Cənub Okeanı və ya Antarktik okean — Yerin 5 okeanından biri hesab edilir. Antarktida qitəsini əhatə edir. Bu okeanın sahəsi 20 327 min km² (okeanın şimal sərhəddi cənub eninin 60 dərəcəsindən keçir), ən böyük dərinliyi (Cənubi Sandviç novu) 8428 m-dir.
| Cənub okeanı | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Sahəsi |
|
| Həcmi | 71.800.000 km³ |
| Dərin yeri | 7.235 m, 7.235 m |
| Yerləşməsi | |
| 65° c. e. 90° ş. u.HGYO | |
| [[Fayl:|280px|class=notpageimage noviewer|Cənub okeanı xəritədə]] Cənub okeanı | |

Antarktida ətrafında 13 dəniz var: Ueddell dənizi, Skotia dənizi, Bellinshauzen dənizi, Ross dənizi, Amundsen dənizi, Deyvis dənizi, Lazarev dənizi, Riser-Larsen dənizi, Kosmonavtlar dənizi, Birlik dənizi, Mouson dənizi, Dürvil dənizi, Somov dənizi. Okeanın əsas adaları: Kergelen adası, Cənubi Şetland adaları, Cənubi Orkney adaları. Antarktik şelfi 500 metr dərinliyə qədərdir.
Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən, dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən, 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir, ancaq bu qərar həmin vaxt təsdiq edilmir. 1953-cü il okean təsnifatında Cənub okeanı anlayışı yoxdur.
Cənub okeanı 8 iyun 2021-ci ildə Beynəlxalq Coğrafiya Cəmiyyəti tərəfindən rəsmən tanınmışdır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cənub okeanı haqqında məlumat. Cənub okeanı nədir? Cənub okeanı nə deməkdir?
