Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avstriyalı Ketrin (14 yanvar 1507 – 12 fevral 1578, Lissabon) — Portuqaliya kralı III Conun xanımı. Nəvəsi I Sebastiyan kiçik olduğu üçün 5 il naibə olaraq Port

Avstriyalı Ketrin

  • Ana Səhifə
  • Vikipediya
  • Avstriyalı Ketrin

Avstriyalı Ketrin (14 yanvar 1507 – 12 fevral 1578, Lissabon) — Portuqaliya kralı III Conun xanımı. Nəvəsi I Sebastiyan kiçik olduğu üçün 5 il naibə olaraq Portuqaliyanı idarə etdi. Kastiliya kraliçası Yuannanın kiçik qızı idi və 1525-ci ildə Portuqaliya kralı III Conla evləndirildi.

Avstriyalı Yekaterina
Şəxsi məlumatlar
Doğum tarixi 14 yanvar 1507(1507-01-14)
Vəfat tarixi 12 fevral 1578(1578-02-12) (71 yaşında)
Vəfat yeri
  • Lissabon, Portuqaliya
Dəfn yeri
  • Jeronimuş monastrı[d]
Atası I Filip (Kastiliya kralı)
Anası Kastiliyalı I Yuanna
Həyat yoldaşı
  • III Con (1525)
Uşaqları
  • Mariya Manuela,
  • Juan Manuel

İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İlk illəri

Ketrin 14 yanvar 1507-ci ildə Kastiliya kraliçası Yuanna və Habsburqlu Filipin qızı olaraq Torquemada qalasında dünyaya gəldi. Atasının ölümündən 4 ay sonra dünyaya gələn Ketrinin digər bacı-qardaşları (Ferdinand istisna olmaqla) Burqundiyada dünyaya gəlmişdi və atalarının vəfatının ardından əqli səhhəti pozulan analarından alınaraq bibiləri Avstriyalı Marqaritanın himayəsinə verilmişdi. Ancaq yenicə dünyaya gələn Ketrin anasıyla birlikdə qaldı və babası Araqonlu Ferdinandın naibliyi dönəmində Tordesillas qalasında həbs tutulan anasıyla birlikdə qaldı. Evlənmə yaşına qədər burada anasıyla birlikdə qalan Ketrin 18 yaşı tamam olduqdan sonra buradan ayrıldı.

Evliliyi — Portuqaliya kraliçası

Ketrin 10 fevral 1525-ci ildə xalası oğlu olan Portuqaliya kralı III Conla evləndi. Bu evlilikdən 9 övladı dünyaya gəlsə də, onlardan yalnız ikisi yetkinlik yaşına çata bildi.

Övladlarının təhsil həyatıyla yaxından maraqlanan Ketrin bu səbəblə dövrün məşhur elm adamlarını, eləcə də qadın alimlərini ətrafında topladı. Qızı Mariya ilə yanaşı, böyük bacısı Eleonoranın qızı Mariyanın da təhsilindən məsul olan Ketrin sarayda xüsusi bir kitabxana qurmuşdu.

1557-ci ildə ərinin ölümündən sonra 3 yaşlı nəvəsi Sebastiyan Portuqaliya kralı elan edildi. Ancaq körpə krala naiblik etmək uğrunda Ketrin rəqibsiz deyildi. Həm gəlini, həm də qardaşı V Karlın qızı olan Yuanna oğluna naibəlik etmək uğrunda Ketrinlə siyasi mübarizəyə başladı. V Karlın məsələyə müdaxilə etməsinin ardından Ketrin bu mübarizədə qalib gəldi və 1557–1562-ci illərdə Portuqaliya kralının naibəsi olaraq xidmət etdi. Gəlini Yuanna isə qardaşı olan İspaniya kralı II Filipin yoxluğunda İspaniyada kral naibəsi olaraq xidmət etdi. 1562-ci ildə bu vəzifəni xalası oğlu Portuqaliyalı Henriyə həvalə etdi.

Son illəri

Avstriyalı Ketrin 12 fevral 1578-ci ildə Lissabonda vəfat etdi. Onun şəcərəsi isə ölümündən yalnız 6 ay sonra tükəndi. Belə ki, yetkinlik yaşına çatan 2 övladı da ondan öncə vəfat etmişdi. Digər tərəfdən bu övladlarından dünyaya gələn nəvələri də övladı dünyaya gəlmədən gənc yaşda vəfat etmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avstriyalı Ketrin haqqında məlumat. Avstriyalı Ketrin nədir? Avstriyalı Ketrin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Crataegus

  • Fevral 27, 2026

    Xoy livası

  • Fevral 27, 2026

    Talaq surəsi

  • Fevral 27, 2026

    Mayevtika

  • Fevral 28, 2026

    E.ə. 480

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst