Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arxaika (yun. άρχαικός – qədim) – qədim yunan incəsənətinin inkişafında erkən mərhələ (e.ə. 7–5 əsrin əvvəlləri). Erkən arxaik (e.ə. 570 ilədək), yetkin arxaik

Arxaika

  • Ana Səhifə
  • Vikipediya
  • Arxaika

Arxaika (yun. άρχαικός – qədim) – qədim yunan incəsənətinin inkişafında erkən mərhələ (e.ə. 7–5 əsrin əvvəlləri). Erkən arxaik (e.ə. 570 ilədək), yetkin arxaik (e.ə. 570–530), son arxaik (e.ə.530– 480) dövrlərə bölünür. Arxaika mərhələsində klassik üslubun təşəkkül tapması üçün ilkin şərtlər formalaşmışdır: ağac-çiy kərpiç memarlığından daş memarlığına keçid nəticəsində dorik və ionik memarlıq orderlərinin yaranması (e.ə. 6 əsrin əv vəli) və onların yeni materialın tələblərinə uyğunlaşdırılması; heykəltəraşlıq da əvvəlcə daşdan (e.ə. 7 əsrin ortaları), sonra isə tuncdan (təqr. e.ə. 520-ci illər) böyük heykəl plastikasının meydana gəlməsi, qəhrəmani çılpaqlıq (bax Kuros) ənənəsinin qəti mövqe qazanması və artıq e.ə. 5 əsrin əvvəllərində kontrapostun, klassik tipajın, monumental relyefin yaranması; vaza rəngkarlığında qırmızıfiqurlu üslubun (təqr. e.ə. 530) yer tutması; rəsmkarlıqd tərəqqinin bütövlükdə təsviri sənət sahəsində, ilk növbədə insan bədəninin ədəb çərçivəsində anatomik təsvirində təzahür etməsi. Arxaika dövründə müstəqil bədii əhəmiyyət kəsb edən bir sıra orijinal üslubi hadisələr (məs., vaza rəngkarlığında qarafiqurlu və qırmızıfiqurlu üslublar) yaranmışdır. Arxaik sənət üçün güclü bədii-dinamik inkişaf səciyyəvi idi: təqribən iki əsrlik zaman müddətində həndəsi üslubun bəsit formalarından klassik üslubun başlanğıcınadək nəhəng bir mərhələ keçilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arxaika haqqında məlumat. Arxaika nədir? Arxaika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Yuxarı palata

  • Fevral 20, 2026

    Mütləq monarxiya

  • Fevral 21, 2026

    Belarus

  • Fevral 23, 2026

    Məhəmməd peyğəmbər

  • Fevral 10, 2026

    Paris

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst