Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zaur Baxşəliyev (tam adı: Zaur Lətif oğlu Baxşəliyev, 26 fevral 1981, Şuşa) — Azərbaycan teleaparıcısı və bir çox televiziya layihələrinin müəllifi. "Azərbaycan

Zaur Baxşəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Zaur Baxşəliyev

Zaur Baxşəliyev (tam adı: Zaur Lətif oğlu Baxşəliyev, 26 fevral 1981, Şuşa) — Azərbaycan teleaparıcısı və bir çox televiziya layihələrinin müəllifi. "Azərbaycan" jurnalı, "Azərbaycan", "Respublika", "Ədalət", "525-ci qəzet", "Ədəbiyyat" kimi dövri mətbuat orqanlarında müxbir kimi çalışıb

Zaur Baxşəliyev
Doğum tarixi 26 fevral 1981(1981-02-26) (44 yaş)
Doğum yeri
  • Şuşa, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti diktor
Fəaliyyət illəri 1998-ci ildən
Mükafatları "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının (ATV) aparıcısı və layihə rəhbəridir. "Ömrün səhifələri, "Yağ kimi", "Yeri var", "Bizim səhər", "Xalq ulduzu", "Onun yarısı", "Bəxtəvər", "Tanıdım səni", "Məni yarımdan soruş", "Bu stil mənim", "Ümid var", "Öz aramızda", "Fort Boyard" kimi mədəni-maarif, sosial-analitik, şou xarakterli populyar, reytinqli verilişlərin müəllifi və aparıcısı olub. Hazırda müəllifi olduğu "BizimləSən" sosial-analitik və "Zaurla Günaydın" musiqili-əyləncəli proqramlarına aparıcılıq edir. Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 07.11.2016-cı il Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Mündəricat

Bioqrafiya

Zaur Lətif oğlu Baxşəliyev 26 fevral 1981-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Üzeyir Hacıbəyov adına Şuşa şəhər 1 saylı orta məktəbinin birinci sinfinə gedib. 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar Şuşa şəhərindən məcburi köçkün kimi Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində məskunlaşıb. 1992-ci ildə Azad Qaraqoyunlu kənd orta məktəbində təhsilini davam etdirib. Daha sonra ailəsi ilə birlikdə Bərdə rayonuna köçüb. 1995–1998-ci illərdə Bərdə rayon 4 saylı orta məktəbində təhsil alıb. 1998-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib və test üsulu ilə Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Elə həmin ildən etibarən məqalə, hekayə, oçerkləri, mədəni-maarif yönümlü yazıları milli mətbuatımızın sayılıb-seçilən qəzet və jurnallarında dərc olunmağa başlayıb. Tanınmış teleaparıcı 2012-ci il oktyabrın 26-da həmkarı – "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının aparıcısı və redaktoru Günay Şamo qızı Qələndərli ilə ailə həyatı qurub. Cütlüyün Dilavər və Davud adlı övladları var.

Yaradıcılığı və iş fəaliyyəti

  • 1998-ci ildən jurnalistika fəaliyyətinə başlayıb.
  • 1998–2002-ci illərdə "Azərbaycan" jurnalı, "Azərbaycan", "Respublika", "Ədalət", "525-ci qəzet", "Ədəbiyyat" və digər dövri mətbuat orqanları ilə sıx əməkdaşlıq edib.
  • 2002-ci ildə "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında müxbir kimi işə başlayıb.
  • 2002-ci ildə Azərbaycanın tanınmış ziyalıları, görkəmli ictimai-siyasi xadimləri, iş adamlarının həyatından bəhs edən "Ömrün səhifələri" verilişində aparıcılıq edib.
  • 2006–2009-cu illərdə "Yağ kimi" musiqili-əyləncəli mətbəx şousunun layihə rəhbəri və aparıcısı olub.
  • 2003-cü ildə "Bizim səhər" musiqili-əyləncəli verilişində "Yeri var" rubrikasını yaradıb.
  • 2002–2008-ci illərdə "Bizim səhər" verilişinin layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib.
  • 2007–2010-cu illərdə "Xalq ulduzu" musiqi yarışmasında aparıcılıq edib.
  • 2009–2011-ci illərdə ölkənin ən reytinqli[mənbə göstərilməlidir] "Onun yarısı" evlənmə proqramının layihə rəhbəri və aparıcısı olub.
  • 2011-ci ildə "Bəxtəvər" intellektual televiziya şousunu yaradıb və aparıcılıq edib.
  • 2011–2013-cü illərdə efirdə yayımlanan və Azərbaycanın müxtəlif bölgələrində yaşayan qabiliyyətli gəncləri milyonlara təqdim edən "Tanıdım səni" istedad yarışması da məhz Zaur Baxşəliyevin adı ilə bağlıdır.
  • 2012–2014-cü illərdə "Ümid var" sosial-analitik proqramının aparıcısı kimi milyonların qarşısına çıxıb.
  • 2014-cü ildə "Öz aramızda" verilişinin müəllifi və aparıcısı olub.

Bizimləsən

2015-ci ildən ölkənin ən reytinqli[mənbə göstərilməlidir] sosial layihəsi olan "BizimləSən" verilişinin layihə rəhbəri və aparıcısıdır. Canlı efirdə həftəiçi 5 gün yayımlanan "BizimləSən" sosial-analitik layihəsi cəmiyyəti narahat edən problemlər, gündəmdə olan, eləcə də ailədaxili məsələlərin müzakirəsi, itkinlərin axtarışı, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların təmənnasız müalicəsi və əməliyyatı, milli-mənəvi dəyərlərimizin təbliği, bir sözlə, humanizmi, mərhəməti özünün prioritet mövzusuna çevirib. Bu müddət ərzində 4000-dən çox vətəndaşa müxtəlif sosialyönümlü problemlərin aradan qaldırılmasında yaxından köməklik göstərilib. Maddi-mənəvi, hüquqi, tibbi, psixoloji məsələlərin həllində insanlara yardım etmək üçün peşəkar mütəxəssislər və ekspertlər proqrama cəlb olunub.

Zaurla Günaydın

2018-ci ildən Azərbaycan teleməkanında fərqli formatı ilə seçilən "Zaurla Günaydın" musiqili-əyləncəli, ilk ailəvi realiti-şou proqramının yaradıcısı və aparıcısıdır. "Zaurla Günaydın" həm də maarifləndirici funksiya daşıyır. Verilişi Günay və Zaur Baxşəliyevlər aparırlar. Bu proqramda cütlüyün qızı Dilavər Baxşəliyeva da aparıcı qismində milyonların qarşısına çıxır.

Beynəlxalq layihələr

  • 2014–2016-cı illərdə nişanlı və evli cütlüklərin yarışdığı "Məni yarımdan soruş" proqramına həyat yoldaşı Günay Baxşəliyeva ilə birlikdə aparıcılıq edib.
  • 2014–2016-cı illərdə dəblə ayaqlaşan, geyim üslubu və tərzi ilə seçilən[mənbə göstərilməlidir] , zövqlü xanımların yarışdığı "Bu stil mənim" verilişinin həm aparıcısı, həm də münsiflər heyətinin üzvü olub.
  • 2015–2016-cı illərdə bütün dünyada məşhur olan və Fransada çəkilən "Fort Boyard" macəra teleşousunun aparıcısı kimi də fərqlənə bilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zaur Baxşəliyev haqqında məlumat. Zaur Baxşəliyev nədir? Zaur Baxşəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Odessa

  • Fevral 23, 2026

    31 avqust

  • Fevral 24, 2026

    Yupiter (planet)

  • Fevral 24, 2026

    Cənub yarımkürəsi

  • Fevral 23, 2026

    5 aprel

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst