Qurbanov

Qurban Osman oğlu Qurbanov (13 aprel 1972, Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur.

Qurban Qurbanov
Qurbanov 2023-cü ildə
Qurbanov 2023-cü ildə
Ümumi məlumatlar
Ləqəbi Xan
Doğum tarixi 13 aprel 1972(1972-04-13) (53 yaş)
Doğum yeri
  • Aşağı Tala, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Boyu 176 sm
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Azərbaycan Qarabağ
Vəzifəsi Baş məşqçi
Karyerası
Gənclik karyerası
1988 SSRİ Kür
1989 SSRİ Mertskali Ozurgeti
Klub karyerası
1990–1991 SSRİ Daşqın 63 (23)
1991–1992 Alazani Qurcani 17 (4)
1992–1993 Azərbaycan Daşqın 39 (24)
1993–1995 Azərbaycan Turan 54 (20)
1995–1996 Azərbaycan Kür-Nur 12 (4)
1996–1998 Azərbaycan Neftçi 43 (43)
1998 Rusiya Dinamo (Stavropol) 36 (17)
1999 Rusiya Baltika 14 (1)
1999–2001 Rusiya Fakel 37 (10)
2001–2002 Azərbaycan Neftçi 14 (9)
2002 Rusiya Fakel Voronej 28 (7)
2003 Rusiya Volqar-Qazprom 21 (0)
2003–2005 Azərbaycan Neftçi 27 (14)
2005–2006 Azərbaycan İnter 3 (1)
Cəmi 420 (185)
Milli yığma
2003 Azərbaycan Azərbaycan (21 yaşlılar) 3 (3)
1992–2005 Azərbaycan Azərbaycan 68 (14)
Məşqçi karyerası
2006–2007 Azərbaycan Neftçi (Bakı)
2008—h.h. Azərbaycan Qarabağ (Ağdam)
2017–2018  Azərbaycan
Təltif və medalları
Azərbaycan Respublikasının əməkdar məşqçisi — 20112011
"Şöhrət" ordeni — 20222022
İmzası
İmza

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.

1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə altı dəfə Azərbaycan Kubokunun qalibi olub, on dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

Mündəricat

Erkən həyatı və ailəsi

Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində fəhlə ailəsində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurban, valideynlərinin sonuncu övladıdır.

Orta təhsilini Aşağı Tala kəndində alıb. 1979-cu ildən birinci sinfə Aşağı Tala 5 saylı səkkiz illik məktəbdə başlayıb, son iki sinfi 3 saylı orta məktəbdə davam edib.

Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" Zaqatala klubuna gətirib. 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb.

1989-cu ildə atası, 2017-ci ildə isə anası vəfat edib. 2000-ci ildə ailə həyatı qurub. Qurbanovun üç övladı var — qardaşının adını daşıyan Musa, Zəhra və anasının adını daşıyan Güləbatın. Musa "Qarabağ" futbol klubunun və Azərbaycan millisinin oyunçusudur. Qardaşı Musa Qurbanov da peşəkar futbolçu olub.

Futbolçu karyerası

Klub karyerası

1990-cı illər

Futbolun sirlərinə "Daşqın" Zaqatala komandasında yiyələnib. 1990–1991-ci illərdə "Daşqın" komandasında 63 oyun keçirib və 23 qol vurub. 1991/92 mövsümündə Gürcüstanın "Alazani" klubunda çıxış edib. Bu klubda 17 oyunda meydana çıxıb və 4 qol vurub.

1992–1993-cü illərdə yenidən "Daşqın" klubunda çıxış edib. 1992-ci ildə "Daşqın"ın heyətində 23 oyuna çıxıb və 13 dəfə fərqlənib. 1993 mövsümündə isə 16 oyun keçirib və 11 dəfə fərqlənib. 1993-cü ildə "Turan"a transfer olunub. 1993/94 mövsümündə Turanda 29 oyunda meydana çıxıb və 9 qol vurub. Həmin mövsüm Qurban Qurbanov "Turan"ın heyətində Azərbaycan çempionu olub. Bu, onun futbolçu karyerasındakı ilk titul olub. Qurban Qurbanov 1994/95 mövsümündə isə 10 oyunda meydana çıxaraq 3 qol vurub. 1994/95 mövsümünü Qurban Qurbanov "Turan" komandası ilə birlikdə gümüş medallar qazanaraq tamamlayıb.

1995/96 mövsümündə 1-ci dövrəni "Turan"da keçirmişdir. Həmin mövsümün 2-ci dövrəsində Mingəçevirin "Kür-Nur" klubunda çıxış edib. "Kür-Nur"da 12 oyun keçirib və 4 qol vurub. 1996-cı ildə "Neftçi" klubuna transfer olunub. 1996/97 mövsümündə "Neftçi"nin heyətində 30 oyuna 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub.

UEFA Kuboku 1996/1997 mövsümündə Bolqarıstanın "Lokomotiv" Sofiya klubu ilə birinci təsnifat mərhələsinin oyunlarında 17 iyul 1996-cı ildə keçirilən ev və 24 iyulda keçirilən səfər qarşılaşmasında "Neftçi"nin heyətində oyunu əvəzolunmadan keçirib. İki oyunun nəticəsinə görə 2–7 (2–1, 0–6) hesabı ilə uduzan Neftçi mübarizəni dayandırıb.

1997/1998 mövsümündə 13 oyun keçirib və 9 qol vurub. 1997/98 mövsümündə "Neftçi"nin heyətində UEFA Çempionlar Liqasının oyunlarında meydana çıxıb. 23 iyul 1997-ci ildə Polşanın "Vidzev" klubu ilə ev oyununu əvəzolunmadan keçirib, bu oyunda "Neftçi" 0–2 hesabı ilə məğlub olub. Bir həftə sonra 30 iyulda keçirilən səfər qarşılaşmasında da əsas heyətdə meydana çıxıb, bu oyunda Qurbanov 51-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb və 81-ci dəqiqədə Xaqani Məmmədovla əvəzlənib. Bu oyunda "Neftçi" 8–0 hesabı ilə məğlub olub. İki oyunun nəticəsinə görə "Neftçi" mübarizəni dayandırıb. "Neftçi" klubunda 1996–1998-ci illərdə 43 oyun keçirib və 43 qol vurub.

1998-ci ilin yanvarında Rusiyanın "Dinamo" Stavropol klubu ilə müqavilə imzalayıb. 1999-cu ilin qışında, müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən klubdan ayrılıb. "Dinamo"da 36 oyunda meydana çıxıb və 17 qol vurub.

1999-cu ildə 1-ci dövrədə "Baltika" Kalininqrad klubunda çıxış edib (müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən yenidən komandadan ayrılıb). "Baltika" klubunda 14 oyun keçirib və 1 qol vurub. 2-ci dövrədən isə "Fakel" Voronej klubunda oynayıb və bu kluba yüksək liqaya çıxmasına kömək edib. Qurbanov bu müddət ərzində "Fakel" klubunda 12 oyuna 8 qol vurub.

2000-ci illər

Qurban Qurbanov 2000–2001-ci illərdə Rusiyanın "Fakel" Voronej klubunda çıxış edib, 25 oyun keçirib və 2 qol vurub. Lakin "Fakel"dəki sonrakı karyerasını aldığı bir sıra zədələr səbəbindən davam etdirə bilməyib.

2001-ci ildə Qurbanov yenidən Azərbaycanın "Neftçi" Bakı klubuna transfer olunub. UEFA Kuboku 2001/2002 mövsümündə "Neftçi"nin heyətində çıxış edib. 9 avqust 2001-ci ildə Sloveniyanın "ND Qoriça" klubu ilə keçirilən ev oyununu əvəzolunmadan keçirib, bu oyun 0–0 hesabı ilə başa çatıb. 23 avqust 2000-ci ildə səfər oyununda da 90 dəqiqə meydanda olub. Qurban Qurbanov oyunun ikinci hissəsinə əlavə olunmuş 2-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. Bu oyunda "Neftçi" 1–0 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 2001–2002-ci illərdə "Neftçi"nin heyətində 14 oyun keçirib və 9 qol vurub.

2002-ci ildə yenidən "Fakel" Voronej klubunda çıxış edib, 28 oyunda meydana çıxıb və 7 qol vurub. 2003-cü ildə digər Rusiya klubuna, "Volqar-Qazprom"a keçib. Bu klubda 21 oyun keçirib və qol vurmayıb.

2003-cü ildə yenidən "Neftçi" klubuna qayıdıb. 9 may 2004-cü ildə Azərbaycan Kubokunun finalında "Şəmkir" ilə qarşılaşmada "Neftçi"nin heyətində meydana çıxıb, bu oyunda "Neftçi" 1–0 hesabı ilə qələbə qazanaraq kuboka sahib çıxıb. 2003/04 mövsümündə Neftçinin heyətində 4 oyun keçirib və 4 qol vurub.

21 iyul 2004-cü ildə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin cavab oyununda Bosniya və Herseqovinanın "Şiroki Briyeg" klubu ilə qarşılaşmada kapitan kimi meydana çıxıb. "Neftçi" 1–0 hesabı ilə qələbə qazanıb, iki oyunun nəticəsinə görə "Neftçi" növbəti mərhələyə çıxıb. İkinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi Rusiyanın "ÇSKA" Moskva klubu olub. 27 iyul 2004-cü ildə keçirilən və 0–0 hesabı ilə başa çatan ilk oyunda Qurban Qurbanov sonadək meydanda olub. 4 avqust 2004-cü ildə cavab qarşılaşmasında da "Neftçi"nin heyətində meydana çıxıb. Bu oyunda "Neftçi" 2–0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. 2004/05 mövsümündə Neftçinin heyətində 23 oyun keçirib və 10 qol vurub.

11 sentyabrda "Gənclərbirliyi" Sumqayıt klubu ilə 4-cü tur oyununda 10-cu və 65-ci dəqiqədə iki qol vuraraq dubl edib. Oyun 3–0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. 16 oktyabr 2004-cü ildə çempionatın 7-ci turunda "MKT-Araz" klubu ilə oyunda 36-cı dəqiqədə oyunda ilk qolu vurub, oyun 0–1 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. Azərbaycan çempionatının 28-ci turunda MOİK klubu ilə qarşılaşmada 85-ci dəqiqədə qol vuraraq hesabı açıb, oyun bu hesabla başa çatıb. 25 aprel 2005-ci ildə "Şahdağ Samur" klubu ilə oyunda 86-cı dəqiqədə oyunda yeganə qolu vurub. 20 may 2005-ci ildə ölkə çempionatının 33-cü turunda "Turan" Tovuz klubu ilə qarşılaşmada 85-ci dəqiqədə qol vuraraq hesabı 2–1 edib və komandasına qələbə qazandırıb.

2005-ci ildə "Neftçi" klubundan ayrılaraq "İnter" klubuna keçib.

21 avqust 2005-ci ildə Azərbaycan çempionatının 2005/06 mövsümünün ikinci turunda "Karvan"la oyunda 30-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 1–1 edib, oyun 2–1 hesabı ilə "İnter"in xeyrinə başa çatıb. Bu qol Qurbanovun "İnter" karyerasında yeganə qolu olub. Qurban Qurbanov "İnter"də cəmi 3 oyun keçirib.

Qurban Qurbanov futbolçu karyerasını 2005-ci ilin payızında — 33 yaşında bitirib. 2005-ci ilin noyabrında Qurbanovun vida oyunu keçirilib. Bu oyunda Azərbaycan milliləri və Azərbaycan Premyer Liqasının legionerləri iştirak ediblər.

Statistika

Klub Çempionat Mövsüm Liqa Kubok Avropa Cəmi
OyunQolOyunQolOyunQolOyunQol
Daşqın Zaqatala Sovet İkinci Liqası 1990–91 ? ? ? ? 0 0 63 23
Cəmi ????006323
Alazani Umaqlasi Liqa 1991–92 ? ? ? ? 0 0 17 4
Cəmi ????00174
Daşqın Zaqatala Azərbaycan Çempionatı 199223 13 0 0 0 0 23 13
1993? ? ? ? 0 0 16 11
Cəmi ????003924
Turan Tovuz Azərbaycan çempionatı 1993–94 ? ? ? ? 0 0 29 9
1994–95 ????00103
1996 ? ? ? ? 0 0 15 8
Cəmi ????005420
Kür-Nur Mingəçevir Azərbaycan çempionatı 1995–96 ? ? ? ? 0 0 12 4
Cəmi ????00124
Neftçi Bakı Azərbaycan çempionatı 1996–97 ? ? ? ? 1 0 30 34
1997–98 ? ? ? ? 2 0 13 9
Cəmi ????304343
Dinamo Stavropol Rusiya çempionatı 1998 ? ? ? ? ? ? 36 17
Cəmi ??????3617
Baltika Kalininqrad Rusiya çempionatı 1999 ? ? ? ? ? ? 14 1
Cəmi ??????141
Fakel (Voronej) Rusiya çempionatı 1999 ? ? ? ? ? ? 12 8
2000 ? ? ? ? ? ? 16 1
2001 ? ? ? ? ? ? 9 1
Cəmi ??????3710
Neftçi Bakı Azərbaycan çempionatı 2001–02 ? ? ? ? 2 0 14 9
Cəmi ????20149
Fakel Voronej Rusiya çempionatı 2002 ? ? ? ? ? ? 28 7
Cəmi ??????287
Volqar-Qazprom Həştərxan Rusiya çempionatı 2003 ? ? ? ? ? ? 21 0
Cəmi ??????210
Neftçi Bakı Azərbaycan çempionatı 2003–04 ? ? ? ? ? ? 4 4
2004–05 ? ? ? ? 3 0 23 10
Cəmi ??????2714
İnter Bakı Azərbaycan çempionatı 2005–06 3 1 0 0 0 0 3 1
Cəmi 31000031
Cəmi SSRİ ??????6323
Gürcüstan ??????174
Azərbaycan ??????182115
Rusiya ??????13635
Karyera cəmi ??????398177

Milli komanda karyerası

17 iyul 1992-ci ildə Azərbaycan milli futbol komandasının ilk oyununda meydana çıxıb. Gürcüstan milli futbol komandası ilə qarşılaşmada 46-cı dəqiqədə Musa Qurbanovu əvəz edərək meydana daxil olub.

8 iyun 1993-cü ildə EKO Kuboku turnirində Qazaxıstanla qarşılaşmada 10-cu dəqiqədə hesabı açıb və 25-ci dəqiqədə 2-ci qolu vuraraq hesabı 1–2 edib. Oyun 3–3 hesabı ilə başa çatıb. Bu Qurban Qurbanovun milli komanda karyerasında ilk qolu və ilk dublu idi.

UEFA Avropa Kuboku 1996-ın seçmə mərhələsində 11 oktyabr 1995-ci ildə İsraillə səfər və 15 noyabr 1995-ci ildə Polşa ilə ev oyunlarında meydana çıxıb. İsraillə oyunda 70-ci dəqiqədə, Polşa ilə oyunda isə 69-cu dəqiqədə Vidadi Rzayevi əvəz edərək meydana daxil olub.

Qurban Qurbanov Azərbaycan millisinin heyətində FİFA Dünya Kuboku 1998-in seçmə mərhələsində də iştirak edib. 7 oyunda meydana çıxıb, qol vurmayıb.

2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunlarında da milli komandanın heyətində meydana çıxıb. 5 iyun 1999-cu ildə Bakıda Lixtenşteyn komandası ilə oyunda 16-cı dəqiqədə hesabı açıb, oyun 4–0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Bu qol Qurbanovun seçmə mərhələdə yeganə qolu olub. Cəmi 7 oyuna çıxıb.

2000-ci ilin fevral ayında Albaniyada keçirilən Rothmans Turnirində millinin heyətində Albaniya və Andorra millilərinə qarşı oyunlarda çıxıb.

2002-ci il Dünya çempionatının seçmə mərhələsində 3 oyunda meydana çıxıb və qol vurmayıb.

UEFA Avropa Kuboku 2004-ün seçmə oyunlarında da meydana çıxıb. 12 fevral 2003-cü ildə Podqoritsada Serbiya və Monteneqro milli futbol komandası ilə oyunda 2–0 Azərbaycan millisi uduzarkən 57-ci və 78-ci dəqiqələrdə iki qol vuraraq hesabı 2–2 edib və komandasına 1 xal qazandırıb. 11 iyun 2003-cü ildə Serbiya və Monteneqro ilə ev qarşılaşmasında da fərqlənib. 88-ci dəqiqədə qol vuraraq hesabı 1–1 edib. Bu oyun 2–1 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Bu seçmə mərhələdə Qurban 6 oyuna çıxıb və 3 qol vurub.

6 iyun 2004-cü ildə Riqada Latviya millisi ilə keçirilən yoldaşlıq oyununda 75-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 1–2 edib. Oyun 2–2 hesabı ilə başa çatıb. Bu, Qurban Qurbanovun milli komanda karyerasında vurduğu sonuncu qol olub.

FİFA Dünya Kuboku 2006-nın seçmə mərhələsində millinin heyətində 8 oyuna çıxıb, qol vurmayıb. 7 sentyabr 2005-ci ildə Avstriya milli komandası ilə keçirilən qarşılaşma Qurbanovun millidə sonuncu oyunu olub. Bu oyunda Qurbanov 90-cı dəqiqədə Samir Əliyev ilə əvəzlənib.

Azərbaycan milli futbol komandasında indiyə qədər ən çox qol vuran futbolçudur. 1992–2005-ci illər ərzində Azərbaycan yığmasının heyətində 68 oyun keçirib və 14 qol vurub.

Milli komandada oyun statistikası

Mənbə:eu-football.info

Azərbaycan Azərbaycan milli futbol komandası
İl Yoldaşlıq Dünya K. Dünya K. s/m Avropa K. Avropa K. s/m Başqa Cəmi
OyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol
1992 10000000000010
1993 10000000003242
1994 00000000000000
1995 00000000200020
1996 52002000000072
1997 41005000000091
1998 50000000310081
1999 21000000410062
2000 00000000002020
2001 10003000000040
2002 30000000300060
2003 00000000330033
2004 53004000000093
2005 20004000000070
Cəmi 2970018000165526814

Milli komandada vurduğu qollar

Qurbanov, Azərbaycan milli futbol komandasının ən məhsuldar ikinci oyunçusudur. Keçmiş hücumçu 1992–2005-ci illədə çıxış etdiyi Azərbaycan millisində 68 oyunda 14 qol vurub.

Məşqçilik karyerası

2005-ci ilin sentyabrında Qurban Qurbanov "İnter" Bakı klubunun idman direktoru olmuşdur.

2008-ci ildə Azərbaycan milli futbol komandasının Litvaya qarşı keçirdiyi yoldaşlıq görüşündə yığmada məşqçi funksiyasını yerinə yetirib. Qurban Qurbanov 2006-cı ildə 10 günlük Kayserisporda, 2009-cu ildə "Qalatasaray"da, 2011-ci ildə "Borrusiya" Dortmund klubunda, 2012-ci ildə isə "Barselona" klubunda təcrübə keçib. 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan futbolunun 100 illiyi münasibətilə Qurban Qurbanova Əməkdar məşqçi adı verilib. Avropa yarışlarında ən uğurlu azərbaycanlı məşqçidir.

Neftçi

2006-cı ildə Ağasəlim Mircavadovun gedişindən sonra "Neftçi" klubunda məşqçilik fəaliyyətinə başlayıb. Qurbanovun baş məşqçi kimi çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf edib. Həmin günü mütəxəssisin çalışdırdığı "Neftçi" öz meydanında "Gənclərbirliyi"ni darmadağın edib – 6:1.

Qurbanov "Neftçi"nin baş məşqçisi kimi ilk mətbuat konfranslarından birində bunları söyləmişdir:

"Bir komandanı çalışdırmaq özünüz oynamaqdan daha çətindir. Klub rəhbərliyinin etimadı mənə kömək edir, həm də gözəl bir komandamız var. Əminəm ki, bu mövsüm "Neftçi" mükafat yerlərindən aşağı düşməyəcək, amma vəzifəmiz dəyişməz olaraq qalır — Azərbaycan çempionluğunu qazanmaq ".

Onun baş məşqçi olduğu dövrdə "Neftçi" həm UEFA Kubokunda, həm də Azərbaycan çempiontında uğursuz çıxış edib. Qurban Qurbanov məşqçilik fəaliyyətinə başladığı flaqmanı çalışdırdığı 15 ayda gümüş mükafat və UEFA Kubokuna vəsiqə qazanıb. 2005-ci ilin iyulunda Avstriyanın "Rid" klubu ilə görüşdə (1:3 və 2:1) mərhələ adlaya bilməyən məşqçi yeni mövsümün 4-cü turundan — 2005-ci ilin sentyabrın 2-də "İnter"lə 0–0 hesabı ilə başa çatan oyundan sonra istefa verib. Bundan sonra klubda idman direktoru vəzifəsində çalışan Qurban Qurbanov həmin ilin iyul ayında bu postdan da istefa verib.

Qarabağ

2009–2013-cü illər

Qurban Qurbanov Qarabağ futbol klubunun təlim məşq toplanışında (25 iyun 2009)

2008-ci ildə "Qarabağ" klubu ilə bir illik müqavilə bağlayıb. O, baş məşqçi vəzifəsində türkiyəli Rasim Karanı əvəz edib. 2008-ci ilin sonunda müqaviləsinin başa çatmasına iki ay qalmış Qarabağ rəhbərliyi Qurbanovla 2009-cu ilin fevral ayını gözləmədən 3 illik müqavilə bağlamaq qərarına gəlib.

Onun rəhbərliyi altında Ağdam komandası 2009-cu ildə finalda "İnter" (Bakı) klubunu 1:0 hesabı ilə məğlub etməklə tarixində üçüncü dəfə ölkə kubokunun qalibi olmuşdur. Bununla da Qurban Qurbanov Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs olub: 2004-cü ildə "Neftçi"də komandanın kapitanı kimi və 2009-cu ildə "Qarabağ"da baş məşqçi kimi. 2009/10 mövsümündə "Qarabağ" Qurbanovun rəhbərliyi altında UEFA Avropa Liqasının pley-offadək irəliləyib. 17 aprel 2010-cu ildə Futbol üzrə Azərbaycan çempionatı 2009/2010 mövsümünün XXVII turunda "Qarabağ"-"Bakı" oyununda "Bakı" komandasının dördüncü qolu vurmasından sonra azarkeşlər Qurban Qurbanovu istefaya səsləyiblər, oyun 1–4 hesabı ilə "Bakı"nın xeyrinə başa çatıb. Mövsümün sonunda "Qarabağ" Qurban Qurbanovun başçılığı altında Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb.

2010-cu il noyabrın 11-də "AZAL" Bakı ilə oyundakı 0:2 hesablı məğlubiyyət Qurban Qurbanovun "Qarabağ"a başçılıq etdiyi 100-cü oyun olub. Azərbaycan çempionatının 2010/11 mövsümündə ardıcıl 3 oyunda "Qarabağ" meydanı qol vurmadan və xalsız tərk etdi. Bundan sonra Qurbanovun istefaya gedəcəyi ilə bağlı xəbərlər yayılsa da, "Qarabağ" rəhbərliyi Qurbanovla əməkdaşlığı davam etdirəcəklərini bildirdi:""Rəsmi olaraq bildiririk ki, Qurbanova hər zaman olduğu kimi, tam dəstəyi davam etdiririk". 2010/11 mövsümündə "Qarabağ" çempionatın bürünc medalını qazandı və UEFA Avropa Liqasında pley-off mərhələsinə qədər irəlilədi.

Azərbaycan çempionatının 2011/12 mövsümündə "Qarabağ"ın "Xəzər-Lənkəran"a 1:0 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində Ağdam klubunun azarkeşlərinin yer aldığı sektordan baş məşqçi Qurban Qurbanov əleyhinə istefa şüarları səsləndirilib. Bunun arxasında azərbaycanlı məşqçi Ağasəlim Mircavadovun olduğu ilə bağlı ehtimallar vardı. 2011/12 mövsümü "Qarabağ" üçün uğursuz olub, komanda çempionatda medalsız qalıb və qitəmiqyaslı yarışlara vəsiqə qazana bilməyib.

Azərbaycan Premyer Liqasının 2012–2013 mövsümünün III turunda "Sumqayıt"la qarşılaşmada "Qarabağ"ı 200-cü dəfə meydana çıxarıb. 2012/13 mövsümünün V turunda 16 sentyabr 2012-ci ildə "AZAL" Bakı-"Qarabağ" oyununda 6–2 hesabı ilə uduzduqdan sonra komandadan gedə biləcəyi ilə bağlı açıqlama verdi. Lakin klub rəhbərliyi Qurbanovla yola davam edəcəklərini dedi. Bu hadisədən sonra "Qarabağ"ın İmarət fan-klubu da Qurban Qurbanovu dəstəkləyən bəyanat verdi. Həmin mövsümün sonunda Qurban Qurbanovun başçılıq etdiyi komanda Azərbaycan Premyer Liqasının gümüş medalını qazandı və UEFA Avropa Liqasında pley-off mərhələsinədək irəlilədi.

2013-cü ildən bəri

Futbol üzrə Azərbaycan çempionatı 2013/2014 mövsümünün ilk turunda "İnter" klubu ilə qarşılaşmada "Qarabağ"ın futbolçusu Riçard Almeydaya qarşı rəqib müdafiəçi Brüs Abdulayenin sərt oyununa etiraz edərək meydançaya daxil olub. Buna görə baş hakim Rəhim Həsənov onu tribunaya göndərib və AFFA İntizam Komitəsi Qurbanovu 1 oyunluq diskvalifikasiya edib, klubunu isə 1000 manat cərimələyib. 20 dekabr 2013-cü ildə çempionatın II dövrəsinin son turunda "İnter" klubu ilə qarşılaşmada məşqçilik karyerasında 200-cü oyununu keçirib. 2013/14 mövsümündə Qurban Qurbanov məşqçilik karyerasında "Qarabağ" komandası ilə ilk dəfə Azərbaycan çempionu titulunu qazanıb. Növbəti mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" komandasına məğlub olaraq mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirməli olub. Bu mərhələdə Qurbanovun komandasının rəqibi 2009-cu ildə "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Tvente" klubu olub. Ev oyununda 0–0 edən "Qarabağ" səfərdə 1–1 hesablı nəticə əldə edərək ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Qarabağ"ın "Tvente" ilə cavab qarşılaşması Qurbanovun bu komandaya başçılıq etdiyi 250-ci oyun olub. Qurbanovun başçılığı altında "Qarabağ" qrup mərhələsində 6 xal toplayaraq üçüncü olub və növbəti mərhələyə yüksələ bilməyib.

22 may 2015-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi" klubu ilə oyun Qurbanovun karyerasında "Qarabağ"ı meydana çıxardığı 250-ci premyer liqa oyunu idi. 2014/15 mövsümünü "Qarabağ" komandası Qurbanovun rəhbərliyi altında qızıl dublla tamamladı. Bu, Qurbanovun karyerasında ilk belə hal idi. "Qarabağ" 2015–2016 mövsümündə mübarizəyə UEFA Çempionlar Liqasında başladı. II təsnifat mərhələsini keçsə də, III təsnifat mərhələsində Şotlandiyanın "Seltik" komandasına məğlub olaraq mübarizəni qitənin ikinci dərəcəli turnirində, UEFA Avropa Liqasında aparmalı oldu. Burada İsveçrənin "Yanq Boyz" klubunu mübarizədən kənarlaşdıraraq ardıcıl ikinci dəfə bu turnirin qrup mərhələsinə vəsiqə qazandı.

5 oktyabr 2015-ci ildə Azərbaycan Premyer Liqasında "İnter Bakı" klubu ilə oyunda Qurbanov "fair-play" nümunəsinə görə Elvin Məmmədova topu tora qovuşdurmamağı tapşırıb. Futbolçu da baş məşqçinin tapşırığına əməl edərək topu qapıdan keçirməyib Qurbanovun nümunəsi dünya KİV-lərində böyük təriflə qarşılanıb..

Hazırda "Qarabağ" futbol klubunun baş məşqçisidir. "Qarabağ" futbol klubu ilə ən çox oyun keçirən və ən çox qələbə qazandıran baş məşqçidir. O, 2016-cı ildə, Azərbaycan Premyer Liqasının çempion titulunu 5-ci dəfə qazanıb.

Mərkəzi ABŞ-da yerləşən The Sporting News media şirkətinin 31 mart 2025-ci ildə tərtib etdiyi "dünyada bir komandada ən uzun müddət çalışmaqda olan məşqçilərin siyahısı"nda Qurban Qurbanov ikinci olub. Həmin tarixə kimi o, 16 il 244 gün müddətində Ağdam klubunun baş məşqçisi vəzifəsini icra edib.

23 dekabr 2025-ci ildə Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirində Qurban Qurbanov "2025-ci ilin ən yaxşı kişi məşqçisi" adına layiq görülüb.

Azərbaycan milli futbol komandası

2017-ci il noyabrın 3-də Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. 8 dekabr 2018-ci ildə millidən ayrılıb.

Statistika

Mənbə:
Son yenilənmə: 19 dekabr 2015

Ölkə Komanda Mövsüm Nəticə
OQHMT.fQ %X
Azərbaycan Neftçi PFK 2006–07 24 17 3 4 47–15 70.8 % 54
2007–08 4 2 1 1 9–4 50 % 7
Cəmi 28194556–1967.8 %61
Azərbaycan Qarabağ FK 2008–09 26 14 7 5 35–22 53.8 % 49
2009–10 32 14 12 6 31–26 43.75 % 54
2010–11 32 17 7 8 41–22 53.1 % 58
2011–12 32 15 8 9 37–28 46.8 % 53
2012–13 32 16 11 5 43–26 50 % 59
2013–14 36 21 9 6 66–21 58.3 % 72
2014–15 32 20 8 4 51–28 62.5 % 68
2015–16 18 11 5 2 28–12 61.1 % 38
Cəmi 2401285844332–18453,3 %451
Karyera cəmi 2681477249388–20254.8 %512

Uğurları

Futbolçu karyerası

Klub

Azərbaycan Turan Tovuz

  • Azərbaycan Premyer Liqası
    • Qalib (1): 1993/94

Azərbaycan Neftçi

  • Azərbaycan Premyer Liqası
    • Qalib (3): 1996/97, 2003/04, 2004/05
  • Azərbaycan Kuboku
    • Qalib (1): 2003–2004

Azərbaycan Azərbaycan

  • EKO Kuboku
    • 3-cü yer (1): 1993

Şəxsi

  • Azərbaycanda ilin futbolçusu (1): 2003
  • Azərbaycan Premyer Liqası bombardir 1996–97: 34 qol

Məşqçilik karyerası

Klub

Azərbaycan Qarabağ

  • Azərbaycan Kuboku
    • Qalib (6): 2008–2009, 2014–2015, 2015–16, 2016–17, 2021–22, 2023–24
  • Azərbaycan Premyer Liqası
    • Qalib (11): 2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19, 2019–20, 2021–22, 2022–23, 2023–24, 2024–25

Şəxsi

  • Azərbaycanda ilin ən yaxşı baş məşqçisi ("Komanda" qəzetinin versiyası) (6):
    2009, 2010, 2011, 2013, 2014, 2015, 2016
  • Azərbaycan Premyer Liqası "Mövsümün ən yaxşıları": 2010–2011
  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Əməkdar məşqçi adı: 2011
  • Azərbaycan İdman Araşdırmalar Mərkəzinin ilin baş məşqçisi mükafatı (2): 2013, 2014
  • 2022-ci il aprelin 13-də Prezident İlham Əliyev tərəfindən Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
  • "İlin ən yaxşı kişi məşqçisi" (Gənclər və İdman Nazirliyi): 2025

Futboldan kənar

Qurbanov 2012-ci ildə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Müsbət Dəyişiklik gənclər hərəkatının birgə hazırladığı qadınlara qarşı zorakılığa "YOX" deyək sosial reklam çarxında çəkilib.

2015-ci ildə İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti tərəfindən Qurban Qurbanova xatirə plaketi təqdim olunub. Həmin il Qurban Qurbanova həsr olunan "Qurban adına" filmi təqdim olunub. Filmin müəllifi Ümum-Rusiya Dövlət Teleradio Verilişləri Şirkətinin Azərbaycandakı təmsilçisi Şakir Eminbəylidir. Film Qurban Qurbanovun məşqçilik fəaliyyətində həm ölkədaxili, həm də Avrokuboklarda qazandığı uğurlardan bəhs edir.

2023-cü ildə Qurban Qurbanovun həyat və fəaliyyətindən bəhs edən "Stadionlar səssiz olanda" bədii filmi çəkilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurban Qurbanov haqqında məlumat. Qurban Qurbanov nədir? Qurban Qurbanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lələ

  • Fevral 27, 2026

    Çoxistifadəçili zindan

  • Fevral 27, 2026

    Naibə

  • Fevral 27, 2026

    İqlid şəhristanı

  • Fevral 27, 2026

    Telengitlər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst