Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hidrobiologiya su orqanizmləri və onların xarici mühitlə qarşılıqlı əlaqəsindən bəhs edən elm. Hidrobiologiya, əsasən, ekoloji elm olub okeanların, dənizlərin v

Hidrobiologiya

  • Ana Səhifə
  • Vikipediya
  • Hidrobiologiya

Hidrobiologiya su orqanizmləri və onların xarici mühitlə qarşılıqlı əlaqəsindən bəhs edən elm. Hidrobiologiya, əsasən, ekoloji elm olub okeanların, dənizlərin və şirin suların bioloji məhsuldarlığını öyrənir. Orqanizmlərin suda yaşamasında xarici mühitin rolu böyükdür. Xarici mühit amillərinə suyun şəffaflığı, temperaturu, duzluluğu, suda həll olmuş qazlar, biogen elementlər və sairə aiddir.

Mündəricat

Ümumi

Yunanca hydor — su, bios – canlı, loqos – söz, elm sözlərindən yaranmışdır. Hidrosferdə yayılmlış birhüceyrəli orqanizmlərdən başlamış məməlilərədək bütün canlıları, onların növ tərkibini, ekoloji göstəricilərini, bir-biri ilə və mühitlə qarşılıqlı münasibətlərini öyrənən elm sahəsidir. Hidrosfer özünün canlı aləmi – hidrofaunası ilə birlikdə insanın yaşayışında əvəzedilməz rol oynayır. Bəşəriyyətin inkişafı ilə birlikdə bütün sututarlar içməli və texniki su təchizatı, kənd təsərrüfatı sahələrinin suvarılması, balıqçılıq təsərrüfatı sahələri, energetika, gəmiçilik, istirahət və başqa məqsədlər üçün daha intensiv istifadə edilir.

Məqsəd və vəzifələri

Müasir hidrobiologiyanın əsas məqsədi su ekosistemlərində baş verən mürəkkəb bioloji proseslərin mahiyyətini dərk etmək və onları idarə edə bilmək vərdişlərinə yiyələnməkdir. Başqa sözlə, başdan ayağa ekoloji elm sahəsi olan hidrobologiya sututarlarda bioloji məhsuldarlığın artırılması və onlardan daha çox istehlak əhəmiyyətli məhsul (balıq, molyusk və xərçəng) əldə edilməsi ilə bərabər, həm də insanların təmiz su ilə təminatının elmi əsaslarının işlənilib hazərlanması ilə məşğul olur. Son zamanlar dünyada kompleks hidroekoloji tədqiqatlar çərçivəsində suların saprobioloji analizi, su ekosistemlərinin enerji balansı, daim artan antropogen təsirin gücü, bioməhsuldarlıq və təbiətdən istifadənin optimallaşdırırlması kimi məsələlərin öyrənilməsinə üstünlük verilir.

Tarixi inkişaf mərhələləri

Araşdırmalar göstərdi ki, heyvanlar haqqında ilk tutarlı elmi məlumatlara eramızdan əvvəl dördüncü yüzillikdə yaşamış qədim yunan filosofu Aristotelin "Heyvanların tarixi" əsərində rast gəlinir. Ən maraqlısı isə odur ki, filosofun təsvir etdiyi heyvanların böyük əksəriyyəti balıqlar və digər su canlıları olmuşdur. Başqa sözlə, Aristoteli dünyanın ilk hidrobioloq alimi hesab etmək olar. Dünyada müstəqil elm kimi hidrobologiyanın yaranmasını 1906–1908-ci illərə aid edirlər. Azərbaycanda və ümumiyyətlə Qafqazda hidrobioloji tədqiqat işlərinin müvəffəqiyyətli inkişafı A. N. Derjavinin təşəbbüsü ilə 1912-ci ildə Bakıda yaradılmış İxtioloji laboratoriyanın adı ilə bağlıdır. Hazırda Azərbaycan MEA Zoologiya İnstitutunda sirin su və Xəzər dənizinin faunasını tədqiq edən Su heyvanları şöbəsi fəaliyyət göstərir.

Azərbaycanda müasir hidrobiologiya elminin inkişafında A. N. Derjavinin, Ə. N. Əlizadənin, Ə. H. Qasımovun, F. Q. Ağamalıyevin, İ. F. Lixodeyevanın, M. Ə. Salmanovun, Z. P. Sofiyevin, İ. X. Ələkbərovun, Y. Ə. Əbdürrəhmənovun, Z. M. Quliyevin və başqalarının xüsusi xidmətləri olmuşdur.

Bölmələri

Hazırda hidrobiologiya elmindən ayrılmış və zamanın problemlərinin həllinə yönəlmiş xeyli müstəqil elm sahələri yaranmışdır:

  • Paleohidrobiologiya
  • Məhsuldarlıq hidrobiologiyası
  • Sanitariya hidrobiologiyası
  • Texniki hidrobiologiya
  • Gəmiçilik hidrobiologiyası
  • Toksikoloji hidrobiologiya
  • Radioloji hidrobiologiya
  • Etioloji hidrobiologiya
  • Energetika hidrobiologiyası
  • Kosmik hidrobiologiya

Həmçinin bax

  • Afital

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hidrobiologiya haqqında məlumat. Hidrobiologiya nədir? Hidrobiologiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Polypterus enlicheri

  • Fevral 21, 2026

    Fars dili

  • Fevral 28, 2026

    Realist

  • Fevral 27, 2026

    Rahibə

  • Fevral 27, 2026

    29 (ədəd)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst