Qaradağlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Hülövlü kənd inzibati ərazi dairəsində kənd.
| Qaradağlı | |
|---|---|
| |
| 41°24′ şm. e. 48°50′ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Xaçmaz rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Qaradağlı | |
Toponimikası
Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Qaradağlı məscidi
Məscid XIX əsrin ortalarına aiddir. Məscid düzbucaqlı formada olub, yerdən gümbəzədək hündürlüyü 12 m-dir. Həyatyanı sahəsi 150 m²-dir. Daxili sahəsi 8x9 m ölçüdə, döşəmədən tavanadək olan hündürlüyü isə 3 m-dir. Qübbəsi metaldır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qaradağlı (xaçmaz) sözünün mənası, qaradağlı (xaçmaz) haqqında məlumat. qaradağlı (xaçmaz) nədir? qaradağlı (xaçmaz) nə deməkdir?

