Sent-Endryus Universiteti (ing. University of St. Andrews) — Şotlandiyanın ən nüfuzlu və tanınmış ali məktəblərindən biri. Şotlandiyanın Fayf vilayətinin Sent-Endryus şəhərində yerləşir. Şotlandiyanın birinci, Böyük Britaniyanın isə Oksford və Kembric universitetlərindən sonra üçüncü ən qədim təhsil ocağıdır.
| Sent-Endryus Universiteti | |
|---|---|
| University of St Andrews | |
| |
| Tip | Dövlət universiteti |
| Əsası qoyulub | 1410 |
| Tələbə sayı | təq. 8.000, 10.425 |
| Ölkə | Böyük Britaniya |
| Şəhər | Sent-Endryus |
| Sayt | st-andrews.ac.uk |
| 56°20′28″ şm. e. 2°47′34″ q. u.HGYO | |
![]() | |
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Jan Pol Marat – Fransız siyasətçi, tibb doktoru və alim;
- Edvard Cenner – İngilis alimi və həkim;
- II Ceyms – Şotlandiya kralı;
- Şahzadə Uilyam – Kembric hersoqu, şahzadə Çarlz və Diananın oğlu;
- Ketrin Middlton – Kembric hersoginyası, şahzadə Uilyamın həyat yoldaşı;
- Aleks Salmond – Şotlandiyanın baş naziri və Şotland Milli Partiyasının lideri;
- Con Soers – Böyük Britaniyanın BMT-dəki sabiq səfiri;
- Ceyms Vilson – ABŞ Müstəqillik Bəyannaməsini imzalayan şəxslərdən biri;
- Ceyms Qrem – görkəmli Şotlandiya sərkərdəsi;
- Ceyms Blek – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Volter Hevort – kimya üzrə Nobel mükafatı laureatı;
- Alan MakDiarmid – kimya üzrə Nobel mükafatı laureatı;
- Con Neypir – riyaziyyatçı, loqarifmin ixtiraçısı.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sent-Endryus Universiteti haqqında məlumat. Sent-Endryus Universiteti nədir? Sent-Endryus Universiteti nə deməkdir?

