Seysulan — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdərə rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd.
| Seysulan | |
|---|---|
| 40°14′56″ şm. e. 46°59′18″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdərə rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 26 |
| Poçt indeksi | AZ5900 |
| Nəqliyyat kodu | 32 |
![]() Seysulan | |
Toponimika
Bu oykonim Seyitsulan variantında da qeydə alınmışdı. Oykonimin əsli isə Seyidsulandır. Bu kənd köhnə yaylaq yurdunun adı ilə adlandırılmışdı.
Tarixi
Seysulan kəndi Azərbaycan SSR-nin dövründə Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonu inzibati ərazisinə aid idi. Qarabağ münaqişəsi başlayandan sonra, Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muztar Vilayətinin ləğv edilməsi qərara alınmışdı; Qanuna görə həmçinin Mardakert rayonunun Ağdərə rayonu, Mardakert şəhərinin isə Ağdərə şəhəri adlandırılması qərara alınmışdı.
Qarabağ münaqişəsi başlayanda Seysulan erməni silahlılarının nəzarətində idi. Erməni terrorçu qüvvələrinin cəmləşdiyi Seysulana ilk hücüm, Xocalıya hücuma keçmiş düşmən qüvvələrini yayındırmaq məqsədilə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş tutmuşdu. Hücumu Tərtərin o vaxtkı polis rəisi polkovnik Ələsgər Əliyev və müavini Rasim Vəliyev təşkil etmişdi. Əməliyyatı bilavasitə "Milli Qurtuluş" batalyonunun komandiri Cahangir Kərimov, müavini Fuad Rzayev, "Azadlıq" batalyonun komandiri Ələmşah Məmmədov öz dəstələriylə həyata keçirmişdilər. Döyüşdə Tərtər polis bölməsi və Seyidimli, Cəmilli rotalarının döyüşçüləri də iştirak etmişdilər. Kənd ermənilərdən azad edilmiş və düşmənin atəş nöqtələrinin susdurulması nəticəsində yandırılmışdı. Döyüş zamanı Qurtuluş batalyonunun komandiri və daha bir döyüşçüsü şəhid oldular. Bundan başqa çoxlu sayda yaralı da var idi. Ermənilərdən təxminən 15-ə yaxın ölən olmuşdu, dinc əhalidən xeyli əsir götürülmüşdü. Onlar sonralar Xocalı əsirlərinə dəyişdirildi. O zamandan Seysulanda yaşayış olmayıbdır.
Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Seysulan kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
1993-cü ildə isə kənd yenidən erməni qüvvələrinin əlinə keçmişdi.
10 fevral 2015-ci ildə Tərtərin Seysulan kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, monitorinqi hər iki tərəfdən qurum sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri izləyiblər. Keçiriliən monitorinq insidentsiz ötüşüb.
2 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı kəndin erməni işğalçılarından tam təmizləndiyi rəsmi olaraq bəyan edilmişdir. Lakin 2021-ci ildə qonşu Qapanlı kəndində çəkiliş aparan BBC News şirkətinin Azərbaycan xidmətinin müxbirinin sözlərinə görə, Seysulan kəndi erməni qüvvələrinin nəzarəti altında olaraq qalırdı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Seysulan kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Coğrafiyası və iqlimi
Kənd düzənlikdə yerləşir, səhra tiplidir.
Əhalisi
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Seysulan haqqında məlumat. Seysulan nədir? Seysulan nə deməkdir?
