Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qreysi Mediqan Abrams (7 sentyabr 1999, Los-Anceles, Kaliforniya) — ABŞ müğənnisi, mahnı yazarı. O, 66-cı Qremmi mükafatları mərasimində "Ən yaxşı yeni artist"

Qreysi Abrams

  • Ana Səhifə
  • Vikipediya
  • Qreysi Abrams

Qreysi Mediqan Abrams (7 sentyabr 1999, Los-Anceles, Kaliforniya) — ABŞ müğənnisi, mahnı yazarı. O, 66-cı Qremmi mükafatları mərasimində "Ən yaxşı yeni artist" kateqoriyası üzrə "Qremmi" mükafatına namizəd göstərilmişdir.

Qreysi Abrams
ing. Gracie Abrams
Ümumi məlumatlar
Doğum adı Gracie Madigan Abrams jonson
Doğum tarixi 7 sentyabr 1999(1999-09-07) (26 yaş)
Doğum yeri
  • Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Atası Cey Cey Abrams
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, müğənni-bəstəkar, mahnı yazarı[d]
Fəaliyyət illəri 2019-cu ildən
Janr bedrum pop[d]
Musiqi aləti gitara
Albom şirkəti Interscope Records
gracieabrams.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qreysi Abrams 2019-cu ilin oktyabrında debüt sinqlı olan "Mean It" mahnısını Interscope Records vasitəsilə yayımlamışdır. O, 2020-ci il iyulun 24-də "Minor" adlı debüt minialbomunu təqdim edib. Bu layihə üzərində prodüserlər Joel Little və Blake Slatkin ilə bərabər işləmişdir.

O, 2023-cü ildə müğənni Oliviya Rodriqonun həyata keçirdiyi "Sour Tour" konsert turunun açılışında çıxış edib. Qreysinin həmin il çıxardığı debüt studiya albomu olan "Good Riddance" Billboard 200 hit-paradına daxil olub. Eyni il o, Teylor Sviftin "Eras Tour" konsertində "openinq akt" etmişdir. İkinci studiya albomu "The Secret of Us"-ı 2024-cü ilin iyunun 21-də yayımlayıb. Bu albom Billboard 200-də ikinci pilləyə çataraq uğurlu kommersiya nəticəsi göstərmişdir.

Mündəricat

Həyatı

Qreysi Abrams Los-Ancelesdə doğulub boya-başa çatmışdır. O, rejissor C.C. Abrams və kino və televiziya prodüseri Keyti Makqratın qızıdır. Ata tərəfi yəhudi, ana tərəfi İrlandiya katoliklərindədir. Qreysinin iki qardaşı var, böyük qardaşının adı Henri, kiçik qardaşınınkı isə Auqustdur.

O, mahnı yazmaqla hələ kiçik yaşlarından maraqlanmağa başlamış, ilk mahnısını səkkiz yaşında ikən yazmışdır. O, orta təhsilini Qərbi Los-Ancelesdə yerləşən "The Archer School for Girls"-də alıb. 2018-ci ildə bu məktəbi başa vurmuş və Nyu-Yorkdakı Barnard Kollecinə (Barnard College) qəbul olaraq beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almışdır. O, sonralar 2-ci kursda oxuyarkən təhsilini yarıda qoyaraq musiqi ilə məşğul olmaq qərarına gəlib.

Diskoqrafiya

Studiya albomları

  • Good Riddance (2023)
  • The Secret of Us (2024)

Mini-albomlar

  • Minor (2020)
  • This Is What It Feels Like (2021)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qreysi abrams sözünün mənası, qreysi abrams haqqında məlumat. qreysi abrams nədir? qreysi abrams nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sənsiz (romans)

  • Fevral 27, 2026

    Səlcuq bəy

  • Mart 01, 2026

    Impatiens

  • Fevral 27, 2026

    Petrokimya

  • Fevral 27, 2026

    Təkfur sarayı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst