Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qriqori İvanoviç Şelixov (1747[…], Rılsk[d], Belqorod quberniyası[d] – 20 (31) iyul 1795, İrkutsk, Rusiya imperiyası) — rus səyyahı, tədqiqatçısı.

Qriqori Şelixov

  • Ana Səhifə
  • Vikipediya
  • Qriqori Şelixov

Qriqori İvanoviç Şelixov (1747[…], Rılsk[d], Belqorod quberniyası[d] – 20 (31) iyul 1795, İrkutsk, Rusiya imperiyası) — rus səyyahı, tədqiqatçısı.

Qriqori Şelixov
Doğum tarixi 1747
Doğum yeri Rılsk, Sevsk əyaləti, Belqorod quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 20 iyul 1795 (47–48 yaşında)
Vəfat yeri İrkutsk, Rusiya İmperiyası
Həyat yoldaşı Natalya Şelixova
Fəaliyyəti tədqiqatçı-səyyah[d], iş adamı, treyder, dənizçi[d], səyyah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Alyaskanın öyrənilməsində mühüm rol oynayan tədqiqatçılardan biri Qriqori İvanoviç Şelixov olmuşdur. Şelixov 1747-ci ildə tacir ailəsində anadan dünyaya gəlmişdir. Sibirin zəngin sərvəti haqqında məlumatı olan tədqiqatçı daim bu regionda olmağa can atmış və nəhayət Sibirin iri ticarət mərkəzi sayılan İrkutska gəlməklə tacir Qolikovun yanında xidmət etməyə başlamışdır. Xidməti işi ona Sibirin bir çox bölgələrində olmaqla müəyyən məlumatlar toplamağa imkan yaratmışdır. 1775-ci ildə ticarət işləri Şelixovun Oxotsk və Uzaq Şərqə çatmasına səbəb olmuş, Sakit okean sahillərinə çatması, onda tədricən şimal-şərqi Amerikanı tədqiq etmək və mənimsəmək həvəsi yaratmışdır. 1783-cü ildə iki gəmi düzəltməklə Şelixov Amerika sahillərinə istiqamət götürmüşdür. Berinq yarımadasında qışlamağa məcbur olan dənizçilər növbəti ilin yayında Kodyak adasına yan almışlar. Burada Şelixov qəsəbə salmaqla yerli əhali olan eskimoslarla gözəl münasibətlər yaratmışdır. Şelixov rus evlərinin, yeməklərinin, silahlarının üstünlüklərini eskimoslara çatdırmaqla onları tədricən ələ almış, hətta məktəblər açaraq rus dilini mənimsətməklə bir qismini Oxotsk və İrkustsk şəhərlərinə təhsillərini davam etdirməyə göndərmişdir.

İlk günlərdən Şelixov özünü Amerikada ancaq bir tacir kimi yox, həm də Rusiyanın dövlət xadimlərindən biri kimi aparmağa başlamışdır. Amerika torpaqlarının mənimsəmə arealını genişləndirmək məqsədilə materikin şimal-qərbinə ekspedisiyalar təşkil etmiş və sahil zonalarını coğrafi xəritələrə köçürtdürmüşdür. Tədqiq olnmuş ərazilərdə xaç nişanları qoymaqla bu sahələrin ruslara məxsus olduğunu isbat etməyə çalışan Şelixov tədricən rus qəsəbələri saldırmış və qalalar tikdirmişdir. İki ildən sonra K.A. Samaylova Rus Amerikasına yazılı surətdə rəhbərlik etməyi tapşırmaqla Rusiyaya qayıdan Şelixov yerli əhalini ruslaşdırmaq məqsədilə təşkil olunmuş və təşkil olunacaq məktəbləri rus ədəbiyyatları ilə təmin etməyə səy göstərmişdir. Daha sonra Amerikada salınmış qəsəbə və tikilmiş qalalar, həmçinin rusların təsir dairəsi haqqında xəritələr də təqdim olunmaqla İrkutskdə qubernatora məlumat vermişdir. Verilmiş məlumat və xəritələr Peterburqa göndərilməkdə Sakit okeanın xəritəsinin tərtib olunmasında mühüm rol oynamışdır. Amerika haqqında biliklərini o, 1771-ci ildə iki kitabda çap etdirmişdir. Beləliklə, Q.İ.Şelixov ruslarda Amerika haqqında bilikləri genişləndirməklə onların bu ölkəyə köçərək məskunlaşması üçün əlindən gələni əsirgəməmişdir.

Yeni torpaqların ruslar tərəfindən zəbt olunmasına bütün varlığı ilə çalışan Şelixov yazırdı: "Belə qərara gəlirəm ki, dənizçilərimiz Sakit okeanı daha dəqiq tədqiq etməli, hazırda məlum olan ərazi çərçivəsindən kənara çıxaraq Makao, Flippin və Marian adalarına qədər getməlidilər".

1795-ci ildə 48 yaşlı Şelixovun gözlənilməz ölümü onun Amerikada müstəmləkəçilik siyasətinə son qoymuşdur. Lakin Şelixovun müstəmləkəçilik planları A.A.Baranov tərəfindən ardıcıl olaraq davam etdirilmişdir. Nəhayət rus Amerikasının paytaxtı kimi Novo-Arxangelsk şəhərinin əsası qoyulmuş, San-Fransisko körfəzi yaxınlığında ispan hakimiyyətinə məxsus torpaqlarla sərhəddə ruslara məxsus Ross qalası tikilmişdir. Novo-Arxangelsk tezliklə iri liman şəhərinə çevrilmiş, məktəblər və müxtəlif mədəniyyət sahələri yaranmağa başlamışdır. Beləliklə, ruslar tədricən materikin daxili hissələrinə doğru irəliləmişlər. Bütün bunlara baxmayaraq, çar hakimiyyəti Amerikada məskunlaşmış ruslara və onların qayğılarına çox biganə yanaşmışdır. Ona görə də 1867-ci ildə ABŞ-nin həmin torpaqların satılması təklifi çar hakimiyyəti tərəfindən məmnuniyyətlə qarşılanmışdır.

Amerikada apardığı işlərə görə ruslar Q.İ.Şelixovu "Rus Kolumbu" adlandırmışlar. Hazırda Şimali Amerikanın Sakit okean hövzəsində bir çox körfəz, boğaz, çay, Oxot dənizində körfəz, Alyaska ilə Kodyak adası arasında boğaz Şelixovun adını daşıyır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qriqori Şelixov haqqında məlumat. Qriqori Şelixov nədir? Qriqori Şelixov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Qarabağ xanlığı

  • Mart 01, 2026

    Zülfüqar Şirvani

  • Fevral 27, 2026

    Leleqlər

  • Fevral 27, 2026

    Dəlikdaş

  • Fevral 27, 2026

    Kitabxana marketinqi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst