Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qorqan — Azərbaycan Respublikasının Füzuli rayonunun Yuxarı Seyidəhmədli kənd inzibati ərazi dairəsində kənd. Qorqan fars sözüdür və canavarlar mənasını daşıyır

Qorqan (Füzuli)

  • Ana Səhifə
  • Vikipediya
  • Qorqan (Füzuli)

Qorqan — Azərbaycan Respublikasının Füzuli rayonunun Yuxarı Seyidəhmədli kənd inzibati ərazi dairəsində kənd. Qorqan fars sözüdür və canavarlar mənasını daşıyır.

Qorqan
39°33′35″ şm. e. 47°16′53″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
Qorqan xəritədə
Qorqan
Qorqan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Hacılı icmasına qatılan şenliklərdən biri də Qorqan obasıdır. Bəylərbəyilik dönəmində Qorqan qışlaq olub. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qorqan qışlağı ilə bağlı bilgi var. Xanlıq dönəmində qışlaq Hacılı icmasının qoyun yatağı idi.

1870-ci ildə praporşik Almurad bəy Məmmədhüseyn oğlu qohum-əqrəbası ilə bu yurda köçdü. XIX əsrin sonlarında Qorqan qışlağının yiyəsi praporşik Cümşüd bəy Almurad bəy oğlu idi. Qoqan kəndi sovet dövründə həm ayrıca kolxoz, həm də sovxoz kimi fəaliyyət göstərib. Yuxarı Seyidəhmətli, Qorqan və Aşağı Aybasanlıdan ibarət "Mübariz" kolxozu yaradılmışdı. Daha sonra isə əhalinin təkidi ilə "Mübariz" kolxozu iki yerə parçalandı və Qorqanla Aşağı Aybasanlı kəndlərində "Moskva" kolxozu quruldu. İlk sədr Şahalı Vəliyev seçildi. Sonralar həmin kolxoz yenə də ləğv olundu və "Mübariz" kolxozu ilə birləşdirildi. 1992-ci ildə isə bir daha son dəfə ayrıldı və "Qələbə" kolxozu yaradıldı. Kənd camaatı öz xeyirxalqlıgı və qonaqpərvərliyi ilə həmişə rayonda seçilib. Qorqan kəndinin gəncləri də Qarabağ müharibəsi zamanı öz igidliyi ilə fərqləniblər. Qarabağ müharibəsində şəhid olanlardan Murad Almuradovu, Tacəddin Aslanovu və Mais Hüseynovu göstərmək olar.

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Toponimikası

Düzənlik ərazidədir. Bəzi alimlərin fikrincə, oykonim monqolların tərkibindəki kurkan/kurikan türk tayfasının adını əks etdirir.

Mədəniyyəti

Qorqan kəndinin coxlu sayda müsiqiçiləri və mədəniyyət işçiləri var. Bunlardan Azərbaycan Respublikasınin Əməkdar Mədəniyyət işçisi kino rejissor Çingüz Həsənov musiqiçilər Raqub Tağıyev, Mərkəz Abıyev, Sevindik Həsənov, Rasim Nəsirov, Osman Rüstəmov, rəhmətlik Aşır Tağıyev, Güloğlan Qarayev, Rza Rzayev və Xəyal Əvəzlini göstərmək olar.


Əhalisi

Kənd işğal olmamışdan əvvəl 850 nəfər əhalisi olub.

İqtisadiyyatı

Üzümçülük, dənli bitkilərin əkilməsi, heyvandarlıq və quşçuluq.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qorqan (Füzuli) haqqında məlumat. Qorqan (Füzuli) nədir? Qorqan (Füzuli) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Mesopotamiya

  • Fevral 27, 2026

    Benedetto Menzini

  • Fevral 27, 2026

    Baraban

  • Fevral 25, 2026

    Taxıl

  • Fevral 27, 2026

    Toronto

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst