Harri Kimoviç Kasparov (Vaynşteyn; 13 aprel 1963[…], Bakı) — sovet, rusiyalı şahmatçı. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985–2000) və Rusiya çempionu (2004). 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002)
| rus. Гарри Каспаров | |
![]() Kasparov 2007-ci ildə | |
| Ölkə | |
| Doğum adı | Harri Vaynşteyn |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR |
| Təhsili |
|
| Yaşadığı yer |
|
| Titulu | qrosmeyster |
| Son reytinqi |
|
| Maksimal reytinqi | 2851 (1999) |
| FİDE nömrəsi | 4100018 |
| Mükafatları | |
![]() | |
| kasparov.com | |
Həyatı
İlk illəri
Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olmuşdur.
1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykozdan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırmışdır.
Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk etmiş. Sovet ordusunun da Bakını tərk etməsini tələb etmişdi.
Şahmatçı karyerası
1976-cı ildə gənclər arasında SSRİ çempionu olmuşdur.
1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda Gənclər arasında dünya çempionu adını qazanmışdır.
1981-ci ildə şahmat üzrə SSRİ çempionu adını qazanaraq Sovet şahmat tarixində buna nail olan ən gənc şahmatçı olmuşdur.
1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu adını qazanmış, bu adı 2000-ci ildə məğlub olduğu Vladimir Kramnikə təhvil vermişdir.
Kasparovun 1999-cu ilin iyulunda FIDE-nin Reytinq siyahısındakı 2851 ELO reytinq balı 1970-ci ildə qəbul olunmuş bu reytinq sisteminin tarixində şahmatçıya verilən ən yüksək baldır.
10 mart 2005-ci ildə bir daha şahmat turnirlərinə qatılmayacağını açıqlamışdır.
Kompüterə qarşı
1996-cı ildə IBM firması tərəfindən yaradılmış "Deep Blue" şahmat proqramı ilə keçirdiyi görüşdə 4:2 hesabı ilə qalib gəlsə də, birinci partiyanı uduzmuşdur. Bununla Kasparov kompüter proqramına partiya uduzan ilk dünya çempionu olmuşdur. 10 fevral 1997-ci ildə isə "Deep Blue"nun təkmilləşdirilmiş versiyası ilə keçirilən matçda 2,5:3,5 hesabı ilə məğlub olaraq kompüter proqramına uduzan ilk dünya çempionu olmuşdur. Oyundan sonra məğlubiyyətinin səbəbini IBM əməkdaşlarının oyun zamanı kompüterə müdaxilə etmələri ilə əlaqələndirərək firmanı fırıldaqçılıqda ittiham etmişdir.
2003-cü ildə "Deep Junior" və "Deep Fritz" proqramlarına qarşı keçirdiyi matçların hər ikisi heç-heçə başa çatmışdır.
Siyasi karyerası
Son zamanlar siyasətlə məşğul olur. 2005-ci ildə Rusiyada yaradılmış "Birləşmiş vətəndaş cəbhəsinin" (rus. Объединённый гражданский фронт) sədridir. Rusiya siyasi səhnəsində öz provokativ fəaliyyəti ilə məşhurdur .
Rusiyada 2008-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırsa da özünün dediyinə görə rəhbərlik etdiyi təşkilatın ümumi yığıncağının keçirilməsi üçün icazə verilməyib.
2025-ci il dekabr ayında Moskvanın Zamoskvoretski Rayon Məhkəməsində Harri Kasparov barəsində qiyabi həbs qərarı çıxarılıb.
İdman nəticələri
Turnirlər
Mənbə.
| İl | Şəhər | Turnir | + | − | = | Nəticə | Yer |
|---|---|---|---|---|---|---|---|
| 1975 | Vilnüs | Yeniyetmələr arasında SSRİ çempionatı | 4 | 2 | 3 | 9-dan 5½ | 8—10 |
| 1976 | Tbilisi | Yeniyetmələr arasında SSRİ çempionatı | 5 | 0 | 4 | 9-dan 7 | 1 |
| Vatinyi | Kadetlər arasında dünya çempionatı (18 yaşa qədər) | 5 | 2 | 2 | 9-dan 6 | 3—6 | |
| 1977 | Riqa | Yeniyetmələr arasında SSRİ çempionatı | 8 | 0 | 1 | 9-dan 8½ | 1 |
| Kan-sür-Mer | Kadetlər arasında dünya çempionatı (17 yaşa qədər) | 6½ | 2 | 3 | 11-dən 7 | 3 | |
| 1978 | Minsk | Sokolski memorialı | 11 | 2 | 4 | 17-dən 13 | 1 |
| Dauqavpils | SSRİ çempionatı (yarımfinal) | 6 | 1 | 6 | 13-dən 9 | 1 | |
| Tbilisi | 46-cı SSRİ çempionatı | 4 | 4 | 9 | 17-dən 8½ | 9 | |
| 1979 | Banya-Luka | Beynəlxalq turnir | 8 | 0 | 7 | 15-dən 11½ | 1 |
| Minsk | 47-ci SSRİ çempionatı | 6 | 3 | 8 | 17-dən 10 | 3—4 | |
| 1980 | Bakı | Beynəlxalq turnir | 8 | 0 | 7 | 15-dən 11½ | 1 |
| Dortmund | Gənclər arasında dünya çempionatı (20 yaşa qədər) | 8 | 0 | 5 | 13-dən 10½ | 1 | |
| 1981 | Moskva | Beynəlxalq turnir | 3 | 1 | 9 | 13-dən 7½ | 2—4 |
| Tilburq | Beynəlxalq turnir | 3 | 3 | 5 | 11-dən 5½ | 6—8 | |
| Frunze | 49-cu SSRİ çempionatı | 10 | 2 | 5 | 17-dən 12½ | 1—2 | |
| Buqoyno | Beynəlxalq turnir | 6 | 0 | 7 | 13-dən 9½ | 1 | |
| 1982 | Moskva | 12-ci mövsümlərarası turnir | 7 | 0 | 6 | 13-dən 10 | 1 |
| Nikşiç | Beynəlxalq turnir | 9 | 1 | 4 | 14-dən 11 | 1 | |
| Brüssel | Beynəlxalq turnir | 6 | 1 | 3 | 10-dan 7½ | 1 | |
| 1987 | Brüssel | Beynəlxalq turnir | 11-dən 8½ | 1—2 | |||
| 1988 | Amsterdam | Beynəlxalq turnir | 6 | 0 | 6 | 12-dən 9 | 1 |
| Belfor | Beynəlxalq turnir | 9 | 1 | 5 | 15-dən 11½ | 1 | |
| Moskva | 55-ci SSRİ çempionatı | 6 | 0 | 11 | 17-dən 11½ | 1—2 | |
| Reykyavik | Beynəlxalq turnir | 6 | 1 | 10 | 15-dən 11 | 1 | |
| 1989 | Barselona | Beynəlxalq turnir | 7 | 1 | 8 | 16-dan 11 | 1—2 |
| Şellefteo | Beynəlxalq turnir | 4 | 0 | 11 | 15-dən 9½ | 1—2 | |
| Tilburq | Beynəlxalq turnir | 10 | 0 | 4 | 14-dən 12 | 1 | |
| Belqrad | Beynəlxalq turnir | 11-dən 9½ | 1 | ||||
| 1990 | Linares | Beynəlxalq turnir | 6 | 1 | 4 | 11-dən 8 | 1 |
| 1991 | Linares | Beynəlxalq turnir | 6 | 1 | 6 | 13-dən 9 | 2 |
| Amsterdam | Beynəlxalq turnir | 2 | 0 | 7 | 9-dan 5½ | 3—4 | |
| Tilburq | Beynəlxalq turnir | 7 | 1 | 6 | 14-dən 10 | 1 | |
| Reco-Emiliya | Beynəlxalq turnir | 3 | 1 | 5 | 9-dan 5½ | 2—3 | |
| 1992 | Linares | Beynəlxalq turnir | 7 | 0 | 6 | 14-dən 10 | 1 |
| Dortmund | Beynəlxalq turnir | 5 | 2 | 2 | 9-dan 6 | 1—2 | |
| 1993 | Linares | Beynəlxalq turnir | 7 | 0 | 6 | 13-dən 10 | 1 |
| 1994 | Amsterdam | Beynəlxalq turnir | 3 | 1 | 2 | 6-dan 4 | 1 |
| Novqorod | Beynəlxalq turnir | 4 | 0 | 6 | 10-dan 7 | 1—2 | |
| Xorgen | Beynəlxalq turnir | 6 | 0 | 5 | 11-dən 8½ | 1 | |
| 1995 | Riqa | Tal memorialı | 5 | 0 | 5 | 10-dan 7½ | 1 |
| Xorgen | Beynəlxalq turnir | 1 | 1 | 8 | 10-dan 5 | 5 | |
| Novqorod | Beynəlxalq turnir | 4 | 0 | 5 | 9-dan 6½ | 1 | |
| 1996 | Amsterdam | Beynəlxalq turnir | 5 | 1 | 3 | 9-dan 6½ | 1—2 |
| Dos-Ermanas | Beynəlxalq turnir | 3 | 1 | 5 | 9-dən 5½ | 3—4 | |
| Las-Palmas | Beynəlxalq turnir | 3 | 0 | 7 | 10-dan 6½ | 1 | |
| 1997 | Linares | Beynəlxalq turnir | 7 | 1 | 3 | 11-dən 8½ | 1 |
| Novqorod | Beynəlxalq turnir | 4 | 1 | 5 | 10-dan 6½ | 1 | |
| Tilburq | Beynəlxalq turnir | 6 | 1 | 4 | 11-dən 8 | 1—3 | |
| 1998 | Tel-Əviv | İsrail yığması ilə yarış | 8-dən 7 | ||||
| Linares | Beynəlxalq turnir | 1 | 0 | 11 | 12-dən 6½ | 3—4 | |
| 1999 | Veyk-an-Zee | Beynəlxalq turnir | 8 | 1 | 4 | 13-dən 10 | 1 |
| Linares | Beynəlxalq turnir | 7 | 0 | 7 | 14-dən 10½ | 1 | |
| Sarayevo | Beynəlxalq turnir | 5 | 0 | 4 | 9-dan 7 | 1 | |
| 2000 | Veyk-an-Zee | Beynəlxalq turnir | 6 | 0 | 7 | 13-dən 9½ | 1 |
| Linares | Beynəlxalq turnir | 2 | 0 | 8 | 10-dan 6 | 1 | |
| Sarayevo | Beynəlxalq turnir | 6 | 0 | 5 | 11-dən 8½ | 1 | |
| 2001 | Veyk-an-Zee | Beynəlxalq turnir | 5 | 0 | 8 | 13-dən 9 | 1 |
| Linares | Beynəlxalq turnir | 5 | 0 | 5 | 10-dan 7½ | 1 | |
| Astana | Beynəlxalq turnir | 4 | 0 | 6 | 10-dan 7 | 1 | |
| 2002 | Linares | Beynəlxalq turnir | 4 | 0 | 8 | 12-dən 8 | 1 |
| 2003 | Linares | Beynəlxalq turnir | 2 | 1 | 9 | 12-dən 6½ | 3—4 |
| 2004 | Linares | Beynəlxalq turnir | 1 | 0 | 11 | 12-dən 6½ | 2—3 |
| Moskva | 57-ci Rusiya çempionatı | 5 | 0 | 5 | 10-dan 7½ | 1 | |
| 2005 | Linares | Beynəlxalq turnir | 5 | 1 | 6 | 12-dən 8 | 1 |
Oyunlar
Mənbə.
| İl | Şəhər | Yarış | + | − | = | Nəticə |
|---|---|---|---|---|---|---|
| 1983 | Moskva | Aleksandr Belyavski ilə iddiaçıların 1/4 oyunu | 4 | 1 | 4 | 6:3 |
| London | Viktor Korçnoy ilə iddiaçıların 1/2 oyunu | 4 | 1 | 6 | 7:4 | |
| 1984 | Vilnüs | Vasili Smıslov ilə dünya çempionatı iddiaçılarının final oyunu | 4 | 0 | 9 | 8½:4½ |
| 1984/85 | Moskva | Anatoli Karpov ilə 1984-1985 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun (yarımçıq qalıb) | 3 | 5 | 40 | 23:25 |
| 1985 | Hamburq | Robert Xübner ilə oyun | 3 | 0 | 3 | 4½:1½ |
| Belqrad | Ulf Andersson ilə oyun | 2 | 0 | 4 | 4:2 | |
| Moskva | Anatoli Karpov ilə 1985 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun | 5 | 3 | 16 | 13:11 | |
| Xilversyum | Yan Timman ilə oyun | 3 | 1 | 2 | 4:2 | |
| 1986 | Bazel | Entoni Mayls ilə oyun | 5 | 0 | 1 | 5½:½ |
| London/Leninqrad | Anatoli Karpov ilə 1986 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun | 5 | 4 | 15 | 12½:11½ | |
| 1987 | Sevilya | Anatoli Karpov ilə 1987 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun | 4 | 4 | 16 | 12:12 |
| 1989 | Nyu-York | "Deep Thought" kompyuteri ilə oyun | 2 | 0 | 0 | 2:0 |
| 1990 | Nyu-York/Lion | Anatoli Karpov ilə 1990 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun | 4 | 3 | 17 | 12½:11½ |
| 1993 | London | PŞA versiyası üzrə Naycel Şort ilə 1993 dünya çempionu adı uğrunda oyun | 6 | 1 | 13 | 12½:7½ |
| 1995 | London | PŞA versiyası üzrə Vişvanatan Anand ilə 1995 dünya çempionu adı uğrunda oyun | 4 | 1 | 13 | 10½:7½ |
| 1996 | Filadelfiya | "Deep Blue" kompyuteri ilə oyun | 3 | 1 | 2 | 4:2 |
| 1997 | Nyu-York | "Deep Blue" kompyuteri ilə oyun | 1 | 2 | 3 | 2½:3½ |
| 2000 | London | PŞA versiyası üzrə Vladimir Kramnik ilə 2000 dünya çempionu adı uğrunda oyun | 0 | 2 | 13 | 6½:8½ |
| 2003 | Nyu-York | "Deep Junior" kompyuteri ilə oyun | 1 | 1 | 4 | 3:3 |
| Nyu-York | "Deep Fritz" kompyuteri ilə oyun | 1 | 1 | 2 | 2:2 | |
| 2009 | Valensiya | Anatoli Karpov ilə sürətli şahmat və blits oyunu | 9:3 |
Şahmat olimpiadaları
Harri Kasparov 4 dəfə SSRİ, 4 dəfə isə Rusiya komandasının heyətində — ümumilikdə 8 dəfə şahmat olimpiadasında iştirak edib. 1980-ci ildəki olimpiadada o ehtiyatda olub, 1982-ci ildə ikinci taxtada — qalan altı olimpiadada isə birinci taxtada oynayıb.
| İl | Şəhər | Olimpiadanın mömrəsi | + | − | = | Nəticə | Komanda nəticəsi | Şəxsi nəticə |
|---|---|---|---|---|---|---|---|---|
| 1980 | Valletta | 24-cü olimpiada | 8 | 1 | 3 | 12-dən 9½ | 1 | 3 |
| 1982 | Lüsern | 25-ci olimpiada | 6 | 0 | 5 | 11-dən 8½ | 1 | 3 |
| 1986 | Dubay | 27-ci olimpiada | 7 | 1 | 3 | 11-dən 8½ | 1 | 1 |
| 1988 | Saloniki | 28-ci olimpiada | 7 | 0 | 3 | 10-dan 8½ | 1 | 1 |
| 1992 | Manila | 30-cu olimpiada | 7 | 0 | 3 | 10-dan 8½ | 1 | 1 |
| 1994 | Moskva | 31-ci olimpiada | 4 | 1 | 5 | 10-dan 6½ | 1 | 17 |
| 1996 | İrəvan | 32-ci olimpiada | 5 | 0 | 4 | 9-dan 7 | 1 | 2 |
| 2002 | Bled | 35-ci olimpiada | 6 | 0 | 3 | 9-dan 7½ | 1 | 4 |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarri Kasparov haqqında məlumat. Qarri Kasparov nədir? Qarri Kasparov nə deməkdir?

