Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921[…], Budapeşt, Macarıstan krallığı[…] – 2 yanvar 2025, Budapeşt[…]) — Macar və yəhudi əsilli idman gimnastı və məş

Aqneş Keleti

  • Ana Səhifə
  • Vikipediya
  • Aqneş Keleti

Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921[…], Budapeşt, Macarıstan krallığı[…] – 2 yanvar 2025, Budapeşt[…]) — Macar və yəhudi əsilli idman gimnastı və məşqçi. Olimpiya və dünya çempionu. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir. 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçüb

Aqneş Keleti
Ágnes Klein

Şəxsi məlumatlar
Doğum adı Ágnes Edit Klein
Ləqəbi Aggi
Vətəndaşlığı
  •  Macarıstan
  •  İsrail
Doğum tarixi 9 yanvar 1921(1921-01-09)[…]
Doğum yeri
  • Budapeşt, Macarıstan krallığı[…]
Vəfat tarixi 2 yanvar 2025(2025-01-02) (103 yaşında)
Vəfat yeri
  • Budapeşt, Macarıstan[…]
Vəfat səbəbi ağciyər iltihabı, ürək çatışmazlığı, nəfəs çatışmazlığı[d]
Dəfn yeri
  • Kozma küçəsindəki yəhudi qəbiristanlığı[d]
İdman növü bədii gimnastika, gimnastika
Karyera illəri 1958-ci ildə bitib
Komandası Nemzeti
TE Bp. Postás
TF Haladás
Újpesti TE
Medallar
Qızıl {{{3}}}
Gümüş {{{3}}}
Bürünc {{{3}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İdman karyerası

Keleti yəhudidir və Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir.

Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu. Lakin İkinci Dünya müharibəsinin başlaması səbəbindən 1940 və 1944-cü illərdə keçirilməli olan Olimpiya oyunları təxirə salındı. 1941-ci ildə Arilər tayfasına mənsub olmadığı üçün gimnastika klubundan uzaqlaşdırıldı. Keleti müharibədən sağ çıxmaq üçün gizlənməyə məcbur oldu. Evli qadınların əmək düşərgələrinə cəlb olunmadığı haqqında gəzən söz-söhbətlərə əsaslanaraq 1944-cü ildə İstvan Sarkani ilə ailə həyatı qurdu. Sarkani 1930-cu illərdə gimnastika ilə məşğul olan macar idi. 1950-ci ildə boşandılar. Keleti müharibədən xilas olmaq üçün xristian bir qız olması haqqında kimlik alaraq kiçik bir kənddə qulluqçu kimi xidmət göstərdi. Onun anası və bacısı İsveç diplomat Raul Vallenberqin köməyi ilə gizlənərək xilas oldular. Atası və digər qohumları Auşvitz həbs düşərgəsində almanlar tərəfindən qətlə yetirildilər. 1944-45-ci illərdə Budapeştin Sovet ordusu tərəfindən mühasirəyə alındığı vaxtlarda Keleti səhərləri erkən yuxudan oyanaraq öldürülən şəxslərin cəsədlərini toplayıb onları kütləvi məzarlığa aparırdı.

Müharibədən sonra Keleti violonçel ifa etməyə başladı və yenidən məşqlərə başladı. 1946-cı ildə ilk dəfə olaraq Macarıstan çempionu oldu. 1947-ci ildə Mərkəzi Avropanın gimnastı titulunu qazandı. 1948-ci ildə keçiriləcək Yay Olimpiya oyunlarında Macarıstanı təmsil etmək üçün seçildi, lakin ayağında olan problemlərə görə oyunlara qoşula bilmədi. 1949-cu ildə keçirilən Dünya Universiteti oyunlarında 4 qızıl, bir gümüş və bir bürünc medal qazandı.

Məşqlərə davam etdi və ilk dəfə 31 yaşında 1952-ci ildə təşkil olunan Yay Olimpiya oyunlarında iştirak etdi. Dörd medal qazandı. 1956-cı ildə Avstraliyanın Melburn şəhərində təşkil edilən Olimpiya oyunlarında 6 medal qazandı. 35 yaşında Keleti idman gimnastikası tarixində medal qazanan ən yaşlı şəxs oldu. 1990-cı illərdə İsrailin Milli Gimnastika komandasında məşqçi kimi fəaliyyət göstərdi. 2005-ci ildən İsrailin Herzliya Pituah ərazisində yaşayıb.

2 yanvar 2025-ci ildə vəfat edib.

Həmçinin bax

  • İdman gimnastikası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aqneş keleti sözünün mənası, aqneş keleti haqqında məlumat. aqneş keleti nədir? aqneş keleti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Volqoqrad

  • Fevral 27, 2026

    Evkalipt

  • Mart 01, 2026

    Larinqoskop

  • Fevral 27, 2026

    Novruz Təmrəzov

  • Mart 01, 2026

    Eurofighter Typhoon

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst