Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qulu Sübhi və ya Qurbanəli Sübhi Nuri (1907, Təbriz – 7 yanvar 1947, Marağa, Şərqi Azərbaycan ostanı) ― hərbçi, siyasətçi. Qızılbaş Xalq Qoşunları Ordusunun pol

Qulu Sübhi

  • Ana Səhifə
  • Vikipediya
  • Qulu Sübhi

Qulu Sübhi və ya Qurbanəli Sübhi Nuri (1907, Təbriz – 7 yanvar 1947, Marağa, Şərqi Azərbaycan ostanı) ― hərbçi, siyasətçi. Qızılbaş Xalq Qoşunları Ordusunun polkovniki, Azərbaycan cəmiyyətinin və Tudə Partiyasının üzvü, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü.

Qulu Sübhi
Şəxsi məlumatlar
Doğum tarixi 1907(1907)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 7 yanvar 1947(1947-01-07) (39–40 yaşında)
Vəfat yeri
  • Marağa, Marağa şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vətəndaşlığı
  •  İran
  •  Azərbaycan Milli Hökuməti
Hərbi fəaliyyəti
Rütbəsi
  • polkovnik
Təltifləri "21 Azər" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

21 Azər hərəkatı dövründə fədai dəstələrinin formalaşdırılmasında və şəhərlərin şah qoşunlarından təmizlənməsində iştirak edib. Azərbaycan Milli Hökuməti dövründə polkovnik rütbəsi alıb "21 Azər" medalı ilə təltif olunub.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra həbs olunaraq edam edilib.

Məşhur müğənni və aktrisa Ququşun babasıdır.

Mündəricat

Haqqında

İlk illəri

Qurbanəli Həsən oğlu Sübhi Nuri 1907-ci ildə Təbrizdə anadan olub. Orta məktəbi bitirdikdən sonra fəhlə işləyib. 1921-ci ildə ailəsi ilə birlikdə Qoşaçaya köçüb və qənd fabrikində işləməyə başlayıb. Daha sonra uzun müddət Türkiyədə fəhlə işləyib daha sonra isə Təbrizə geri qayıdıb.

1941-ci ildə Təbrizdə yaradılmış Azərbaycan cəmiyyətinə üzv olub və cəmiyyətin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzetinin müxbiri kimi fəaliyyət göstərib. 1942-ci ildə Tudə partiyasına üzv olub. Partiyanın Qoşaçay komitəsinin baş katibi və Azərbaycan Əyalət Komitəsinə üzv seçilib. Sonradan partiyanın Təbriz əyalət konfransında əyalət komitəsinə və Tehranda keçiriləcək partiya qurultayına nümayəndə seçilib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi yaradıldıqdan sonra Tudə partiyasının Azərbaycan vilayət komitəsinin ADF-yə birləşməsinin lehinə səs verib və ADF-yə üzv olub.

21 Azər hərəkatında

Azərbaycan Demokrat Firqəsinin birinci qurultayında iştirak edib və firqənin Mərkəzi Komitəsinə üzv seçilib. Partiyanın Qoşaçay əyalət komitəsinə başçılıq edib. Qoşaçayda və Marağada fədai dəstələrinin hazırlanmasında eləcə də bölgənin şah qoşunlarından azad edilməsində Qoşaçay fədailərinin başçısı kimi iştirak edib.

1945-ci il noyabrın 27-dən dekabrın 1-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi Azərbaycan Milli Məclisinə seçkilər keçirildi. Keçirilən seçkilər nəticəsində Qulu Sübhi səs toplayaraq Azərbaycan Milli Məclisinə nümayəndə seçilib. Məclisin açılışı 1945-ci il dekabr ayının 12-də səhər saat 9:30-da Təbriz şəhərində 75 nəfər nümayəndənin iştirakı ilə açıldı. Nümayəndələrin 26 nəfəri cəbhədə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilməyiblər. Bunlar Atəşxan Bayat Maku, Bəhram Nəbi, Cəfər Kavian, Əbdülhüseyn Əhmədi, Əhməd Bəradərani Ahəngəri, Əhməd Səidi, Hacı Mustafa Davudi, Həsən Cövdət, Hüseyn Zövqi, Kərim Əhmədi, Qulamrza Cavidan, Qulamrza İlhami, Qulam Yəhya, Qulu Sübhi, Mahmud Turabi, Manaf Kərimi, Məmmədəli Müinzadə, Məmməd Əmin Azadvətən, Məmmədhüseyn Seyfiqazi, Mirzə Rəbi Kəbiri, Muradəli Teymuri, Mükərrəm Turabi, Sadıq Dilməqani, Şeyx Musa Kəyani, Vahab Billuriyan və Yusif Babacanyan idilər.

1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Qulu Sübhi bu dövrdə Marağa qarnizonunda zabit kimi xidmət edib.

1946-cı ilin mart ayında milli demokratik hərəkatda iştirakına görə "21 Azər" medalı ilə təltif olunub. 1946-cı ilin aprel ayında isə Azərbaycan Milli Hökumətinin baş naziri Mir Cəfər Pişəvəri tərəfindən fədai dəstələrinə başçılıq edərkən göstərdiyi şücaətə görə polkovnik rütbəsi ilə təltif olunub.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Mir Cəfər Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

Qulu Sübhi də bu dövrdə şah qoşunları tərəfindən Qovqanda həbs olunub. Həbsdə ikən işgəncələrə məruz qalıb. 1947-ci il yanvarın 7-də Marağada şəhər meydanında asılıb.

Ailəsi

Qulu Sübhi Məhbubə xanımla ailə qurub və bu evlilikdən 3 övladları olub. Qulu Sübhi edam olunduqdan sonra Məhbubə xanım övladları ilə birlikdə Qoşaçaydan Tehrana sürgün edilib. 1960-cı illərdə Məhbubə xanım qızı Fəxrinin ailəsi ilə birlikdə Azərbaycan SSR-yə mühacirət edib və Gəncədə yaşayıb.

Qulu Sübhi və Məhbubə xanımın övladı olan Nəsrin xanım aktyor və akrobat olan Sabir Atəşin ilə ailə qurub. Onların bu evlilikdən məşhur müğənni və aktrisa olan Faiqə Atəşin (Ququş) adlı qızları dünyaya gəlib.

Xatirəsi

Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürk yazdığı "Çinar sınar əyilməz!", "Qalx ayağa vətənim!" poemalarında Qulu Sübhinin edamından və mübarizəsindən bəhs edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qulu Sübhi haqqında məlumat. Qulu Sübhi nədir? Qulu Sübhi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Google DeepMind

  • Fevral 20, 2026

    Latın dili

  • Fevral 27, 2026

    Seriyalı istehsal

  • Fevral 27, 2026

    Anna Komorovska

  • Fevral 27, 2026

    E.ə. 63

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst