Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zülfüqar Şirvani (1190-1291) — Azərbaycan şairi, alimi. Zülfüqar Şirvaninin fəaliyyəti XIII əsrə təsadüf edir. Bu Azərbaycan alimi, şir və mütəfəkkiri poetika,

Zülfüqar Şirvani

  • Ana Səhifə
  • Vikipediya
  • Zülfüqar Şirvani

Zülfüqar Şirvani (1190-1291) — Azərbaycan şairi, alimi. Zülfüqar Şirvaninin fəaliyyəti XIII əsrə təsadüf edir. Bu Azərbaycan alimi, şir və mütəfəkkiri poetika, məntiq, fəlsəfə sahələrində məşhur idi. Zülfüqar Şirvaninin fəlsəfi görüşləri onun 10 min beytdən ibarət "Divan"ında əksini tapıb.

Zülfüqar Şirvani
Hüseyn ibn Əli Seyid Zülfüqar Şirvani
Doğum tarixi 1190
Doğum yeri Şamaxı
Vəfat tarixi 1291 (100–101 yaşında)
Vəfat yeri Təbriz
Vətəndaşlığı Eldənizlər
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair,alim

"Divan"dan məlum olur ki, Zülfüqar Şirvaninin dünyagörüşü gərgin panteist təlimləri təsiri altında formalaşmışdır.

Mündəricat

Həyatı

Adı Qivamüddin Hüseyn ibni-Sədrəddin Əlidir. Qiymətli bir alim və yüksək dərəcəli bir şair olmuşdur. Şirvanşahın vəziri sədr Səidülmastri haqqında uzun və mükəmməl bir qəsidə yazmışdır. Bunun müqabilində mükafat olaraq yeddi xalvar ipək almışdır. Axırda İraqa gedib, Sultan Məhəmməd Xarəzmşahın tarixini nəzmə çəkmiş və ondan iltifat götürüb, bir çox hədiyyə almışdır. Moğol dövləti zamanında da, Abaqa xanın vəziri atabək Yusif ona hədsiz iltifat göstərmişdir.

1291-ci ildə vəfat edib, Təbrizin Sürxab qəbristanında - Məqbərətül şüərada basdırılmışdır.

Yaradıcılığı

Zülfüqar Şirvaninin yaradıcılığı və dünyagörüşü ziddiyyətlidir. Şair həm saray mühiti ilə bağlı olmuş, feodalları mədh etmiş, həm də istedadlı bir sənətkar kimi dövrün ictimai hadisələrindən kənarda qalmamışdır. Dini-idealist mahiyyətli dünyagörüşünə malik şairə sufizm ideyaları da ciddi təsir göstərmişdir.

Poliqlot şair kimi tanınmışdır. Özü qeyd etmişdir ki, 6 dildə lirik əsərlər yaratmışdır. Şairin yalnız qələmə aldığı farsca "Divan"ı bizə çatmışdır. İngiltərədə nəşr edilmiş bu "Divan"da məhəbbət lirikası üstünlük təşkil edirdi. Şairin yaradıcılığına daha çox dünyəvi məhəbbətin, real gözəlin tərənnümü üstünlük təşkil edirdi. Azərbaycanca qələmə aldığı ayrı-ayrı misra və beytlər də farsca "Divan"ının tərkibində bizə gəlib çatmışdır. 9000 beytdən ibarətdir.

Seyid Zülfüqar Şirvaninin qəsidə, qəzəl, qitə və rübailərdən ibarət olan böyük divanı (1345-ci il) Sankt-Peterburqda, M.E.Saltıkov-Şedrin adına Dövlət Kütləvi Kitabxanasının əlyazmalar şöbəsində saxlanılmaqdadır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zülfüqar Şirvani haqqında məlumat. Zülfüqar Şirvani nədir? Zülfüqar Şirvani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Zakaspiysk vilayəti

  • Fevral 27, 2026

    Diospyros virginiana

  • Fevral 27, 2026

    Pyotr Kropotkin

  • Fevral 27, 2026

    Köçərilik

  • Fevral 27, 2026

    Alban salnamələri

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst