Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Guqlielmo Markoni (it. Guglielmo Marconi 25 aprel 1874 - 20 iyul 1937) — italiyalı ixtiraçı və Elektrik mühəndisi. Uzun məsafəli radio əlaqəsi qurmuş, radionu i

Qulyelmo Markoni

  • Ana Səhifə
  • Vikipediya
  • Qulyelmo Markoni

Guqlielmo Markoni (it. Guglielmo Marconi 25 aprel 1874 - 20 iyul 1937) — italiyalı ixtiraçı və Elektrik mühəndisi. Uzun məsafəli radio əlaqəsi qurmuş, radionu ixtira etmişdir. Kabelsiz teleqraf sistemi üzərindəki işlərinə görə 1909-cu ildə Karl Ferdinand ilə birlikdə Fizika üzrə Nobel mükafatı almışdır. Markoni 1897-ci ildə İngiltərədə "The Wireless Telegraph&SignalCompany" şirkətini qurmuşdur. Bunun nəticəsində də radio dünya səviyyəsində satış müvəffəqiyyəti qazanmışdır.

Guqlielmo Markoni
Guglielmo Giovanni Maria Marconi
Guqlielmo Markoni
Guqlielmo Markoni
Doğum adı Guglielmo Giovanni Maria Marconi
Doğum tarixi 25 aprel 1874
Doğum yeri Bolonya, İtaliya
Vəfat tarixi 20 iyul 1937 (63 yaşında)
Vəfat yeri Roma, İtaliya
Dəfn yeri
  • Santa Korçe Bazilikası
Milliyyəti italyan
Elm sahəsi Fizika
İş yeri
  • Sent-Endryus Universiteti
Alma-mater Bolonya Universiteti
Təhsili
  • Boloniya Universiteti
Üzvlüyü
  • Papa Elmlər Akademiyası (1936),
  • İsveç Kral Elmlər Akademiyası (1906),
  • ABŞ Milli Elmlər Akademiyası (1932),
  • Turin Elmlər Akademiyası[d] (1918),
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (1901),
  • Dei Linçei Akademiyası (1912)
Mükafatları Fizika üzrə Nobel mükafatı (1909)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Uşaqlıq və Gənclik illəri

Markoni 25 aprel 1874-cü ildə İtalayının Bolonya şəhərində aristokrat ailənin ikinci oğlu kimi dünyaya göz açmışdır. Atası italyan Guiseppe Markoni torpaq sahibi, anası irland-isveç əsilli Ani Cemsondur. Anasının atası Andrev Cemson Daphne qalasının sahibi, babası viski istehsal edən "Jameson&Sons" şirkətinin sahibi Con Cemsondur. Markoni iki və altı yaş arasında böyük qardaşı Alfonso ilə birlikdə anasının tərbiyəsi ilə İngiltərənin Bedford qəsəbəsində yaşamışdır. İtaliyaya geri döndükdən sonra isə Auqusto Rihninin laboratoriyasında, Florensiyada “Istituto Cavallero”-da, daha sonra isə Livornoda təhsilini davam etdirmişdir. Robert McHenry-ə görə Markoni yaxşı bir şagird olmamışdır, fəqət tarixçi Corradi Giuliano bioqrafiyasında Markonini bir dahi kimi göstərmişdir. Katolik olaraq vəftiz etmiş Markoni Anqlikan kilsəsinin üzvü kimi böyümüşdür. Markoni 1927-ci ildə Mariya Kristina ilə evlənməzdən əvvəl yenidən katolik olmuş və həyatının sonuna qədər Katolik kilsəsinin sadiq üzvü olmuşdur. Fəqət bu evlilik elə də uzun çəkməmişdir.

Radio üzərində işləri

Gənclik illərində Markoninin elektrik sahəsinə marağı artmışdı. Həmin dövrdə bu sahədə əsas elmi işlərdən biri də Heinrik Hertzə məxsus olmuşdur. Hertz, 1888-ci ildə elektromaqnit radiasiya dalğalarının yaradıla və izlənə bilməyin mümkün olduğunu isbat etmişdir. Hal- hazırda radio dalğalar olaraq bilinən həmin dalğalar o dövrdə “Hertzian dalğalari” kimi tanınırdı. 1894- cü ildə Hertz öldükdən sonra bu alimin elmi məqalələri yenidən çap olunmuş və Markoninin bu mövzulara marağı artmışdır. 1909-cu ildə o, “simsiz teleqrafiya sahəsindəki xidmətlərinə görə” fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Markoninin əsas xidməti odur ki, məhz o, sələflərinin bütün biliklərini birləşdirərək praktiki istifadə üçün yararlı olan bir qurğuda əks etdirə bilmişdi.

İlk təcrübələri

Markoni İtaliyadakı evinin tavan arasında ilk təcrübələrinə başlayır. Onun əsas məqsədi radio teleqraf icad etmək idi. Bu yeni bir fikir deyildi və 50 ildən artıq müddət idi ki, bir çox ixtiraçı kabelsiz teleqraf icad etmək istəyirdi.

Ədəbiyyat

  • Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qulyelmo Markoni haqqında məlumat. Qulyelmo Markoni nədir? Qulyelmo Markoni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kür Dili

  • Fevral 27, 2026

    Zaparojya Seçi

  • Fevral 27, 2026

    Paraneopteralar

  • Fevral 27, 2026

    Meri Kassat

  • Fevral 25, 2026

    Tərlan (balet)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst